• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Astronomik və kimyəvi terminlərin əfsanə və mif qaynaqları - Firəngiz Rüstəmova

Klinika / Əfsanələr və miflər

15-11-2020, 17:32

Astronomik və kimyəvi terminlərin əfsanə və mif qaynaqları  - Firəngiz Rüstəmova


Anatomik, kliniki, farmasevtik terminologiyada rast gəldi-yimiz terminlər əsasən latın və yunan dillərində olmaqla yana-şı, tibbi biliklərin ayrılmaz bir hissəsidir. Bütün elm sahələrin-də geniş şəkildə işlənən termin sözü də Latın dilindədir. Qə-dim Romada müqəddəs, keçilməz sərhədlərin tanrısı Terminu-sun şərəfinə 23 fevral tarixində bayram keçirilərmiş. Kapitoli təpəsində Yupiter, Minerva və Yunona üçlüyünün şərəfinə ti-kilmiş eyni adlı Kapitoliy məbədində Terminus kultuna aid olan daş qoyulmuşdu. Təsadüfdür, ya düşünülmüş? 23 fevral - həmin tarixdə Sovet Sosialist Respublikalar İt-tifaqında hazırda isə Rusiya Federativ Respublikasında qeyd olunan digər bir bayramı xatırladır: 1922-ci ildə “Qızıl ordu günü”, 1946-cı ildə “Sovet ordusu günü” və 1992-ci ildən isə “Sovet ordusu və Hərbi-dəniz donanması günü”. Axı ordu dövlətin sərhədlərini qoruyur...
Termin/Terminus sözü Latın dilində olub, sərhəd, hədd mənasını ifadə edir və Roma mifologiyasında olan Terminus adlı sərhəd mühafizi tanrısının adından götürülmüşdür.
E.ə.VIII-VII əsrlərdə əfsanəvi Roma çarı Numa Pompiliy Romada Termin məbədi tikdirmişdi və onun şərəfinə Termi-naliy bayramı keçirilirdi. Ətraf yaşayış ərazilərinin sаkinləri sərhəd nişanını bəzəyər, ora qurbanlar gətirərək bayram edib şənlənərdilər. Yeganə olaraq Termin kultu daşı isə Kapitoli təpəliyində Yupiter məbədində yerləşirdi və Romanın sərhədlərinin toxunulmazlığını, hər zaman genişlənməsini simvolizə edirdi.
Qədim dövtlərdə termin sözü “sərhəd işarəsi, sərhəd da-şı” mənasında işlədilirdisə, zaman keçdikcə digər dillərə də keçərək bu günkü mənanı (hansısa sahənin anlayışları) kəsb etdi.Termin anlayışının ilkin mənasında gizlənən daş kultu Azərbaycanda da geniş yayılmışdır. Daşlar həyatı boyu insanı müşahidə edir. Belə ki, körpə vaxtı nəzər daşı, qədimdən bu günümüzə gələn daş kitabələr, daş babalar,daş balballar, daş ilə bağlı inanclar, pirlər, özümüzü hər bir ziyanvericidən qo-rumaq üçün tikib içərisində yaşadığımız daş evlər, baş daşları, sinə daşları və s. Bakıda Nardaran kəndindəki pirin həyətində “Ürək daşı” adlandırılan bir ziyarətgah var. Naxçıvan MR-in “Əshabi-Kəhf”lə bərabər bir sıra ziyarətgahlarında qara daşlar mövcud-dur. Məsələn, Ocaqtəpə pirində yekə bir qara daş var. Cəhri kəndi ərazisində İsfəndiyar və ya Qaş piri adlanan ziyarətgah mağarada, Şərur rayonunun Şahtaxtı, Culfa rayonunun Bənə-niyar kəndlərindəki pirlərdə də qara daşlar vardır. Naxçı-van şəhərindəki Şahab məhəlləsində “Süddü nənə” adı- ilə şöhrət tapmış pir yerində böyük qara meteorit daşı vardır.
Element sözünü (latın d. elementum) antik dövrün müəl-liflərindən Siseron, Ovidiy, Horasiy istifadə ediblər, bu gün də həmin söz eyni mənanı daşıyır.
