• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tibbi, anatomik, farmasevtik və bioloji terminlərin mifoloji qaynaqları - Firəngiz Rüstəmova

Klinika / Əfsanələr və miflər

16-11-2020, 11:50

Tibbi, anatomik, farmasevtik və bioloji terminlərin mifoloji qaynaqları - Firəngiz Rüstəmova


Tanıdığımız müalicəvi bitkilərin mifoloji əsaslarına keçməzdən əvvəl tibbi, anatomik və bioloji terminlərin adları ilə əlaqədar olan mifik personajların bəziləri haqqında məlumat vermək məqsədəuyğun olar.
İris və ya İrida - yunan mifologiyasında tanrılarla (tanrı-ça Geranın taxt-tacının yanında dayanan) ölümlü insanlar ara-sında əlaqə yaradan, göy qurşağının üzərində yerə enən tanrı-çadır.
Azərbaycan dilində də qüzeh sözü elə göy qurşağı və ya qarı nənənin hənası, örkəni deməkdir. Qarı (nənə) sözü ilə Qera sözü də məna və fonetik səslənməsinə görə demək olar ki, eyniyyət təşkil edir.
Gözün müxtəlif rənglərdə olan qüzehli qişası tibbdə iris adlanır və bu ad mifologiyadan gəlir.
İrisin isə davamlı fiziki məşğələlərin effektini imitasiya edən hormondur. İris sözü yenə tanrıça İridanın adı ilə və yunan d. olan “prote(in)” - zülal sözü ilə bağlıdır.
Məhşur terminlərdən biri də Ammon buynuzu /Cornu Ammonis adlanır. Ammon buynuzu - qoç buynuzlu təsvir edilən Qədim Misir tanrısı Amon-Ra tanrısının adından gəlir. Sonradan yunanlar Zeusu da Amon-Ra adlandırmışdılar. Am-mon buynuzu terminini beyinin yan mədəciyinin aşağı buynu-zunu təsvir etmək məqsədilə tibbə bolonyalı C. Arinsiy (1530–1589) gətirmişdi. Hazırda bu termin köhnəlib və onun yerinə “hippokamp” termini işlədilir. Amma hippokamp özü də mifik bir heyvandır, at bədənli, balıq quyruqlu dəniz atıdır. Bu termini də tibbə C.Arinsiy gətirib. Botanika tarixinə imperator Böyük Karl da düşüb. Belə ki, Yumaqotu/Carlina bitkisi həmin imperatorun şərəfinə elə adlandırılıb. Botanika tarixinə imperator Böyük Karl da düşmüşdür. Belə ki, Yumaqotu/Carlina bitkisi həmin imperatorun şərəfinə elə adlandırılmışdır.
Mənbələrə görə taun/çuma epidemiyası Karlın ordusuna da yoluxmuşdu. Həmin ərəfədə imperatorun yanına bir mələk enir və ona xəstəliyi müalicə edən bitkini göstərir. XV–XVI əsrə aid olan almanların “Bitkilərlə müalicə” kitabında yuma-qotu/carlina bitkisinin şəkli verilib və başında tac ilə təsvir edilmiş imperator dizləri üstə dayanıb dua edir. Afinalı dramaturq Sofokl, Avropa tragediya janrının atası hesab edilən qədim yunan dramaturqu Esxil, “90 dram” əsə-rinin müəllifi Evripidin əsərlərinin qəhrəmanlarının adları bu gün bir sıra psixiki pozğunluqla əlaqəli sindromların adında əks olunmuşdur. Qeyd etmək maraqlı olar ki, Ziqmund Freyd (1856-1939) psixoanaliz haqqında bir çox terminlər yaratdı. Bu terminlərin mənbəyi Arqonavtlar və ya Fivan mifləri idi. Həmin miflərin personajlardan - Edip, Antiqona, İokasta, Medeya, Orest, Fedra, Elektranı göstərmək olar. Ən geniş yayılan komplekslərdən biri Edip, ingilis d. Oedipus complex adlanan termindir. Ziqmund Freyd antik mifdəki çar Edipin adını “Edip kompleksi” adlandırdığı psi-xiki pozuntu ilə gedən xəstəliyə vermişdir. Bu kompleks zamanı ailədə olan oğlan uşağı anasını çox sevdiyinə görə, atasına qarşı düşmən mövqeyində dayanır. Bu xəstəliyin digər bir forması isə atasını sevən qız uşağının anasına duyduğu düşmənçilik hissidir ki, bu psixoloji kompleks “Elektra kompleksi” adlanır. “Medeya kompleksi” adlanan xəstəlik patoloji psixiki vəziyyətdə ərindən intiqam almaq üçün övladlarını öldürən anadır. Qədim yunan mifologiyasına görə Kolxida çariçası Medeya Arqonavtlara və Yasona qızıl qoyunun dərisini tap-maqda yardım edir. Atasının qəzəbindən qorxaraq Yasonla birlikdə Yunanıstana gedir. Amma Yason Medeyanı aldadır və digər bir qadınla evlənir. Medeya isə intiqam hissi duyaraq rəqibi olan həmin qadını zəhərləyib öldürməklə kifayətlənmə-yərək, Yasondan olan övladlarını da öldürür.
Anatomik terminologiyada “tendo calcaneus seu tendo Achilli” Axill daban vətəri var. Bu termin yunan mifologiya-sındakı məhşur qəhrəman Axillin adından gəlir.
Axillesin əfsanəsi insan gəncliyinin gözəlliyini, gücünü və yetənəyini, talantını şərəfləndirir. Axill qədim Troya şəhərinin mühasirəsində iştirak etdi, ancaq onun taleyinə əvvəlcədən ölüm yazılmışdı. Tanrı Apollon Axilli öldürmək üçün troyalı Parisə ox göndərdi və o, ox ilə Axill yalnız dabanından vurulmalı idi.
Əfsanəyə görə anası dəniz tanrıçası Fetida Axilli yeraltı, ölülər aləmindən, Aiddən axan Stiks çayında çimizdirmişdi. Amma onun dabanından tutduğuna görə dabanına su dəyməmişdi. Axillin zəif dabanları onun ölümünə səbəb olub. Onagörə də bu böyük qəhrəmanı yalnız dabanından vuraraq öldürmək mümkün idi.
Tibbi terminologiyada digər bir mifoloji obraz isə Atlantdır.
Ovidinin “Metomorfoza”larına görə, Atlantın missiyası qızıl almalar yetişən ağacı qorumaq idi. Zeusun oğlu Persey qanadlı sandalları ilə uçub enir bağa. Ancaq ki, əvvəlcə Persey insanları baxışları ilə daşa döndərən Qorqon Meduzanı öldürməli idi. Pifiyanın sözlərini xatırlayan Atlas/Atlant Per-seyi qovmağa çalışır. Persey isə Meduzanın kəsilmiş başını ona göstərərək hədiyyə gətirdiyini deyir. Meduzaya baxan At-lant o dəqiqə Atlas dağlarına çevrilir və o zamandan Atlant göy qübbəsinin başında saxlayır.
Mifologiyaya görə, Atlant İapet və Okeanida Klimenanın oğlu, Qafqaz dağında zincirlənən Prometeyin qardaşıdır.
Boyun baş hissənin ağırlığını öz üzərində gəzdirdiyinə görə, onun adı birinci boyun fəqərəsinə verilib -atlas/atlantis.
Kombinə olunmuş immunodefisit sindromu. İmmun sistemin çox nadir rast gəlinən irsi xəstəliklərindəndir. Hansı ki, xəstənin T-hüceyrələri immunitetə cavab verə bilmir. Genin mutasiyası səbəbindən və kalsium ionu kanalının kompo-nentlərindən biri olan, determinəedici Orai (kanalı açıb-bağlayan qapı mexanizminin modulyatoru) zülalının yaranması ilə əlaqədar baş verir. Orai zülalının adı qədim yunan mifologi-yasında olan göydəki çarlığın qapılarını qoruyan personajla-rından, “Ora”lardan alıb.
Əfsanəyə görə “Ora”lar ilin fəsillərinin tanrıçalarıdır. Femidanın övladları olan “Ora”lar təbiətin düzənini, Olimpi qo-ruyar və səmaların bulud qapılarını açıb-bağlayarlar.
Digər bir mifoloji personaj Kolofonadan olan parça bo-yaqçısı İdmonun qızı hörümçək Araxnadır. Anatomik terminologiyada “arachnoidea mater cerebri”, yəni baş beyinin hörümçək toruna bənzər qişasının adı həmin mifik personajdan götürülüb.
Mifoloji əfsanələrə görə, Araxnanın toxuma qabiliyyətinin sorağı tanrıça Afinaya da çatmışdı. Araxna tanrıça Afinaya hədiyyə etdiyi əl işində tanrıların aliliyi ilə yanaşı, onların sevgi macəralarını və ölümlü insanlara verdiyi cəza səhnələri-ni də göstərmişdi. Qəzəblənmiş Afina həmin əl işini cıraraq Araxnaya çırpır. Bu münasibətdən üzülən Araxna isə özünü asaraq öldürmək istəyir, lakin Afina ilgəyi onun boynundan çıxararaq ölməyə qoymasa da Araxnanı hörümçəyə çevirir.
Kadavr - alimlər və tibb sahəsində oxuyanların öz biliklərini artırmaq məqsədilə istifadə etdikləri meyidə deyilir.
Kadaver isə yunan d. “kadaverik”, ingilis d. “cadave-ric” – meyid deməkdir,“cadaver”. Xoşagəlməz, pis iy verən diamin (bakterial lizin aminturşusu dekarboksilirovanini), çox zaman obrazlı şəkildə adlandırılan “meyid zəhəridir”.
İnsanların sağlamlıq, gözəllik, xəstəliklərin profilak-tikası, müalicəsi məqsədilə bitki və inorqanik qarışıqlardanMifoloji əfsanələrə görə, Araxnanın toxuma qabiliyyəti-nin sorağı tanrıça Afinaya da çatmışdı. Araxna tanrıça Afina-ya hədiyyə etdiyi əl işində tanrıların aliliyi ilə yanaşı, onların sevgi macəralarını və ölümlü insanlara verdiyi cəza səhnələri-ni də göstərmişdi. Qəzəblənmiş Afina həmin əl işini cıraraq Araxnaya çırpır. Bu münasibətdən üzülən Araxna isə özünü asaraq öldürmək istəyir, lakin Afina ilgəyi onun boynundan çıxararaq ölməyə qoymasa da Araxnanı hörümçəyə çevirir.
Kadavr - alimlər və tibb sahəsində oxuyanların öz biliklə-rini artırmaq məqsədilə istifadə etdikləri meyidə deyilir.
Kadaver isə yunan d. “kadaverik”, ingilis d. “cadave-ric” – meyid deməkdir,“cadaver”. Xoşagəlməz, pis iy verən diamin (bakterial lizin aminturşusu dekarboksilirovanini), çox zaman obrazlı şəkildə adlandırılan “meyid zəhəridir”.
İnsanların sağlamlıq, gözəllik, xəstəliklərin profilak-tikası, müalicəsi məqsədilə bitki və inorqanik qarışıqlardanibarət olan dəmləmələr Türkiyə türkcəsində “Kür” adlanır. “Kür”ün, yəni dəmləmələrin insanlara və şikayətlərə görə tərkibi və istifadə qaydası vardır. Nə üçün şəfaverici, dəmləmələr məhz “Kür” adlanmışdır? Azərbaycan dilində isə xəstələrə şəfaverici vannalar etmək üçün qarışıq bitkilərdən alınmış dəmləməni “Hor hoyuş” adlandırırlar. Hoyuş/ höyüş nəmliyi, suyu bildirir. “Hor” isə yəqin ki, türkiyə türkcəsindəki “Kür” sözünün dəyişilmiş variantıdır. Kur/Cur yəni müalicə mənası verən bu sözün german dil qrupuna, fransız d. aid olması yazılsa da, Göktürk türkcəsində “Gürbüz”; sağlıqlı, qüvvətli, dayanıqlı, “Güre” güc, enerji, “Güreli” isə enerjili deməkdir. Belə nəticəyə gəlmək olar ki, “Hor/Kür” adlanan dəmləmələr əsil türk dilindədir və Gök türklərdə olduğu kimi güc, qüvvət verici, şəfaverici deməkdir. Türkiyədə Kür/Hor/Güre sözünün yer aldığı Güre kaplıcası adlanan termal su qaynağı vardır.
Güre kaplıcası yeraltından çıxan, Türkiyədə Balıkesir, Erdemit ilçəsində yerdən qaynayan termal sular vardır. Burada qadın xəstəlikləri, revmatizma, dəri, sədəf xəstəliyi, böyrək daşı və s. kimi xəstəliklərdə müalicəvi təsiri olan mədən suları çıxır. Həm də əfsanəyə görə gözəllik kraliçası Afrodita da keçirdiyi cüzam xəstəliyindən sonra öz gözəlliyinə Güre kaplıcası vasitəsilə yenidən qovuşmuşdur. Mifoloji qaynaqlarda “Tanrıların Dağı” olaraq isimləndirilən Kazdağının ətəklərində bulunan Güre kaplıcaı Homerin 3 min il öncə yazdığı “liada” adlı əsərinə görə, gözəllik Tanrıçası Afrodit “Tanrılar Dağı” adlandırılan Kazdağında yaşamışdır.
Kür kelimesi günlük həyatta sıxlıqla işlədilən sözlərdən biridir və fransız d. türkcəyə keçmişdir. Xüsusi baxım, dərman müalicəsi, özəl müalicə kimi mənalardaişlədilir.
Kur/“Cur” sağalma, müalicə, qayğıkeşlik sözündən götürülmüşdür. Bu sözdən Roman–German dillərində bir sıra terminlər yaranmışdır- Kurator, prokuror, “kyure” katolik kilsəsində keşiş və s. İnkurabel sözü müalicə olun-mayan deməkdir.
Kurort sözü də eyni mənşəlidir və alman d. olub mənası “müalicəvi yer” deməkdir.
Kurort sözünün kökündəki “curo” yuxarıda qeyd etdiyimiz kimi müalicə, sağlamlıq sözüdür, “ort” isə yer deməkdir. Terrenkur sözündə də “kur” sağlam, “terra” latın d. yer, torpaq deməkdir (Burada maraqlı olan “or/ort”sözünün yer demək olmasıdır. Məsələn: yer sözü müxtəlif türk xalqlarının dilində jer, er, ir, torpaq sözü qırğız d. jer, özbəkcə yer, hətta Dünya, Yer planeti mənasında işlədilən, ingilis dilindəki Earth sözünün kökündə də “yer” sözü vardır. Həm də iş və hərəkətin yerini, istiqamətini bildirən zərflik “yer” və yer zərfi, hara sualına cavab verən “ora” sözünə qazax d. “оrın” , qırğız d. “jer” deyilir.
İngilis d. erthe, qədim ingilis d. eorþe, progerman d. ertho “yer, torpaq” deməkdir. Eorþe sözündən bu gün ingilis d. olan earth, qədim sanskrit d. ertha, qədim skandinav d. jörð, qədim niderland d. eerde, niderlan d. d. aarde, qədim alman d. erda, alman d. Erde və prohind avropa d. er sözü olaraq keçmişdir və s.
Venerologiya – zöhrəvi xəstəlikləri öyrənən elmdir. Ve-nerologiya termini latın d. olub Roma mifologiyasındakı gözəllik və sevgi tanrıçası “Venus”un adından götürülmüşdür, “logos” isə yunan d. elm deməkdir.
Zöhrə, Çolpan və ya Karvanqıran ulduzu Venera planeti-nin adlarındandır. Venerologiya elmi dünyanın ən qədim tibb sahələrindən biridir. Sevgi adı altında yaranan Venerologiya elmi- cinsi yolla ötürülən xəstəliklərin etiologiyası, patogenezi, epidemio-logiyası, əlamətləri, diaqnostikası, müalicəsi və profilaktikası haqqında elmdir. Zöhrəvi/Veneroloji xəstəliklər termini özündə müxtəlif etiologiyalı infeksion xəstəlikləri bir qrupda birləşdirir.
Sifilis - kəskin başlayaraq xroniki hala keçən, cinsi yolla yayılan infeksion xəstəlikdir. Solğun treponema/ Treponema pallidum və ya Spirochaeta pallida adlı törədici vasitəsilə yo-luxan bu xəstəliyin diaqnostik əlamətlərindən biri “Venera boyunbağısı” adlandırılan boyun ətrafında yaranmış ləkələr-dir (Sifilitik leykodema və ya hipopiqment ləkələri).
Xəstəlik ilk dəfə italyan alimi Covanni Frakastoro tərəfin-dən poemada öz təsvirini tapmışdır. Əsərin qəhrəmanı Sifilus adlı çobandır. Çoban öz zarafatları ilə Günəş tanrısının qəzəbi-nə səbəb olur və tanrı onu həmin xəstəliklə cəzalandırır. Am-ma belə hesb edilir ki, sifilis xəstəliyini Cənubi Amerikadan Avropaya 1495-ci ildə Kolumbun ekspedisiyası gətirmişdir.33 Sağlamlığı qorumağa, möhkəmləndirməyə, insan ömrünü uzatmağa yardım edən gigiyenik vasitələr və ümumiyyətlə, gigiyena haqqında demək olar ki, əksər insanların məlumatı var. Gigiyena termininin mənşəyi mifoloji personaj olan Gigieya ilə bağlıdır.
Gigieya - yunan mifologiyasıında təbabət tanrısı Asklepi-yanın (Eskulap) üç qızından biridir. Gigiyena elmi- profilaktik dissiplin qaydalara riayət etməkdir (disciplina sözü latın d. olub discere “öyrətmək” deməkdir).
İxoroz-yunan d. “ichör”* (icho– irinləmə) – Yunan mifologiyasında ölməz tanrıların damarlarından axan, insan qanına bənzər serumdur.
Letargiya - yunan d. “lethargia” sözündən gəlir və kiçik ölüm deməkdir. – “Lehta” yunan mifologiyasında Yeraltı çarlığında unutqanlıq çayının adıdır, “aergio” (“argia”) isə fəaliyyətsizlik deməkdir. Letargiya adlanan patoloji yuxu zamanı uzun bir zaman dərin yuxu olur və sinir, metabolik pro-seslər zəifləyir, hərəki və motor reaksiyalar itir.
Mikroximerizm - Bir insanın orqanizmində genetik ola-raq digərlərindən fərqlənən azsaylı hüceyrə populyasiyalarıdır. Bu tip hüceyrələr doğmuş qadında və heteroziqot əkizlərdə rast gəlinir. Yunan d. “micros” – kiçik və “Chimaira” isə şir boyunlu və başlı, keçi bədənli, əjdaha quyruqlu qorxunc varlıqdır.
Ximer - genetikada embrional hüceyrə ilə birləşmiş, ge-netik olaraq qeyri həmcins orqanizmlərdir. Yunan d.“Chimai-ra” – yeraltı aləmin qapısının girişində dayanan, keçi bədənli və quyruqlu, ilanbaşlı, ağzından alov çıxan varlıqlardır.
“Pan” şimpanzenin bir növüdür (“Pan troglodites”, yunan d. “troglodytes” – mağara insanı deməkdir. “trogle” – mağara) və öz adını antik mifologiyadakı Pan adlı meşə tanrısından alıb.
Bağırsaqların normal sağlam mikroflorası vardır və nor-mal sağlam mikroflora dedikdə əsasən, laktobakteriya, bifido-bakteriyalar və ya "probiotiklər" nəzərdə tutulur. Yunan d. “mikros” – kiçik və latın d. “Flora” – roma mif. Baharın və çiçəklərin tanrıçasıdır.
Panaseya - universal müalicə vasitəsi olan mifik dərman-dır. Yunan d.“Panakeia” olub və şəfa tanrıçasının adındangötürülüb.
Amiqdalin - gülçiçəklilər fəsiləsinə (ərik, acı badam, al-balı, gavalı, şaftalı və s.) aid olan tumlu bitkilərin tərkibində olan qlikoziddir və mədədə parçalanaraq qlükoza və sinil tur-şusuna çevrilir. Amiqdalin adı yunanlarda gözəllik və gənclik tanrıçası olan Amiqdalanın adından götürülüb.
Progestagenlər- yunan d. “pro” – ön, “gesto”* (“gero”) – daşımaq deməkdir. Həm də “genan” – doğmaq mənası daşıyır. Gestiya yunanlarda (Vesti isə romalılarda) ailə ocağının tanrı-çasıdır.
Kloto geni - öz adını ölüm geni olan “Klotho”dan almış-dır. Bu gen insan ömrünün davamına təsir edir. “Klotho” (“Κλωθω”) – qədim yunan mifologiyasında taleh tanrıçasıdır.
Hermafroditizm - ikicinslilik deməkdir və bu termin öz adını ticarət tanrısı Hermes ilə sevgi tanrıçası Afroditanın oğlu Hermofroditdən almışdır.
“Günəş kələfi” latın d. “Plexus solaris”. Yunan d. “plecto” – ilgək deməkdir. Simpatik sinir sistemində ən böyük kə-ləfdir. Postqanqlionar simpatik liflərdən başlayan “günəş kə-ləfi”, sinir gövdələri yaradaraq radial formada, şüa şəklində yayılır. Ona görə də “günəş” kələfi adlanır.
Metamorfoz - yunan d. “metamorphosis” sözündən götürülüb ki, mənası “meta” – daxil olmayan, “morphe” – forma deməkdir. Ontogenez, yəni individual inkişaf zamanı formanın kəskin dəyişməsi. Əsasən biologiyada rast gəlinən bu prosesin adı mifoloji köklərə malikdir. Belə ki, bir varlığa iki, bəzən üç həyat verilir. Məsələn, quyruqlu sürfələrin, quy-ruqsuz amfibiyaya, həşəratın sürfəsinin pupa çevrilməsi kimi.
Fauna - heyvanları aləmi demək olan bu söz qədim Roma mifologiyasında çöllərin, meşələrin tanrıçası, sürülərin hima-yədarı olan Faunanın adından götürülüb.
Nektar - “nektar” qədim yunanlarda ölümsüzlük bəxş edən tanrı içkisi hesab edilirdi. Arılar öz vəzilərində xüsusi ferment vasitəsilə nektarı bala çevirirlər. Qədim yunan mifolo-giyasına görə, Olimpdə yaşayan əbədi gənc tanrılar və ölməz-lər ambroziya ilə qidalanar, eyni zamanda tanrı içkisi hesab edilən nektar içərlərmiş. Ambroziya qədim yunan d. tərcümədə ölməzlik deməkdir.
Nemertinlərin - “Nemertes” adı Nereidalardan götürül-müşdür. Nereidalar qədim yunan mifologiyasında Nereyin qızlarıdır və dəniz nimfalarıdır. Nemertinlər Nereidaların şərəfinə adlandırılmış, okean və dənizlərdə yaşayan çoxqıllı qurdlardır.
Differensasiya və “letal” sözləri də qədim latın dilində-dir. “Differens” – fərqli, “letalis” – isə ölümcül deməkdir. Belə ki, “Lëthë” – unutqanlıq anlamına gəlir və Leta adlı ye-raltı ölülər aləmindən axan əbədiyyət çayı vardır.
Diqqətlə fikir versək görərik ki, kosmik və kosmetk sözləri biri-birinə çox bənzəyir. Əgər bu sözlər arasında uy-ğunluq yoxdursa, bəs bu bənzərlik nədəndir?
Bu sözlərin etimologiyası qədim yunan dilində olan mate-riallar əsasında açıqlanıb. Qədim yunan d. kosmeo feili vardır ki, mənası “düzənləmək, hazırlamaq, səhmana salmaq” və ya “bəzəmək” deməkdir. Kosmos sözü “səliqə, səhman, nizam (lı), bəzək” deməkdir və kosmos həm də “dünya düzəni, kai-nat, evren” mənası da daşıyır. İlk dəfə kosmos sözünü “dünya düzəni, kainat, evren” mənasında işlədən e.ə. VI əsrdə yaşa-mış, yunan filosofu və riyaziyyatçısı Pifaqor olmuşdur. Kos-mos sözünü “bəzək, qiyafət” mənasında isə ilk dəfə Pifaqor-dan 200-300 il əvvəl yaşamış Homer işlətmişdir. Qədim yu-nan sifəti (nitq hissəsi) kosmetikos “gözəl görkəm verən, bəzəyən” deməkdirsə, kosmetiko techno Sözü isə “bəzəmək sə-nəti”mənasını verir. Qədim yunan sifəti (nitq hissəsi) kosmi-kos sözü “dünya, ekümenik, kosmosla əlaqəli” deməkdir.
Kadusi isə latın d.“caduceus”, yunan d. “kaduseus” ad-lanır. Yunanlarda Hermesin, Roma mifologiyasında Merkuri-nin, eyni zamanda, Eskulapın əlində, iki ədəd qanadlı ilanla təsvir edilən, çubuq formalı (həm də tibbin) simvoldur.
Eskulap- yunan d./Asklepiy romalılarda əfsanəvi həki-min adıdır. Qədim yunan əfsanələrinə görə, eskulapa həkimlik sənətini kentavr Xiron öyrədib. Asklepiy o qədər talantlı olub ki, nəinki xəstələrə şəfa verərmiş, hətta ölünü belə dirildərmiş. Onun bu bacarığı Zeusa, daha sonra yeraltı dünyanın çarı Aidə də çatır. Zeus Eskulapı ildırım zərbəsi ilə vurub öldürür.
Doğrudur, həkim baş tanrı tərəfindən öldürülür, amma hə-kimlik sənəti, tibbin sirləri insanlar arasında kifayət qədər ya-yılmışdı və minnətdarlıq hissi duyan insanlar onu unutmadılar,onu öz himayədarı hesab edərək bir sıra şəfa ocaqlarına Ask-lepiyin adı verildi.
Kulta çevrilən Asklepiyin şərəfinə lira ilə epik rapsodiya-lar oxunurdu. “Rhapto”-tikirəm və “ode”- mahnı deməkdir. Asklepiy ilə tibbin emblemi, içərisində dərman olan kasa və ilan təsviri də əlaqədardır. İlan yeraltı aləmin canlısı olduğuna görə, qədim yunanlar bu canlının bitkilər haqqında daha çox şey bildiyinə inanırdılar.
Bəzən də latın və Azərbaycan-türk dillərində sözlər eyni köklü olur ki, bu da nə zamansa insanlığın eyni dildə danışması teoriyasını təsdiqləmiş olur.
Türk d. delirmek feili – dəli olmaq, ağlını itirmək, eks-sentrik olmaq kimi mənalarda işlədilir və latın d. bu söz deli-rium kimi ifadə edilir və yuxarıda göstərilənlərlə eyni mənanı daşıyır. Deliriy latın d. ağılsızlıq deməkdir38. Kalsium- romalılar yumuşaq daşları belə adlandırırlar “calx/calcis”. Azərbaycan d. isə kəltən sözü var və bərkimiş torpağa de-yilir. Kal/kel/kəl/kl söz kökü və semantik mənaları eynidir.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabı

Oxunub: 1 080
Paylaş:
Digər xəbərlər

Klinika / Əfsanələr və miflər

15-11-2020, 17:32

Astronomik və kimyəvi terminlərin əfsanə və mif qaynaqları - Firəngiz Rüstəmova

Əfsanələr və miflər

25-09-2018, 07:22

Xarı bülbül

Manşet / Əfsanələr və miflər

5-09-2018, 11:35

Gera

Manşet / Araşdırma

21-06-2018, 11:23

Ağsaçlı qadın ilahi qadın deməkdir

Manşet / Mədəniyyət

28-04-2018, 08:57

Mədəniyyət sözü ərəb sözü olub

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Son xəbərlər
  • Bu gün, 18:08
    Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
  • Bu gün, 15:56
    Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə