1. Alma və darçın
Bir almanı nazik doğrayın və üzərinə 500 ml təmiz su tökün, 1 çubuq darçın əlavə edin, soyudun və gün ərzində için. Alma və darçının birləşməsi sizə maddələr mübadiləsini normallaşdırmağa və həzm traktını təmizləməyə yardım edəcək. Həmçinin darçın mikrob və iltihab əleyhiinə təsirə malikdir.
2. Limon suyu və bal
2 xörək qaşığı təzə sıxılmış limon suyunu 200 ml isti su ilə qarışdırın, 1 çay qaşığı təbii bal, bir çimdik döyülmüş zəncəfil əlavə edin. Acqarına, zəhər yeməyindən yarım saat əvvəl için. Bu sizə həzm sistemini təmizləməyə, qan damarlarının divarlarını möhkəmləndirməyə kömək edəcək və sizə həyat enerjisi bəxş edəcək.
3. Zəncəfil içkisi
Təzə zəncəfil kökünün (3-4 sm) qabığını soyun və xırda-xırda doğrayın, üzərinə 300 ml qaynar su tökün, 5 dəqiiqə vam odda qaynadın. Soyuduqdan sonra bir çimdik döyülmüş darçın əlavə edin. Gün ərzində yeməkdən yarım saat əvvəl 100-150 ml için. Bu zaman həzm sistemi, maddələr mübadiləsi normallaşır, həyat tonusu qalxır və bu içkinin bərpaedici xüsusiyyətləri özünü göstərir.
4. Çuğundur şirəsi
1 ədəd çuğundur, 2 alma və 4 kərəviz sapından təzə sıxılmış şirə hazırlayın, gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin.
5. Sağlamlıq kokteyli
1 portağal, 1 limon və 1 kökdən təzə sıxılmış şirələr hazırlayın, 100 ml mineral su ilə qarışdırın. Acqarına yeməkdən yarım saat əvvəl için. Bu kokteyl yorğunluğa qarşı mükəmməl vasitədir, tərkibində yüksək miqdarda antioksidant mövcuddur.
6. Xiyar və kərəviz
1 xiyar və 1 kərəviz kökünü xırda doğrayın, üzərinə 300 ml qaynar su əlavə edin, soyudun. Gün ərzində için. Bu içki ağır, yüklənmiş günlər üçün idealdır.