Saglamolun.az kp.ru-ya istinadla dünyada sürətlə yayılan koronavirusdan qorunmaq üçün əsas qaydaları təqdim edir.
- Əllərinizi tez-tez yuyun və ya spirtli losyonlarla silin.
- Qızdırma və öskürək olanlardan uzaq durun.
- Sizdə qızdırma, öskürək, nəfəsalmanın çətinləşməsi kimi simptomlar əmələ gəldikdə dərhal həkimə müraciət edin.
- Ən məhsullarını (xüsusilə əti) yüksək temperaturda yaxşı qızardın və ya bişirin. (Bəzi məlumatlara görə, virus ət məhsullarından da keçir.)
- İctimai yerlərdə maska taxın.
Tanınmış pediatr Evgeniy Komarovskiy koronavirusdan qorunmaq üçün bu kimi tövsiyələri edir:
Ağız, burun və gözlərinizə əl vurmayın. Bu infeksiyanın orqanizmə daxil olmasının əsas “giriş qapısıdır”.
İctimai yerlərdən mümkün qədər uzaq durun.
Yaxşı qidalanın.
Açıq havada gəzin.
İsti geyinin.