• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Şirniyyatı bu qidalarla əvəz edin, KÖKƏLMƏYƏCƏKSİNİZ
Alimlər üçlü terapiya ilə mədəaltı vəzinin şişində bir irəliləyiş əldə etdilər
Xəstəliklərin kökü bağırsaqlardan başlayır
İrandakı partlayışlarda İsrail iştirak edib?
Ukrayna müharibəsinin qalibi Çindir – Britaniyalı politoloqdan SENSASİYA
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Dünyanın düzəni dəyişir: Avropa ABŞ-a qarşı bu ölkələrlə birləşir
Xankəndidə neçə erməni yaşayır?
Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır
Netanyahu İranla bağlı gizli görüş keçirdi - Ordu əmr gözləyir
Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
Ömür uzunluğunun 2 səbəbi: genetik və...
Rusiya Qazax-İcevan yolunun bərpasına HAZIRLAŞIR
Səhər yeməyi üçün ən doğru saat: Maddələr mübadiləsini belə sürətləndirin
Pəncərə önünə folqa qoyun - Fərqi görün
"İşıqda yatmaq infarkta səbəb olur"
Lavrov Türkiyə diplomatiyasını niyə təriflədi? – Tarixi müsahibənin şifrələri
“Qisas silahları” hərəkətə keçir: Müharibənin taleyi dəyişəcək
Şiddətli baş ağrılarının gizli qalan səbəbi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Kiyev işğaldakı torpaqlarını belə azad edəcək” – Ukraynanın Türkiyədəki səfiri ilə EKSKLÜZİV MÜSAHİBƏ

Xəbərlər

8-09-2025, 13:16

“Kiyev işğaldakı torpaqlarını belə azad edəcək” – Ukraynanın Türkiyədəki səfiri ilə EKSKLÜZİV MÜSAHİBƏ


Globalinfo.az Ukraynanın Türkiyədəki səfiri Nariman Cəlal ilə müsahibəni təqdim edir:

– Cənab səfir, siz bu günlərdə sensasion sayılacaq bəyanat verdiniz. Bildirdiniz ki, Türkiyə Ukraynaya hərbi kontingent göndərməyi nəzərdən keçirir. Əlavə etmisiniz ki, məsələ Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə müzakirə olunub. Bu açıqlamanı maraqlı edən amillər var. Məsələn, Ankara Rusiya–Ukrayna konfliktində ilk gündən barışdırıcı rol oynayır. 2022-ci ilin martın əvvəlində – münaqişə yeni başlayanda – Rusiya və Ukrayna nümayəndələri məhz Türkiyədə bir araya gəlmişdilər. Sonra “taxıl dəhlizi” mövzusu gündəmə gələndə Türkiyə təşəbbüsü üzərinə götürmüşdü; danışıqlara yenə ev sahibliyi etmişdi. Hazırda da rəsmi Ankaranın bu missiyası davam edir. Moskva-Kiyev danışıqları məhz Türkiyədə baş tutur. Belə bir şəraitdə Türkiyənin Ukraynaya hərbi kontingent göndərməsi xəbəri açıq havada şimşək effekti yaratmır? Belə çıxır, Türkiyə bu müharibədə tərəf seçir və Ukraynanı Rusiyanın hərbi aqressiyasından qorumaq xətti tutur. Halbuki prezident Ərdoğan dəfələrlə deyib ki, münaqişə başlayandan onun hökuməti Rusiya ilə də eyni məsafədə dayanır, Ukrayna ilə də. Bir sözlə, Ankara 3 il yarımlıq neytrallığını və bir növ arbitr funksiyasını itirməyəcək?

– Biz Türkiyənin Ukraynaya dəstəyi dedikdə, ilk növbədə təhlükəsizlik təminatları sistemini nəzərdə tuturuq. Bu təminatlar müxtəlif – maliyyə, maddi-texniki, humanitar və ya hərbi formalarda ola bilər. Hər bir dövlət Ukraynanın təhlükəsizliyinin möhkəmləndirilməsi prosesində hansı formada iştirak etməyə hazır olduğunu sərbəst şəkildə özü müəyyənləşdirir.

Bu yaxınlarda Türkiyənin Milli Müdafiə naziri cənab Yaşar Gülər ​​ilə çox səmərəli görüş keçirdim. Bu görüş zamanı biz əməkdaşlığın praktiki istiqamətlərini müzakirə etdik. Türkiyə tərəfi Qara dənizin minalardan təmizlənməsində iştirak etməyə hazır olduğunu təsdiqləyib. Bundan əlavə, quru ərazilərdə humanitar məqsədli minalardan təmizləmə istiqamətində təkliflərdə ayrıca müzakirə olunur. Bu məsələ insanların təhlükəsizliyi, infrastrukturun yenidən qurulması və işğaldan azad edilmiş ərazilərdə normal həyata qayıtmaq üçün mühüm əhəmiyyət kəsb edir. Biz Ankaranın bu məsələdə konkret və qətiyyətli yanaşmasını ürəkdən alqışlayırıq.

Sentyabrın 4-də Parisdə “Könüllülər Koalisiyası”nın zirvəsi keçirildi. Bu gündən etibarən 26 ölkə Ukraynaya təhlükəsizlik zəmanətləri sistemi çərçivəsində qoşun göndərməyi mümkün variant kimi nəzərdən keçirdiklərini açıqlayıb. Türkiyə də bu koalisiyanın üzvüdür və onun töhfəsini gözləyirik; təhlükəsiz Ukrayna daha təhlükəsiz Qara dəniz regionu və daha möhkəm regional struktur deməkdir.

Eyni zamanda, bir şeyi xüsusilə vurğulamaq istəyirəm: Biz Türkiyə adından bəyanatlar vermirik, Ankaranın adından hər hansı qərar elan etmirik. Bu gün müzakirə etdiyimiz şey peşəkar məsləhətləşmələrin mövzusu olan mümkün variantlardır. Müzakirələr davam edir və bu, gündəmdəki məsələlərdən biridir, lakin hələlik yekun qərar verilməyib. Əgər çoxtərəfli səviyyədə müvafiq qərarlar qəbul olunarsa, o zaman biz konkret parametrləri müzakirə edə bilərik.

– Bu məsələ reallaşarsa, Putin administrasiyasının mövqeyi necə olacaq? Kreml buna ciddi müqavimət göstərə bilər?

– Rusiya ənənəvi olaraq Ukraynanın təhlükəsizliyini gücləndirən istənilən addıma qarşı çıxıb. Ancaq burada bir əsas həqiqəti başa düşmək çox vacibdir. Regional sabitliyə təhlükə yaradan Ukraynaya verilən dəstək deyil, Kremlin beynəlxalq səviyyədə tanınmış sərhədləri zorla dəyişdirmək cəhdləridir. Ukraynanın müdafiəsini gücləndirən hər bir addım həm də Qara dəniz regionunun təhlükəsizliyini, təchizat zəncirlərini və qlobal iqtisadiyyatı gücləndirir. Bu, həm dövlətlərimizin, həm də tərəfdaşlarımızın ümumi maraqlarına cavab verir.

– Azərbaycan da uzun illər işğaldan əziyyət çəkib. Hazırda işğal problemi yaşayan ölkələrdən biri də Ukraynadır. Aydındır ki, atəşkəsdən sonra müxtəlif formatlar gündəmə gələcək. Ukrayna ərazisində də bir vaxtlar Qarabağda olduğu kimi, Rusiyanın dəstəklədiyi qondarma rejimlər var. Sizcə, Kiyev necə bir yol xəritəsi müəyyən edəcək?

– Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Beynəlxalq hüquq və BMT qətnamələri bu torpaqların Azərbaycana məxsus olduğunu açıq şəkildə təsdiqləyib və beynəlxalq ictimaiyyət də işğalı tanımayıb. Bakı məhz bu hüquqi əsasda öz nəzarətini bərpa etmək üçün qanuni hüququndan istifadə etmişdir. Buradan çıxan ən sadə, lakin ən əsas dərs budur: Müasir dünyada beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla dəyişdirilməsi qətiyyən yolverilməzdir.

Bu prinsip Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Biz Rusiyanın Ukraynanın sərhədlərini zorla dəyişdirmək cəhdlərini heç vaxt tanımayacağıq, çünki işğalı qəbul etmək “güclünün haqqı” deyə təhlükəli presedent yaradar və dünyada digər münaqişələri də qızışdırar. Ukraynalılar öz torpaqlarında müdafiə olunmaq üçün müharibə aparırlar. Bizim öz torpaqlarımızdan imtina etməyimiz mümkün deyil, çünki onlar Ukraynanın beynəlxalq səviyyədə tanınmış ayrılmaz tərkib hissələridir. Biz əsgərlərimizin və mülki vətəndaşlarımızın həyatı bahasına son dərəcə ağır hesab ödədik. İşğal olunmuş torpaqlarda hələ də azad olunmağı gözləyən vətəndaşlar var. Bizim onları tərk etməyə mənəvi haqqımız yoxdur.

– Ukrayna işğalla mübarizə sahəsində Bakının hansı təcrübəsindən yararlana bilər?

– İşğaldan azadetmə yolu müxtəlif vasitələrdən eyni zamanda istifadəni əhatə edə bilər: hərbi fəaliyyət, diplomatiya, siyasi təzyiq, sanksiyalar, beynəlxalq hüquqi mexanizmlər və keçid dövrü ədaləti elementləri. Bununla belə, təhlükəsizlik təminatlarının arxitekturası, yenidənqurma, minalardan təmizləmə, mülki müdafiə və təzminatlardan ixtisaslaşdırılmış məhkəmələrə qədər təcavüzkarın məsuliyyətə cəlb edilməsi ən azı bir o qədər vacibdir. Yekun məqsəd dəyişməz olaraq qalır: güc məntiqi yox, beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsipləri üstüngəlməlidir. Yalnız bu şəkildə həm Ukraynada, həm də dünyanın başqa yerində oxşar faciələrın təkrarlanmayacağına zəmanət verə bilərik.

Oxunub: 133
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-08-2025, 11:24

Ankara razılaşdı, Kremldə narahatlıq başladı – Türk ordusu bu tapşırığı gözləyir

Xəbərlər

24-08-2025, 11:37

Türkiyə Ukraynaya qoşun yeridə bilər - Səfirdən AÇIQLAMA

Xəbərlər

26-02-2025, 17:11

ABŞ-Rusiya danışıqları niyə Türkiyəyə köçürülür? – İstanbulun önəmi

Xəbərlər

24-11-2024, 20:16

Türkiyə Ukraynanı böyük məğlubiyyətdən belə qoruyur - Səfir DETALLARI AÇIQLADI

Xəbərlər

24-02-2022, 00:21

Kiyevdən Türkiyəyə Rusiya əleyhinə ŞOK İSTƏK – Səfirdən SENSASİON AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Şirniyyatı bu qidalarla əvəz edin, KÖKƏLMƏYƏCƏKSİNİZ
Alimlər üçlü terapiya ilə mədəaltı vəzinin şişində bir irəliləyiş əldə etdilər
Xəstəliklərin kökü bağırsaqlardan başlayır
İrandakı partlayışlarda İsrail iştirak edib?
Ukrayna müharibəsinin qalibi Çindir – Britaniyalı politoloqdan SENSASİYA
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Son xəbərlər
  • Bu gün, 09:10
    Şirniyyatı bu qidalarla əvəz edin, KÖKƏLMƏYƏCƏKSİNİZ
  • Dünən, 22:02
    Alimlər üçlü terapiya ilə mədəaltı vəzinin şişində bir irəliləyiş əldə etdilər
  • Dünən, 21:45
    Xəstəliklərin kökü bağırsaqlardan başlayır
  • Dünən, 20:16
    İrandakı partlayışlarda İsrail iştirak edib?
  • Dünən, 19:38
    Ukrayna müharibəsinin qalibi Çindir – Britaniyalı politoloqdan SENSASİYA
  • Dünən, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • Dünən, 17:32
    Dünyanın düzəni dəyişir: Avropa ABŞ-a qarşı bu ölkələrlə birləşir
  • Dünən, 16:11
    Xankəndidə neçə erməni yaşayır?
  • Dünən, 15:33
    Nipah virusunun simptomları: Komaya və ölümə səbəb olur
  • Dünən, 14:52
    İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır
  • Dünən, 13:34
    Netanyahu İranla bağlı gizli görüş keçirdi - Ordu əmr gözləyir
  • Dünən, 12:27
    Kişilərdə bu risk 35 yaşdan sonra sürətlə artmağa başlayır - DİQQƏT!
  • Dünən, 11:15
    Ömür uzunluğunun 2 səbəbi: genetik və...
  • Dünən, 10:21
    Rusiya Qazax-İcevan yolunun bərpasına HAZIRLAŞIR
  • Dünən, 09:11
    Səhər yeməyi üçün ən doğru saat: Maddələr mübadiləsini belə sürətləndirin
  • 30-01-2026, 22:39
    Pəncərə önünə folqa qoyun - Fərqi görün
  • 30-01-2026, 21:33
    "İşıqda yatmaq infarkta səbəb olur"
  • 30-01-2026, 20:27
    Lavrov Türkiyə diplomatiyasını niyə təriflədi? – Tarixi müsahibənin şifrələri
  • 30-01-2026, 19:06
    “Qisas silahları” hərəkətə keçir: Müharibənin taleyi dəyişəcək
  • 30-01-2026, 18:08
    Şiddətli baş ağrılarının gizli qalan səbəbi
  • 30-01-2026, 17:24
    Azərbaycana qar fırtınası gəlir: hava kəskin soyuyacaq
  • 30-01-2026, 16:52
    ABŞ İrana nə zaman hücum edəcək? - Çin “əngəlləyir”
  • 30-01-2026, 15:30
    Qaraciyər və böyrəklər üçün ən faydalı içki
  • 30-01-2026, 14:09
    Çin ABŞ-a meydan oxuyur: Esminesləri İrana göndərdi
  • 30-01-2026, 13:47
    Məktəblərdə tarix və ədəbiyyat fənləri birləşdirilir?
  • 30-01-2026, 12:39
    Kəskin pankreatitdə yüksəkdozalı vitamin C - Sağalmanı sürətləndirir
  • 30-01-2026, 11:31
    Ukrayna danışıqları niyə qapalı formatda keçirilir?
  • 30-01-2026, 10:10
    Azərbaycan İranı əmin etdi: Hava məkanımız...
  • 30-01-2026, 09:06
    Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT
  • 29-01-2026, 22:42
    NATO-da “beynin sındırılması” mexanizmləri araşdırılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə