• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
Putinlə Xamenei arasında danışıq olacaq?
Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan
Ferritin çatışmazlığının gözdən qaçan 3 əlaməti
5 ayda idxal 45 faiz azaldı – Nə baş verir?
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
İsti havalarda bu səhvləri etməyin! - Soyuducuda saxlanılan qidalar...
ABŞ yüksək hazırlıq vəziyyətində: Türkiyə planı bütün tarazlıqları dəyişdirəcək
Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir
Antibiotiklərin düzgün istifadəsi – Niyə özbaşına qəbul etmək olmaz?
Trampın ittihamlarından sonra Si Cinpin ABŞ-a gedəcək? - Vaşinqtondan rəsmi açıqlama
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
Ürək sağlamlığı üçün faydalı olan 3 meyvə
Uzun ömür üçün 8 sağlam vərdiş
Cəfəri çayı qaraciyər piylənməsinə kömək edirmi?
Dünyada 100 nəfərin bildiyi sirr – Onlar xüsusi seçilirlər
Rusiyada şok: Ərzaq talonları tətbiq olunacaq
Sümük ağrısını ciddiyə alın, bu xəstəliyin xəbərçisi ola bilər
ABŞ-dən İrana xəbərdarlıq: Razılaşmasanız, təhlükəsizliyi təkbaşına qoruyacağıq
Azərbaycanda silah zavodunun poliqonunda yanğın baş verdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Odri Hepbern

Bioqrafiya

1-04-2020, 14:37

Odri Hepbern


Həyatı
Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsr'də dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb. Təəccüblü görünsə də, post sovet məkanının kinosevərləri onun yaradıcılığı ilə xronoloji baxımdan gec tanış olublar. Odri (əsl soyadı Hepbern Raston) 1929-cu il mayın 4-də Brüssel'də anadan olub. Sonra valideynləri ilə birlikdə Londona köçüb. Özünü teatra həsr etmək arzusu ilə yaşayan gənc Odri balet məktəbində təhsil alıb. Hepbernin kinofilmə ilk çəkilişlərindən biri 1950-ci ildə Londonda "Cənnətdə gülüş" filmində olub. Londonun teatr səhnəsində çıxış edən gənc balerinanı rejissor Mario Dzampo kino üçün kəşf edir və onu adıçəkilən film'də epizodik rola çəkir. Bu film yalnız 1963-cü ildə keçmiş Sovet İttifaqında nümayiş olunub.

"Cənnətdə gülüş" filmində ofisiant qızın rolunu oynayan gülərüzlü, incəbədənli Odri daha sonra bir-birinin ardınca dörd film'də yalnız epizodik rollara çəkilir. Belə olan halda, o, Nyu-Yorka getməyi qərara alır və Brodveydəki musiqili teatrlarda çıxış edir. Odrinin oyununu izləyən kinorejissor Uilyam Uayler onu "Roma tətilləri" filmində baş rola çəkilməyə dəvət edir. Filmdə sadəlövh şahzadə rolunu oynayan Odri Hepbern obrazının çox uğurlu traktovkasını tapa bilmişdi. "Roma tətilləri" ekranlara çıxandan sonra Hepbern populyar aktrisa kimi şöhrət qazanır. O zaman amerikalı kinotənqidçilər yazırdılar ki, Odrinin yumor dolu məharətli ifası olmasaydı, "Roma tətilləri" filmi orta səviyyəli, uzun və sentimental kinolent olacaqdır. Həqiqətən, film çox bayağı və tipik Hollivudsayağı süjetdən ibarət idi. Filmin süjeti "Min bir gecə" motivinin əksini xatırladırdı. Amma burada Bağdad əvəzinə müasir Roma, xəlifə əvəzinə isə şahzadə təsvirə gəlir. Bütün hadisələr ənənəvi xeyrxah sonluqla bitir: gözəlliyi və cazibədarlığı ilə jurnalist və fotoqrafçının ürəyini və ağlını ovsunlayan şahzadə – Odri Hepbern onun haqqında reportaj hazırlayanları bu işdən vaz keçməyə məcbur edir. Bəs necə olur ki, hər hansı bir kinoteatr və ya klubda yüksək dərəcəsi olmayan "Roma tətilləri" filmi nümayiş olunarkən, tamaşaçı qiymətli vaxtını sərf edərək, dönə-dönə ona baxır? Bunun müvəffəqiyyəti daha çox Odri Hepbernin aktyorluq məharəti və məftunedici ifası ilə bağlıdır. Bir də ki, filmin baxımlı olmasında Odrinin tərəf-müqabili məşhur aktyor Qreqori Pekin də ustalıqla oynadığı jurnalist rolunu qeyd etmək vacibdir.


Odri Hepbernin Şöhrət Xiyabanında ulduzu

Odri Hepbern və Ronald Reyqan (1981)
Bir fransız jurnalisti amerikalı aktrisa barədə belə yazmışdı: "Hepbern bir diapazona malik aktrisadır. O, yalnız özünün şəxsi, fərdi simasını göstərməyə qadirdir. Bir sözlə, Odri başqa şəklə düşmək, yeni formada olmaq istedadına malik deyil". Lakin bir diapazonda olmaq, heç də bir-birinə bənzər rollar oynamaq demək deyil. "Roma tətilləri"ndə gənc şahzadənin surətini ifa edən aktrisa, "Hərb və sülh"dəki Nataşa Rostovada tamam fərqli, orijinal obraz yaratmışdı. Şahzadə qızın obrazında bolluca yumor, səmimilik, insan qəlbini duyğulandıran hərəkətlər, təəccüblü jestlər, gizli bir xeyrxahlıq və ürək saflığı var. Əgər ardıcıl olaraq şahzadə – (Odri) – Nataşa Rostovaya baxsaq, onlarda heç bir oxşarlıq görə bilmərik. Əksinə, bir-birindən fərqli, olduqca canlı və poetik versiyada oynanılmış həyat tipajlarını görərək. Məhz "Roma tətilləri"ndəki gözəl ifaya görə Odri Hepbern 1953-cü ildə Amerika Kino Akademiyasının "Oskar" mükafatına layiq görülmüşdü. Hepbernin sonrakı filmlərdə də maraqlı və yaddaqalan rollara çəkilməsi aktrisanın yüksək mükafata layiq olduğunu bir daha sübut etdi. O, 1954-cü ildə rejissor Billi Uaylderin "Sabrina" komediyasında baş rola çəkilir. Ardınca "Günortadan sonra məhəbbət" (1957), "Tiffanidə səhər yeməyi" (1961), "Şarada" (1963) detektivində, "Məzəli sima" (1957) və "Mənim gözəl xanımım" (1964) müzikllərində müxtəlif səpkili rollar oynayıb.


Odri Hepbernin qəbri (Toloşenaz, İsveçrə)
Odri Hepbernin dramatik imkanları L.N. Tolstoyun "Hərb və sülh" romanının ekran variantında (1956, rej. Kinq Vidor) oynadığı Nataşa Rostova rolunda özünü parlaq şəkildə büruzə verib. Bundan əlavə amerikalı kinoulduz "Rahibənin həyatı ilə bağlı əhvalat" (film 1958-ci ildə San-Sebastyan beynəlxalq kinofestivalında mükafat alıb), "Uşaq saatı" (1962), "Qaranlığa kimi gözlə" (1967) filmlərə də çəkilib.

Odri Hepbernin ifasındakı Nataşa Rostova haqqında geniş yazmaq olar. Lakin aktrisanın oyunundakı bəzi məqamları qısaca xatırlamaq lazımdır. İlk dəfə rəqs etmək üçün bala gələn Nataşa həsrətlə öz partyorunu gözləyir. Onun titrək baxışlarında həyəcan, qorxu, və kədər hiss olunur. Aktrisanın sifət cizgilərində faciə görünür. Tamaşaçı hətta onun ürək çırpıntılarını, qəlbinin dərnliyində bəslədiyi ümidləri hiss edir. Gənc qız üçün bal sanki dünyanın bütün fəlakəti və sevincidir...

Nataşa Rostova rolunun digər ifaçıları da olub, yəqin bundan sonra da olacaq. Ancaq cəsarətlə, demək olar ki, Odri Hepbernin oynadığı arıq və gözəl qız daha çox seviləcək və yadda qalacaq.


"Tiffanidə səhər yeməyi" filmindən kadr
Dünya şöhrəti qazanmış aktrisanın yaradıcılığında müəyyən müddət fasilə yarandıqdan sonra o, İngiltərəyə qayıdır və orada bir filmə çəkilir. Həmçinin "Robin Qudun qayıtması" (1976), "Onlara hamı gülürdü" (1981), "Lavener – Hilldən olan banda" (1982) və "Milyonu necə oğurlamalı" (1966) adlı ekran əsərlərində də müxtəlif rollar oynayıb.

Məharətli ifası ilə milyonların sevgi və məhəbbətini qazanan Odri Hepbern kino ulduzu olmaqla bərabər, həm də nəcib insan və xeyirxah əməllər sahibi olub. O, ağır xəstə ikən vəsiyyət etmişdi ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa, hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicə fonduna keçirsinlər.

Filmoqrafiya
Əsas məqalə: Odri Hepbernin filmoqrafiyası
Roma tətilləri (film, 1953) (ing. Roman Holiday)
Sabrina (film, 1954) (ing. Sabrina)
Hərb və sülh (film, 1956) (ing. War and Peace)
Günortadan sonra məhəbbət (film, 1957) (ing. Love in the Afternoon)
Məzəli sima (film, 1957) (ing. Funny face)
Bağışlanmamış (film, 1960) (ing. The Unforgiven)
Tiffanidə səhər yeməyi (film, 1961) (ing. Breakfast at Tiffany's)
Şarada (film, 1963) (ing. Charade)
Mənim gözəl xanımım (film, 1964) (ing. My Fair Lady)
Milyonu necə oğurlamalı (film, 1966) (ing. How to Steal a Million)
İki nəfər yolda (film, 1967) (ing. Two for the road)
Qan xətti (film, 1979) (ing. Bloodline)

Oxunub: 1 947
Paylaş:
Digər xəbərlər

Manşet / Mədəniyyət

17-08-2018, 12:38

Ali musiqinin səfiri: Müslüm Maqomayev - 76

Manşet / Mədəniyyət

4-08-2018, 09:07

Prométhée - Prometey

Manşet / Mədəniyyət

3-08-2018, 09:24

Prométhée - Prometey

Manşet / Mədəniyyət

24-07-2018, 09:13

Qarşıdan 2 avqust Azərbaycan kino işçilərinin peşə bayramı günü gəlir

Manşet / Bioqrafiya

6-07-2018, 10:04

Müslüm Maqomayev

AlıntıCevapla
  • Stephan

  • 12 aprel 2026 20:13
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Best stack supplements get ripped

References:
https://enregistre-le.top/item/444875
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
Putinlə Xamenei arasında danışıq olacaq?
Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan
Ferritin çatışmazlığının gözdən qaçan 3 əlaməti
5 ayda idxal 45 faiz azaldı – Nə baş verir?
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Son xəbərlər
  • Bu gün, 21:33
    Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
  • Bu gün, 20:42
    Putinlə Xamenei arasında danışıq olacaq?
  • Bu gün, 19:20
    Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan
  • Bu gün, 18:40
    Ferritin çatışmazlığının gözdən qaçan 3 əlaməti
  • Bu gün, 17:35
    5 ayda idxal 45 faiz azaldı – Nə baş verir?
  • Bu gün, 16:21
    Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
  • Bu gün, 15:52
    İsti havalarda bu səhvləri etməyin! - Soyuducuda saxlanılan qidalar...
  • Bu gün, 14:07
    ABŞ yüksək hazırlıq vəziyyətində: Türkiyə planı bütün tarazlıqları dəyişdirəcək
  • Bu gün, 13:53
    Ukrayna Rusiyaya qarşı “ikinci cəbhə”ni açır - Fransa dəstək verir
  • Bu gün, 12:31
    Antibiotiklərin düzgün istifadəsi – Niyə özbaşına qəbul etmək olmaz?
  • Bu gün, 11:41
    Trampın ittihamlarından sonra Si Cinpin ABŞ-a gedəcək? - Vaşinqtondan rəsmi açıqlama
  • Bu gün, 10:18
    Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
  • Bu gün, 09:02
    Ürək sağlamlığı üçün faydalı olan 3 meyvə
  • Dünən, 22:47
    Uzun ömür üçün 8 sağlam vərdiş
  • Dünən, 21:34
    Cəfəri çayı qaraciyər piylənməsinə kömək edirmi?
  • Dünən, 20:26
    Dünyada 100 nəfərin bildiyi sirr – Onlar xüsusi seçilirlər
  • Dünən, 19:39
    Rusiyada şok: Ərzaq talonları tətbiq olunacaq
  • Dünən, 18:17
    Sümük ağrısını ciddiyə alın, bu xəstəliyin xəbərçisi ola bilər
  • Dünən, 17:02
    ABŞ-dən İrana xəbərdarlıq: Razılaşmasanız, təhlükəsizliyi təkbaşına qoruyacağıq
  • Dünən, 16:43
    Azərbaycanda silah zavodunun poliqonunda yanğın baş verdi
  • Dünən, 15:45
    Gənclərdə “qocalmış ürək” əlamətləri
  • Dünən, 14:30
    Sərkisyan ölkədən “qaçırdı”, Paşinyan isə… – İrəvanda siyasi gərginlik
  • Dünən, 13:17
    Yaxın Şərqdə istənilən ssenariyə hazırıq – Netanyahunun müşaviri
  • Dünən, 12:04
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • Dünən, 11:54
    Serbiya Prezidenti: Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyik
  • Dünən, 11:18
    ABŞ-ın Yaponiyaya "Typhon"lar yerləşdirməsi Rusiyanı qorxuya saldı - XİN-dən reaksiya
  • Dünən, 10:47
    "Hörmüz böhranı" böyüyür - Naviqasiyanı söndürən gəmilər dayandırıldı
  • Dünən, 09:06
    İdeal səhər yeməyi necə olmalıdır? - Diyetoloqlar tövsiyə edir
  • 18-07-2026, 22:22
    Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
  • 18-07-2026, 21:10
    Terapevt xəbərdarlıq edir: yorğunluqla maskalanan gizli xəstəliklər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə