• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
“Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
Baş ağrısı nə zaman xərçəngə işarə edir?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ana südünün olmamasının SƏBƏBLƏRİ

Maraqlı

12-03-2019, 18:24

Ana südünün olmamasının SƏBƏBLƏRİ

Təbiətdə anadangəlmə süd verməyə qabil olmayan qadınla­r cəmi 2,4%, müxtəlif fizioloji səbəblərə görə sonradan laktasiya prosesi pozulan qadınların isə 1 – 5% təşkil etmələrindən asılı olmaya­raq, xüsusən sənayeləşmiş ölkə və şəhər­lər­də statistik göstəricilərə baxmayaraq “südüm yoxdur” yaxud “südüm kəsildi” təzad doğuran məşhur ifadələrdəndir.

Ailehekimiklinikasi.az feqih.com-a istinadən xəbər verir ki, bunun başlıca səbəbi obyektiv və subyektiv əsaslara görə kifayət qədər maariflən­məyən gənc ananın özünə inamının az olması nəticəsində bir sıra iqtisadi, sosial, mədəni təsirlərə tez məruz qalmasıdır. Əksinə, süd əmizdirmə­yin həyat tərzinin təbii tərkib hissəsi olduğu, bu sahədəki təcrübənin nəsildən nəsilə ötürüldüyü və yüksək qiymətləndirildiyi cəmiyyətlərdə isə hətta ana, yaxud uşağın səhhətində nasazlıqlar olduğu halda belə laktasiya prosesi uğurla həyata keçirilir.

İlk dövrlərdə əmizdirməklə bağlı bəzi çətinliklər meydana çıxa bilər. Bu çətinliklərdən ilkini doğuşdan dərhal sonra südünün aşıb–daşacağını güman edən kifayət qədər bilik və təcrübəyə malik olmayan gənc ana yaşamağa başlayır. Nəticədə, körpəsinin ac qalmasından qorxaraq yaxşı halda “südü gələnə­dək”, pis halda isə tamamilə süni qidalardan istifadə etməyə başla­yır. Əslində isə bilmək lazımdır ki, yetişmiş laktasiya əksər qadın­lar­da doğuşun 3–5-ci günündən sonra bərpa olunur. Bu vaxta qə­dər­sə Uca Allahın hikməti sayəsində döşdən hələ hamiləlik dövrün­dən gənc anaya tanış olan, tərkib etibarilə uşağın bütün ömürlük immunitetinin təməlini qoyan süddən daha qidalı, miqdarca isə daha az olması­na baxmayaraq, 3–5 günlük körpə­nin bütün tələbat­larını tam şəkildə ödəməyə qabil olan və bağırsağı südün mənimsənilməsinə hazırlayan “bulama” adlanan ağımtıl-şəffaf qatı konsentrasiyaya malik olan maye gəlir. Bu dövrdə anadan tələb olunan panikanı, əsassız qorxunu bir tərəfə ataraq, kənar təsirlərə fikir vermədən, bütün alterna­tiv qidalandırma formalarından imtina edərək, səbr və təmkinlə uşağı təbii şəkildə əmizdirməkdir.

Yetişmiş laktasiya bərpa olduqdan sonra isə növbəti çətinlik meydana çıxır: orqanizmin fərdi quruluşundan, irsi xüsusiyyətlərdən, habelə doğuş prosesinin tam şəkildə təbii formada aparılmamasından irəli gələrək bir qisim qadınlarda süd döşlərə sürətlə, digərlərində isə tədricən, zəif tempdə gəlir. Nəticədə birinci qrup qadınlarda qan dövranı birdən – birə çoxaldığından, habelə yüksək təzyiqlə axan süd dərinin müqaviməti ilə qarşılaşdığından bədən hərarəti 38–39 C-yə qədər artır ki, buna da xalq arasında “süd qızdırması” deyilir. Beləliklə, bərkimiş döş­dən uşağın süd əmməsi çətinləşir, bu da onsuz da yeni həyat tempinə öyrəşmə mərhələsində olan gənc ananın əsəblərində əks olunur.

İkinci qism qadınlar isə zəif templə gələn südün kəsilməsinin labüdlüyünə özlərini kökləyə­­rək ümidsizləşirlər.

Təsadüf olunan problemlərdən digəri isə ilk dövrlərdə körpənin süd əmərkən ağlaması, narahatlığıdır. Bu halda biliksiz ana südünün az olduğunu düşünərək yenidən alternativ qida şüşəsinə əl atır.

Doğuşdan 3–4 ay keçdikdən sonra qadın orqanizminin yeni hormonal mərhələyə keçməsi ilə əlaqədar olaraq bəzi analarda südün həcminin azalması müşahidə olunur. Bu da əmizdirməyə dair kifayət qədər biliyə malik olmayan anada yeni çətinliklərin meydana çıxmasına zəmin hazırlayır.

Bütün bu çətinlikləri səhv addım atmadan dəf etmək üçün hər bir ana ilk əvvəl laktasiya prose­si­­nin necə formalaşmasına dair biliyə və müsəlman qadına Allah tərəfindən bəxş edilən analıq məsuliyyətinə malik olmalıdır. Əgər birinci xüsusiyyət kənar təsirlərə məruz qalmaqdan və təşvişə düşməkdən xilas edirsə, ikincisi əmizdirmə prosesində qarşıya çıxa biləcək çətinliklərə qarşı əzm yaradır.

Bilmək lazımdır ki, uğurlu laktasiyanın həyata keçməsindən iki hormon – proklatin və oksitosin məsuldur: körpə əmdikcə döşdəki xüsusi sinirlər beyinə siqnal ötürür, nəticədə isə proklatin və oksitosin hormonları əmələ gəlir. Bu hormonlardan birincisi lazımi miqdarda südün istehsal edilməsinə, ikincisi isə həmin südün döşdən ifraz edilməsinə cavabdehdir. Beləliklə, aydın olur ki, südün həcminin çoxalması və yaxud azalmasının səbəbi olduqca sadədir: uşağın döş əmməsi.

Bu halda südün həcmi artmaqla yanaşı, döş giləsində yerləşən məsamə və kanallar da genişlənir, nəticədə körpənin südü sorub çıxarması daha da asanlaşır. Məhz bu səbəbdən rejim üsulu ilə yox, körpənin təbii tələb və çağırışlarına əsasən əmizdirmək, ona Uca Allah tərəfindən qoyulmuş fitrətə etibar etmək olduqca vacibdir. Xüsusən proklatinin həcminin artdığı gecə saatlarında uşağın əmizdirilməsi mühümdür.

Bütün bu şərtlərə riayət edildiyi halda süd heç vaxt uşağa lazım olduğundan nə az, nə də çox olacaq­dır. Əmərkən süd axarları açılmaqla yanaşı, körpənin damağı da möhkəmlənir. Bu da balacanın inkişa­fının növbəti mərhələsində, 6–9-cu aydan sonra əlavə qidanın az sayda dişlə belə yaxşı çeynənmə­sini, həzmini asanlaşdırır.

Laktasiyaya qismən təsir edən ikinci dərəcəli amillərə ananın düzgün qidalanmasını və kifayət qədər maye qəbulunu, əsəbləş­mə­məyi, mümkün olduğu qədər yatmasını və istirahət etməsini, təmiz havada gəzintisini də misal göstərmək olar.

Lakin müxtə­lif səbəblərdən bu ikinci dərəcəli amilləri həyata keçirmək mümkün olmadığı hallarda belə təkcə uşağın hər çağırışına görə əmizdirilməsinə riayət etmək öz-özlüyündə artıq süd vermənin uğurla həyata keçirilməsi üçün kifayət səbəbdir.

Oxunub: 2 467
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-03-2019, 13:57

Hamilə qadınların və anaların hüquqları

Maraqlı

27-02-2019, 22:23

Süni qida ananın südünü necə azaldır?

Səhiyyə

24-02-2019, 20:17

Anadangəlmə ürək qüsurları

Maraqlı

21-02-2019, 12:55

Əmizdirmə və stress

Araşdırma

25-11-2018, 15:18

Qeysəriyyə əməliyyatı uşağın beyin və immunitetini zəiflədir

AlıntıCevapla
  • Everette

  • 14 aprel 2026 00:12
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Bester Echtgeld Casino Bonus

References:
https://pad.stuve.de/s/xhHV9AOop
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Sol tərəf üstə yatmağın faydaları
İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
İsti havalarda nə qədər su içməliyik?
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
Son xəbərlər
  • Dünən, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
  • Dünən, 21:43
    Sol tərəf üstə yatmağın faydaları
  • Dünən, 20:18
    İran və ABŞ arasında 14 maddəlik razılaşma mətni açıqlandı
  • Dünən, 19:47
    1 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir
  • Dünən, 18:29
    İsti havalarda nə qədər su içməliyik?
  • Dünən, 17:47
    Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir
  • Dünən, 16:36
    Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
  • Dünən, 15:09
    Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
  • Dünən, 14:59
    Türkiyə iki ölkəni hədələdi: Cavabı sərt olacaq!
  • Dünən, 13:22
    Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi
  • Dünən, 12:11
    Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin
  • Dünən, 11:26
    “Bakıda həbsdə olan ermənilər…” – Paşinyandan yeni açıqlama
  • Dünən, 10:05
    Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
  • Dünən, 09:13
    Allergiya yaradan mövsüm meyvələri açıqlandı
  • 11-06-2026, 22:55
    Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir
  • 11-06-2026, 21:23
    Baş ağrısı nə zaman xərçəngə işarə edir?
  • 11-06-2026, 20:12
    İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
  • 11-06-2026, 19:41
    Orta Şərqdə yeni güc oyunu: Türkiyə-İsrail rəqabəti və müharibə təhlükəsi
  • 11-06-2026, 18:11
    Cavanlıq iksiri tapıldı - Alimlərdən yeni kəşf
  • 11-06-2026, 17:29
    Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar
  • 11-06-2026, 16:14
    Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
  • 11-06-2026, 15:43
    Qəbizliyin təhlükəli əlamətləri - mütəxəssis açıqladı
  • 11-06-2026, 14:47
    Onların neftinin yarısını alacağıq – Trampdan İranla bağlı sensasion açıqlama
  • 11-06-2026, 13:30
    Ankara və İrəvandan gözlənilməz addım: Bu sərhəd-keçid məntəqələri açılacaq
  • 11-06-2026, 12:13
    Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
  • 11-06-2026, 11:05
    KTMT Ermənistanla bağlı qərar qəbul etdi - Lavrov rəsmən açıqladı
  • 11-06-2026, 10:38
    Türkiyənin bu addımı İsraili ayağa qaldırdı - Təl-Əviv çıxış yolu axtarır
  • 11-06-2026, 09:00
    Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
  • 10-06-2026, 22:39
    Qarpız yemək üçün 10 səbəb
  • 10-06-2026, 21:00
    Qarında qaz, ağrı, qəbizlik, dəridə səpkilər... - Yüksəlmiş bağırsaq keçiriciliyi sindromunun FƏSADLARI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə