• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

OYNAQLARINIZ AĞRIYIRSA - Oxu, əməl et....

Müsahibə

20-09-2018, 00:58

OYNAQLARINIZ AĞRIYIRSA - Oxu, əməl et....
Tibb elmləri namizədi, daxili xəstəliklər kafedrasının dosenti “Biolab” tibb mərkəzinin baş həkimi Həsənağa Qənbərovla müsahibədən.

Revmatik xəstəliklərin ilk əlamətləri hansılardır?

Revmatik xəstəliklərin əksəriyyəti oynaq ağrıları ilə müşayiət olunur. Revmatizmdə (düzgün adı kəskin revmatik qızdırma) isə bu cür ağrılar uzun sürmür, heç bir iz qoymadan keçib gedir.

Xəstəlik streptokok infeksiyası orqanizmə keçəndən sonra temperaturun yüksəlməsi, ümumi zəiflik, böyük oynaqların simmetrik şişməsi, qızarması və şiddətli ağrısı ilə başlanır. Oynaq ağrıları xəstənin hərəkətini məhdudlaşdırsa da, ötəri xarakter daşıyır və bir-iki həftəyə keçib gedir. Lakin revmatizmin ürəkdə və digər orqanlarda törətdiyi patoloji proses hələ uzun müddət davam edir. Buna görə də xəstəxana şəraitində xüsusi müalicə olunmaq, sonra isə bir neçə il profilaktika tədbirləri həyata keçirmək lazımdır.

Əhali arasında daha çox yayılmış revmatik xəstəlik hansıdır?

Oynaqların ağrısı ilə müşayiət edilən ən geniş yayılmış revmatik xəstəlik artrozdur. Artroz və ya osteoartroz zamanı oynaqdaxili qığırdaqlarda degenerativ dəyişikliklər gedir və onların qidalanması pozulur. Nəticədə amortizator rolunu oynayan, hərəkət vaxtı oynağa düşən yükü azaldan qığırdaq tədricən itir və birləşdirici toxuma ilə əvəz olunur. Prosesin qarşısı alınmasa, oynaq səthinə düşən təzyiq artır, o, deformasiyaya uğrayır və kənarlarında sümük çıxıntıları inkişaf edir.

Artroz xəstəliyi zamanı ən çox fəqərələr, bud-çanaq və diz oynaqları, əlin son barmaqları zədələnir.Oynaqlarda ağrılar hərəkət vaxtı meydana çıxır, günün axırında və soyuq havada şiddətlənir.

Bəs artroz xəstəliyinin qarşısını necə almaq olar?

Bunun üçün xəstəliyin əmələ gəlməsində böyük rol oynayan kökəlmə ilə gənc yaşlarından mübarizə aparmaq, ağır fiziki işdən, peşə, idman zədələnmələrindən qorunmaq lazımdır, əmək və istirahət düzgün növbələşdirilməlidir.

Artroz xəstəliyi başlamışsa, revmatoloqun nəzarəti altında ildə 1-2 dəfə müalicə kursu keçmək lazımdır. Oynaqlara düşən fiziki yükü xeyli artırmaq, çox gəzmək, uzun müddət ayaq üstə dayanmaq, ağırlıq qaldırmaq, qaçmaq və ritmik gimnastika ilə məşğul olmaq məsləhət görülmür. Əksinə, oynaqdaxili mübadiləni yaxşılaşdıran fizioterapevtik və su prosedurlarından istifadə etmək və müalicə bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır.

Amma artrozla yanaşı, artrit xəstəliyini də adı çox çəkilir. Bunların fərqi nədir?

Oynaq xəstəlikləri arasında artrozlardan sonra ən geniş yayılanı revmatoidli artritdir. 20-50 yaşlı adamlarda təsadüf edilən bu xəstəlik xroniki xarakter daşıyır, əlilliyə səbəb ola bilər. Qadınlar həmin xəstəliyə kişilərə nisbətən 2-3 dəfə çox tutulurlar.

Revmatoidli artrit zamanı oynaqların və birləşdirici toxumaya malik olan digər orqanların xroniki iltihabı baş verir. Xəstəlik əksər oynaqların simmetrik şişməsi, ağrısı, hərəkətin məhdudluğu, yüksək temperatur və ümumi zəiflik ilə başlayır. Ağrılar səhərlər çox olur, gün ərzində tədricən azalır.

İltihablı oynaqların üzərində dərinin rəngi dəyişmir, lakin həmin yerdə hərarətin yüksəldiyi hiss olunur. Ən çox əlin orta barmaqları və diz oynaqları zədələnir. Revmatoidli artrit xəstəliyi vaxtında və düzgün müalicə olunmadıqda, tədricən oynaqların deformasiyası, eybəcərləşməsi, tam hərəkətsizlik, xəstələrin daimi yatağa düşməsi ilə nəticələnir.

Məsələn, 23 yaşlı bir qız bizim klinikaya çox ağır vəziyyətdə gətirilmişdi, bütün oynaqlarında bərk ağrı, şişkinlik, hərəkət məhdudluğu vardı, temperaturu yüksəlmişdi. O,10 il idi xəstələnmişdi, son bir ildə demək olar yataqdan qalxmamışdı, hərəkət edə bilmirdi, çəkisi azalıb 35 kiolqrama enmişdi. Aparılan düzgün müalicədən cəmi bir həftə sonra xəstə gəzməyə başladı, ağrıları azaldı və üç həftə sonra o,evə yazıldı.

Buna görə də müalicənin səmərəsi onun tez və düzgün aparılmasından asılıdır. Bəzi xəstələr dostunun, qohumunun məsləhəti ilə ara-sıra ağrıkəsici dərmanlar qəbul edib, müxtəlif otları dəmləyib içir, beləlliklə guya müalicə olunurlar. Əslində isə vaxt itirib vəziyyətlərini daha da ağırlaşdırırlar.

Revmatoidli artrit xəstəliyinə tutulanlar həkim nəzarəti altında uzun müddət xüsusi dərmanlarla mwalicə olunmalıdırlar. Xəstəliyin kəskin dövrü keçdikdən sonra dərmanlarla yanaşı fiziki üsullar və kurort müalicəsi tövsiyə edilir. Ən çox palçıq, naftalan nefti və hidrogen-sulfidli sularla müalicə məqsədəuyğundur.

Təcrübə göstərir ki, kurort müalicəsi zamanı çox vaxt xəstələr dərmanlardan imtina edirlər. Bu isə xəstəliyin kəskinləşməsinə səbəb olur. Unutmaq olmaz ki, revmatoidli artritin kompleks müalicəsində dərmanlar əsas yer tutur. Xəstələr eyni zamanda müalicəvi bədən tərbiyəsi ilə müntəzəm məşğul olmalıdırlar.Qidalanma zamanı xörək duzundan az,meyvə-tərəvəz və zülallardan( ət,balıq,kəsmik) müntəzəm istifadə etmək lazımdır.

Oxunub: 1 457
Paylaş:
Digər xəbərlər

Maraqlı

18-09-2018, 21:17

Mövsüm dəyişikliyinin gətirdiyi xəstəliklər: bronxit, astma, qrip... - Özümüzü necə qoruya bilərik?

Manşet / Maraqlı

21-07-2018, 10:24

Kariesli dişlər

Manşet / Gündəm / Səhiyyə

16-06-2018, 09:45

Revmatizmin müalicəsi

Manşet / Səhiyyə

22-04-2018, 10:23

Ürəyin revmatik xəstəlikləri

Manşet / Gündəm / Səhiyyə

10-03-2018, 09:20

Ailə Həkimi Klinikası - Kəskin podaqra artriti.

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
Son xəbərlər
  • Bu gün, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • Bu gün, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • Bu gün, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • Bu gün, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • Bu gün, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • Bu gün, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • Bu gün, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • Bu gün, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Bu gün, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Bu gün, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Bu gün, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Bu gün, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Bu gün, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Bu gün, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə