• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Nevrit - sinirlərin iltihabı
Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Min bir dərdin dərmanı – arı südü - FOTO

Maraqlı

6-11-2018, 00:33

Min bir dərdin dərmanı – arı südü - FOTO

Bal, çiçək tozu, vələmum, mum, arı südü, bal qaymağı, güləm kimi arı məhsullarının hər biri sağlamlıq üçün çox əhəmiyyətlidir. Təbiətin bizə bəxş etdiyi bu əvəzsiz nemətlərin içərisində müalicəvi xüsusiyyətlərinə görə arı südü digərlərindən fərqlənir. Bəs min bir dərdin dərmanı, tərkibi vitamin və minerallarla zəngin olan, bir çox xəstəliklərin müalicəsində, immunitetin möhkəmləndirilməsində istifadə edilən arı südü necə alınır?

Ağcabədi rayonundan olan arıçı Rəfayət Musayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində arı südünün alınması, faydaları və istifadəsi barədə danışıb.

Ata-babadan arıçılıqla məşğul olan R.Musayev hazırda 250 arı ailəsi saxlayır. O, məhsul verən arı ailələrini respublikanın müxtəlif regionlarına apararaq onları bəsləyir. Müxtəlif arı məhsulları istehsal edən arıçı bu məhsulların içərisində ən qiymətlisinin və insan üçün ən faydalısının arı südü olduğunu deyir.

Rəfayət Musayev bildirir ki, 5-15 günlük işçi arıların udlaq və üst çənə vəzilərində yaranan arı südünün alınması çətin prosesdir. Arı südü sağlam və qüvvətli arı ailəsindən onların aktiv fəaliyyəti dövründə - may-iyun aylarında alınır. Əvvəlcə ailədən ana arı götürülür. Ananın olmadığını hiss edən arılar yeni ana yetişdirmək üçün ana yuvası qoymağa başlayırlar. Bu zaman çərçivəyə mumdan hazırlanmış süni ana üskükləri qoyulur və 6-8 saat sonra onun da içərisinə başqa ailədən götürülmüş bir günlük sürfə köçürülür. 72 saat ərzində üsküklər arı südü ilə dolur. Arı südü oradan götürülərək şüşə qaba və ya şprisə yığılır və soyuducuda saxlanılır.

Arı südünün tərkibində orqanizmə lazım olan vitaminlər, mikroelementlər və mineral maddələr, bioloji aktiv birləşmələr var. İnsan arı südü qəbul etdikdə onun infeksion xəstəliklərə qarşı müqaviməti artır, maddələr mübadiləsi yaxşılaşır. İnsanın ümumi tonusu qüvvətlənir, gümrahlaşır, daxili sekresiya vəzilərinin fəaliyyəti normallaşır. Arı südü mədə və on iki barmaq bağırsaq yaralarında, qaraciyər xəstəliklərində, uşaqlarda fiziki və zehni inkişafın zəifliyində, orqanizmin ümumi zəifliyində müsbət təsir göstərir. Bu məhsul sidikqovucudur, piylənməni ləngidir, qan dövranını normallaşdırır, endokrin vəzilərin funksiyasını tənzim edir, qocalma prosesini ləngidir, yaddaşı və görməni yaxşılaşdırır, cinsi vəziləri fəallaşdırır və iştahı artırır. Bundan başqa, arı südü kosmetologiyada üz üçün cavanlaşdırıcı maskaların tərkibinə əlavə olunur.

Rəfayət Musayev arı südünün qəbulu qaydası barədə də məlumat verib. Bildirib ki, bu qiymətli məhsul səhər yeməkdən bir saat əvvəl bir qramın üçdəbiri qədərində dilin altına qoyulmalıdır. 10 qram arı südü bir aylıq kursdur. Üç ay sonra təkrar istifadə etmək olar.

Ağcabədili arıçının dediyinə görə, arı südünə olan tələbat getdikcə artır: “Əvvəllər hər il 0,5-1 kiloqram arı südü satırdım. Ötən il əldə etdiyim 1 kiloqram arı südü elə yay mövsümündə satıldı. Arı südünün bir qramının qiyməti isə 3-7 manat arasında dəyişir. Tələbatın çoxaldığını nəzərə alıb, bu il 2 kiloqramdan artıq arı südü yığmağı nəzərdə tuturam. Arı südünə olan tələbatın ildən-ilə çoxalması insanların onun faydaları ilə bağlı getdikcə daha çox məlumatlanmaları ilə bağlıdır”.


Bal və arı südü istehsalı ilə yanaşı ana arı yetişdirilməsi, çiçək tozu satışı ilə də məşğul olan Rəfayət Musayev xaricdən gətirilmiş daha məhsuldar arı sortları bəsləməklə təsərrüfatını daha da inkişaf etdirir. O, dövlətimizin başçısı tərəfindən arıçılığın inkişafının stimullaşdırılması məqsədilə sərəncam imzalanmasının, arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilməsinin kənd təsərrüfatının gəlirli və daha perspektivli sahəsi olan arıçılığın daha da inkişafına töhfə verəcəyini bildirib.

Oxunub: 1 642
Paylaş:
Digər xəbərlər

Maraqlı

7-01-2019, 02:38

Bu qidalarla sümük qırılmalarından xilas olun

Maraqlı

10-10-2018, 01:50

Hansı hazır qida(smes) daha yaxşıdır

Maraqlı

17-09-2018, 14:26

Şirin və cır narın orqanizmə faydaları — Qızdırmanı salır, diş ətini gücləndirir

Manşet / Maraqlı

8-05-2018, 08:13

Ana südü doğmuş qadının orqanizmində yaranan

Manşet / Maraqlı

11-04-2018, 17:25

Ana südü körpə üçün həyat eliksiridir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Son xəbərlər
  • Dünən, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • Dünən, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • Dünən, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • Dünən, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • Dünən, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • Dünən, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • Dünən, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • Dünən, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • Dünən, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • Dünən, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • Dünən, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • Dünən, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • 1-08-2026, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • 1-08-2026, 17:04
    Asiyada yeni müharibə başlayır
  • 1-08-2026, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • 1-08-2026, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • 1-08-2026, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • 1-08-2026, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • 1-08-2026, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • 1-08-2026, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • 1-08-2026, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • 1-08-2026, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • 31-07-2026, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • 31-07-2026, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • 31-07-2026, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • 31-07-2026, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə