ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatlara çəkilən xərclərin həcmi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) maliyyə şöbəsinin rəhbər vəzifəsini icra edən Kuls Herstin sözlərinə görə, bu günə qədər əməliyyatlar üçün təxminən 25 milyard dollar vəsait sərf olunub.
O, bu barədə Nümayəndələr Palatasının müvafiq komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.
“Hazırda ümumilikdə təxminən 25 milyard dollar xərcləmişik”, – deyə Herst bildirib.
Qeyd olunub ki, ayrılan vəsaitin böyük hissəsi döyüş sursatlarının alınmasına yönəldilib.