Atom/atomos sözü yunan d. olub “bölünməz”, molekul isə (latın d.moles) — massiv struktur mənasını verir və kiçiltmə suffiksi olan “cula” əlavə edilib.
“Tibb işçiləri qədim dövrlərdən belə bir deyim ilə tanış-dırlar - “Invia еst in medicina via sine lingua Latina” –“Səhiy-yəyə gedən yol latın dili olmadan keçilə bilməz”. Tibbi termi-nologiyanın latın dilində formalaşması eramızın I əsrindən başladı. Bu proses Korneliy Sels, Böyük Pliniy, Skriboniy Larq və digər həkimlərin adı ilə bağlıdır.
Qədim yunan tibbi e.ə. V–IV əsrlərdə, Kosslu Hippokrat zamanında və antik dünyada tanınırdı, istifadə edilirdi. Qədim yunan dili professional həkim dili olaraq antik əsrin sonlarına qədər (IV–V) qorunub saxlanılmışdır.
Belə ki, həkimlər bir qayda olaraq yunan idi, Hippokrat isə Avropa elmi tibbinin “atası” adlandırılırdı.
Tibbi terminlərin latın və yunan dilində olması ilə yanaşı onların mifoloji qəhrəmanlar və tanrılarla da əlaqəsi vardır. Mifoloji personajların adları nəinki tibbi, farmasevtik, bioloji terminologiyada, hətta göy cisimlərinin, D.İ.Mendeleyevin dövri cədvəlindəki elementlərin adlarında da öz əksini tapmışdır.
Bizim günəş sistemindəki planetlər:
- Merkuri planeti Günəşə ən yaxın olan planetdir, Roma mifologiyasında olan ticarət tanrısı Merkurinin adı ilə əlaqli-dir.
-Venera planeti bizim sistemdə ən parlaq göy cismidir və Roma mifologiyasında olan gözəllik, sevgi tanrıçası Venera-nın adı ilə bağlıdır.
- Mars planeti qırmızı qan rənglidir və Roma mifologiya-sında olan müharibə tanrısı Marsın adından götürülmüşdür.
- Yupiter planeti giqant planetlərdən biridir və Roma mifologiyasında olan ildırım tanrısı Yupiter ilə bağlıdır.
- Saturn planeti nəhəng planetlərdən biridir, adi gözlə görünür və Roma mifologiyasında olan əkinçilik tanrısı Saturnla bağlıdır. Onun simvolu oraqdır. Bu simvol isə planetin ətrafında yaranan oraq şəkilli dairə ilə əlaqədardır.
- Uran planeti “Səmavi” planet adlanır və öz rənginə görə yunan mifologiyasındakı səmaların hökmdarı hesab edilən Uran tanrısının şərəfinə belə adlandırılmışdır. - Neptun planeti Roma mifologiyasında olan suların hökmdarı, tanrısı Neptunun şərəfinə adlandırılb ki, bu planet əsasən su və buzlardan ibarətdir.
- Pluton planeti yeraltı çarlığının tanrısı Plutonun şərəfinə adlandırılıb.
- Serera karlik planetlərdən biridir, 1801-ci ildə C. Piatsi tərəfindən aşkar edilib və onun adı ana sevgisinin, bitkilərin himayədarı, Roma tanrıçası Tantalın qızı Sereranın adı ilə bağlıdır. Serium elementi isə ən kiçik planet Sereranın şərəfinə be-lə adlandırılıb. Selenium yunan dilində Ay deməkdir. Yerin kimyəvi tərkibi, tellur(a) ilə yaxınlığına görə Ay yerin peyki hesab edilir. Tellurium elementi Yerin şərəfinə adlandırılıb və tellus latın d. torpaq deməkdir, yerin adlarından biridir.
Torpaq Ana/Terra Mater-in adlarından də Tellusdur. Belə nəticəyə gəlmək olar ki, Ay Yerin peyki olduğu kimi, sele-nium elementi tellurun peykidir.
Palladium elementinin adı müdriklik tanrıçası Afina –Palladiumun şərəfinə verilib. Çəhrayı-qırmızı rəngli duz olan Rodium elementi isə yunan d. çəhrayı rəng mənasında işlədi-lən “rodon” sözü ilə bağlıdır.
Vanadium qədim Skandinav mifologiyasındakı gözəllik tanrıçası Vanadis ilə, Kobalt elementi ziyankar ruh və qnom Koboldayla, Torium isə qədim Skandinaviya müharibə və şimşək tanrısı Torun adından götürülüb.
Mis/Cuprum metalı-qədim yunanlar belə hesab edir ki, bu metalı əldə etməyə görə insanlar Afroditaya borcludur. Belə ki, Afrodita mis metalı ilə zəngin olan Kipr adasını insanla-ra tanıtmışdır. Qədim yunan həkimi Empidokl özünü yaxşı hiss etmək üçün mis sandallarda gəzərmiş. Aristotel isə bu metalın ödemlərin, qançırların, zədələrin müalicəsində effek-tiv olmasını bildirmiş, İbn Sina isə badamcıq əməliyyatından sonra ağız boşluğunu soyuq su ilə qatılmış sirkə ilə yaxalamaq və mis kuporosu ilə kompres etməyi məsləhət edirdi. Müasir təbabətdə isə mis bir sıra preparatların hazırlanmasında istifa-də edilir. Mis sulfat/Cupri sulfas dərinin fosforla yanıqlarında faydalıdır. Konyunktivitlərdə və traxomanın müalicəsində mis sulfat antiseptik, büzücü məqsədlə göz damcısı, karandaş şək-lində istifadə edilir. Mis nitratın/Cupri nitras-da yerli müalicə vi təsirləri vardır.10
Qızıl - qədim dövrlərlərdən qızılın parlaqlığı hər zaman günəşin (Günəş latın d. Sol) parlaqlığına bənzədilib. Avropa dillərində işlədilən gold yunanlarda günəş tanrısı Heliosla, la-tın d. Aurum sözü isə “sarı” deməkdir və sübh şəfəqləri tanrı-çası Auroranın adı ilə bağlıdır (Sol söz kökü rus d. olan “zolo-to” və Azərbaycan d. qızıl sözündə saxlanılmışdır, amma digər türk xalqlarının d. qızıl altun adlanır).
Mifoloji mətnlərdə rast gəldiyimiz metallardan biri də Qurğuşundur. Çatal-Höyükdə e.ə. 6400-cü illərə təsadüf edən qurğuşundan hazırlanmış bəzək əşyaları tapılmışdır. Qədim Misir mədəniyyəti, Abidosda Osiris məbədində aşkarlanmış, I dinastiyaya, 3100-2900-cü illərə aid olan, bu gün Britaniya muzeyində saxlanılan, uzun ətəkdə təsvir edilmiş qadın heykəlciyi qurğuşundan hazırlanmışdır (inventar N- EA 32138).
Bibliyada (Zax. 5:7) adı çəkilən, bu metalın zəhərli olmasını, sağlamlığa ziyan verməsini Pliniy və Vitruviy qey etmişdir. Lakin onlardan daha əvvəl, mifoloji mətnlərdə, əfsanələrdə bu metalın zəhərli olması yer almışdır. Belə ki, Qurğuşun–Həm zəhərli, həm tez əriyən, həm də ən ağır metaldır.
Saturn tanrısının simvolu olan ən qədim Qurğuşun nümunələrindən biri də e.ə. VI əsrə aid olub Afinada tapılmışdır. Mifologiyada çox dəyərləndirilən bu metal qorxunc varlıq Ximerin məhv edilməsində mifik qəhrəman Bellerofonta yardım etmişdir. O qanadlı at Peqasa Ximeri axtarıb tapmağı öyrətmiş və onun vasitəsilə qorxunc varlığı tapan qəhrəman, nizənin ucunda qurğuşun parçasını nəfəsindən alov çıxan qorxunc varlığın boğazına atmış, onun qarnında alovdan əriyən metalın təsirindən Ximerin daxili parçalanaraq ölmuşdur.
Кadmium 1818-ci ildə alman kimyaçısı F.Ştromeyer tərə-findən kəşf edilmişdir. Yunan mifologiyasında olan Avropa-nın qardaşı, Kadm torpaqlarının çarı qəhrəman Kadmosla bağ-lı olan əfsanəyə görə Kadm sink metalının təsirlərini, mislə sinkin qarışığından latun alındığını bilirmiş. 1802-ci ildə A.Ekeberq kolumbitdən bir oksid alır, amma bu oksid heç bir turşuda həll edilmirdi. Y.Yakob bu oksidin tərkibində olan metala tantal adı verməyi təklif edir. Çünki yunan əfsanəsinə görə ədalətsiz bir döyüşdə boğazına qədər suyun içərisində olan Tantal öz üzərində üstündə meyvələri olan budaqları sax-lamışdı, amma nə su içə bilirdi, nə də bir şey yeyə bilirdi. Prometiumun bir neçə dəfə kəşf edilməsinə baxmayaraq, neo-dium və samarium arasında yer alacaq olan bu nadir mineralın alınması hər dəfə uğursuzluqla nəticələnirdi. İlk dəfə lantanid zəncirində itmiş əlaqə 1947-ci ildə amerikalı tədqiqatçılar J.Marinsky, L.Glendenin və C.Koriell tərəfindən nüvə reaktorunda uranın parçalanma məhsullarını xromatoqrafik cəhətdən ayıraraq aşkar edilmişdir. Korielin xanımı bu kəşfi tanrılardan odu oğurlayıb insanlara gətirən Prometeyin şərəfinə Prometi-um adlandırmağı təklif etdi. Bununla da nüvə “alovunda” olan təhlükənin gücünün nə dərəcədə çox olmasının altını cızmış oldu ki, tədqiqatçının xanımının haqlı olması təsdiqləndi. Ard-arda kəşf edilən planetlər Uran, Neptun və 9-cu planet Pluton kimi, kəşf edilən uranium, neptunium və plutonium elementləri də eyni mifoloji tanrıların adını daşıdı. İlk dəfə “helium” ifadəsini Britaniyada elmin inkişafı birliyinin prezidenti U.Tomson öz çıxışı zamanı işlədib. Bu ad qədim yunan günəş tanrısı Heliosun şərəfinə verilmişdi. 1669-cu ildə Hamburqlu əlkimyaçı qaranlıqda parlayıb işıq saçan maddəyə heyrətlənən Henninq Brand fosforun ağ modifikasiyasını kəşf edir. Əslin-də isə işıq saçan fosfor özü deyil onun oksigenlə reaksiyaya girib oksidləşən buxarıdır. Fosfor sözü yunan d. “işıqlandıran, işıq daşıyıcısı” deməkdir. Qədim yunanlar Dan ulduzu Vene-raya Fosforossa deyirdilər. Svetofor sözü də eyni kökdən gəlir.
İridium elementi - qırmızı, tünd, zeytunu-yaşıl, qara, göy, qəhvəyi və müxtəlif rənglərdə olduğuna görə göy qurşağı tan-rıçası İridanın şərəfinə belə adlandırılıb. Müxtəlif mineralların üst təbəqəsinin fərqli rənglərdə olması “irizasiya”, müxtəlif rənglərdə olan çiçək növü “iris”, hətta gözün qüzehli qişasının iltihabı belə “irit” adlanır.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabı

Oxunub: 1 239
Paylaş:
Digər xəbərlər

Araşdırma

4-10-2019, 20:24

Yenə Alma motivi haqqında

Xəbərlər

12-08-2019, 15:09

NATO-nun bütün Qara dəniz donanması MƏHV EDİLƏCƏK - SENSASİON AÇIQLAMA

Xəbərlər

20-07-2019, 14:29

Sərhədə ordu yeridildi, təyyarələr... – Hücum hər an başlana bilər

Gündəm

28-05-2019, 09:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür

Manşet / Gündəm / Xəbərlər

1-06-2018, 09:06

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Son xəbərlər
  • Bu gün, 18:08
    Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
  • Bu gün, 15:56
    Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə