• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hamilə qadınların və anaların hüquqları

Xəbərlər

6-03-2019, 13:57

Hamilə qadınların və anaların hüquqları

İŞ YERLƏRİNDƏ HÜQUQLARINIZIN TAPDANMAMASI ÜÇÜN SİZ ONLARI YAXŞI BİLMƏLİSİNİZ

Hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2–3 saatdan bir körpənin yanında olmaq lazım gəlir.

Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır.

Lakin təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez–tez pozulur. Bunları nəzərə alaraq, biz Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların və süd verən anaların hüquqları ilə bağlı bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq.

Təbii ki, ilk növbədə, bütün anaları hamiləlik və doğuşa görə verilən məzuniyyətlər maraqlandırır. Körpələrini ana südü ilə qidalandıran analar gün ərzində bir neçə dəfə uşaqlarının yanında olmalıdırlar. Bununla əlaqədar olaraq Əmək Məcəlləsində məzuniyyət dövrü iki hissəyə bölünür: doğuşdan əvvəl və doğuşdan sonra.

Əmək Məcəlləsinin “Hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125–ci Maddəsinə əsasən analara verilən bu məzuniyyət ödənişlidir. Lakin onun müddəti müəyyən hallarda fərqli olur. Normal doğuş zamanı analara verilən məzuniyyətin müddəti doğuşdan əvvəl 70 gün, doğuşdan sonra isə 56 gündür. Amma doğuşun çətin keçməsi (keysəriyyə əməliyyatı və s. çətin sayılan hallar) və iki və ya daha çox uşağın doğulması kimi bəzi xüsusi hallarda doğuşdan sonrakı məzuniyyətin müddəti 14 gün artırılır, yəni 70 təqvim günü təşkil edir.

Kənd təsərrüfatı sahəsində çalışan qadınlara isə hamiləliyə və doğuşa görə məzuniyyət, bu qadınların işinin çətinliyinə görə verilir. Bu, normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü), doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü), iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü) kimi verilir. Bəzi mütəxəssislər yuxarıda qeyd olunan vaxtların yetərli olmadığınıdeyirlər. Çünki körpə 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır.

Lakin qanunvericiliyə istinad etməklə, bu problemdən çıxış yolu tapmaq mümkündür. Belə ki, adətən birinci il işləyən işçilərə məzuniyyət haqqı 6 ay işlədikdən sonra verilir, lakin “Əmək məzuniyyətinin verilməsi qaydası” Maddəsinə (Maddə 131.) görə, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən qadınlar hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonar istifadə edə bilərlər. Beləliklə analar öz körpələrinin yanında olmaq imkanını, hamiləliyə və doğuşa görə verilən sosial məzuniyyətdən dərhal sonar məzuniyyət götürərək, bir az da uzada bilərlər.

Dövlət, körpəsi olan analara 6 ay müddətində işə çıxmamaq imkanı yarada bilməsə də, onlara başqa güzəştlər edir. Belə ki, dövlət Əmək Məcəlləsinin “Uşağın yedizdirilməsi üçün fasilələr” Maddəsində (Maddə 244) yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir.

Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduğu təqdirdə isə hər fasilənin müddəti ən azı bir saat müəyyən edilir. Bu fasilələr qadının əmək haqqından çıxılmır, onlar iş vaxtına daxil olur. Ona da diqqət yetirmək lazımdır ki, qanunvericilik bu fasilələrin ən azı 30 dəqiqə olduğunu deyir, yəni, əgər siz iş yerindən uzaqda yaşayırsınızsa, siz işəgötürənlə razılığa gəlib fasilə müddətini uzada da bilərsiniz.

Əmək Məcəlləsinin “Qısaldılmış iş vaxtı” Maddəsinə (Maddə 91) görə analar işə çıxdıqdan sonra işəgötürəndən 36 saatadək qısaldılmış iş vaxtını tələb etmək hüququna malikdirlər. Bu haqdan analar uşaqlarının yaş yarımına qədər istifadə edə bilərlər. Bunlardan əlavə, dövlət hamilələrə və 3 yaşınadək uşağı olan analara işə düzələn zaman da böyük güzəştlər edir. Əmək Məcəlləsinin “Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri” Maddəsində (Maddə 240) deyilir ki, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbi ilə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yol verilməzdir.

Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir.

Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir (Maddə 242). Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur.

Bu qaydalar yaş yarımına çatma səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hamilə qadınların və 3 yaşınadək uşağı olan anaların vəziyyətinin xüsusiyyətlərinə görə gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir (Maddə 242).

Hamiləlik dövründə iş yerində qadınlara qarşı tələblər azaldılır və ya onlar daha yüngül və sağlam iş yerinə keçirilir. Belə hallarda da onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır və əmək haqqının azaldılmasına qadağa qoyulur. Bu qaydalar yaş yarımına çatmamış uşağı olan və əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkən qadınlara da aid edilir (Maddə 243). Elə hallar da olur ki, işəgötürən işçilərin ixtisarı, səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi, özünün əmək funksiyasını yerinə yetirməməsi adı altında hamilə və yaxud uşaqlı ananı işdən azad etmək istəyir.

Lakin dövlət, bu vəziyyətdə olan qadınların xüsusiyyətlərini nəzərə alaraq Əmək Məcəlləsinin 79–cu Maddəsində bu səbəblərlə hamilə və 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsinə qadağa qoyub. İş yerlərində hüquqlarının tapdanmasının qarşısını ala bilmək üçün anaların və hamilə qadınların öz hüquqlarını bilməsi çox vacibdir.

Oxunub: 1 099
Paylaş:
Digər xəbərlər

Səhiyyə

6-03-2019, 17:44

Hamilə qadınlar niyə turş meyvələr istəyir? - Pediatrdan izah

Araşdırma

6-03-2019, 15:15

Anaların daha çox yuxuya ehtiyacları var - ARAŞDIRMA

Araşdırma

1-03-2019, 18:12

Balıq yağının hamilə qadınlar üçün növbəti FAYDASI

Araşdırma

25-12-2018, 00:52

Bel çəkdirməklə hamilə qalmaq olar? - Ginekoloq açıqlayır

Maraqlı

28-09-2018, 00:28

ELM sübut etdi ki, bu QADINLARIN övladları daha AĞILLI OLUR - ŞOK!!!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Son xəbərlər
  • Bu gün, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • Bu gün, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • Dünən, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • Dünən, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • Dünən, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • Dünən, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • Dünən, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • Dünən, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • Dünən, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • Dünən, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Dünən, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Dünən, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Dünən, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Dünən, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Dünən, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Dünən, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • 29-07-2026, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • 29-07-2026, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • 29-07-2026, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • 29-07-2026, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • 29-07-2026, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • 29-07-2026, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • 29-07-2026, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • 29-07-2026, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • 29-07-2026, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • 29-07-2026, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • 29-07-2026, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • 29-07-2026, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • 29-07-2026, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • 29-07-2026, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə