• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Pay torpaqları vətəndaşlardan alınacaq?
Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Gizlətdiyimiz bu xəstəlik cəmiyyət üçün təhlükəlidir

Araşdırma

22-10-2018, 01:58

Gizlətdiyimiz bu xəstəlik cəmiyyət üçün təhlükəlidir

Zöhrəvi xəstəliklər insanlara məlum olan ən qədim xəstəliklərdəndir. Yaşı eramızdan ən az 2000 il əvvələ gedib çıxır. Zöhrəvi (Zöhrə-Venera sevgi ilahəsi deməkdir) xəstəliklərdən bəhs edən elmə venerologiya deyilir. Zöhrəvi xəstəliklər əsasən cinsi əlaqələr vasitəsi ilə yayılan infeksion xəstəliklərdir. Sifilis, yumşaq şankır, süzənək, dördüncü və birinci zöhrəvi xəstəliklər bu tipdəndir.

Hazırda dünyada 150-170 milyon (qonoreya) süzənək, 200 milyon trixomonyaz və 150 milyon xlomodeya infeksiyasına yoluxmuş dəri-zöhrəvi xəstəsi var. Azərbaycanda hər il xəstəliyin sayında az da olsa artım müşahidə olunur. Azərbaycanda əhalinin 0,5-0,7 faizi zöhrəvi xəstəliklərdən əziyyət çəkir. İldən-ilə xəstəliyin artmasının səbəbi əhalinin miqrasiyası ilə əlaqədardır. İstər xaricə gedənlər, istərsə də oradan gələnlər xəstəliyin artmasında rol oynayır.

Ən təhlükəli tərəfi isə odur ki, insanlar cəmiyyətin basqısından, qınağından və tənəsindən qorxaraq xəstəliyini gizli saxlayır. Gizlədilən hər xəstə isə onlara dırnaqarası baxan cəmiyyət üçün potensial təhlükədir.

14-15 yaşlı uşaqdan 50 yaşlı kişiyədək hamı yoluxa bilər

Səhiyyə Nazirliyinin baş dermotoloqu, professor Zülfüqar Fərəcovun sözlərinə görə zöhrəvi xəstəliklərdən ən çox yayılanı siflis və qonoreyadır: “Sifilis, demək olar ki, insanın bütün orqanlarında ciddi fəsadlar törədən xəstəlikdir, zədələnməyə daha çox məruz qalan isə baş və onurğa beynidir. Bu xəstəliyin aşkar edilməsinə yönəlmiş bütün səylərə baxmayaraq, hələ də anadangəlmə (hamiləlik zamanı anadan keçmiş) sifilis hallarına təsadüf edirik. Zöhrəvi xəstəliklər nəticəsində sonsuzluq yaranır. Sonsuzluq da millətin genefonduna ziyan vurur. Ona görə də bu xəstəliklərə ciddi yanaşmaq lazımdır. Bunlarla zarafat etmək olmaz”.

Həkimin dediyinə görə dəri-zöhrəvi xəstəliklərinə daha çox cavanlar yoluxur. Bu insanların aktiv dövrünə - 20-40 yaş arasındakı dövrə təsadüf edir. 50 yaşa qədər olan insanlar da bu xəstəliklərə tutula bilir: “Amma bizdə 20 yaşa qədər olan xəstələr də olub. Hətta 14-15 yaşlı qız uşaqlarında da bu xəstəliklərə rast gəlmişik”.

Dəri-zöhrəvi xəstələri niyə xəstəliyini gizlədir?

1 nömrəli Şəhər Dəri–Zöhrəvi Dispanserinin baş həkimi Rəşad İsmayılovun sözlərinə görə dispanserdə 18 yaşından yuxarı xəstələr müalicə alır: “Bu yaş həddinə qədər olanlar uşaq dəri zöhrəvi dispanserində qeydiyyatda olur. Trixomonyaz, psoriasis və toksiki derma xəstəliyin daha çox yayılmış növləridir. İlkin əlamətləri qızartı, səpki, qaşınmalardır. Bu əlamətlərə görə analiz və diaqnoz olur, daha sonra müalicəyə başlayırıq”.

Xəstəxanada müalicə alan xəstələrin dərmanla təminatının Səhiyyə Nazirliyi tərəfindən təmin edildiyini deyən baş həkim bildirdi ki, xəstələr dispanserdə heç bir dərmana görə pul ödəmirlər: “Bu dərmanlarla təyin etdiyimiz müalicə prosesi ən az 20 gün olur. Ümumiyyətlə, bu xəstəliklər proqram şəklində bir neçə kurs aparılır. Xəstəliyin növünə və ağırlıq dərəcəsinə uyğun olaraq da müalicə müddəti olur. Bəzən elə olur ki, təkrar xəstələrimiz də olur, xəstəlik yenidən oyanır. Bir şeyi qeyd edim ki, stasionar müalicədə hazırda kişilər üstünlük təşkil edir. Xəstələrimizin əksəriyyəti 30-dan yuxarı yaş qrupunda olanlardır. 50 yaşa qədər insanlarda bu xəstəliklərə yoluxma riski daha çoxdur”.

Qeyd edək kii, Azərbaycanda dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə edilən dərmanlar daha çox Türkiyə, Rusiya, Ukrayna, Sloveniya, Almaniya, Fransa və İngiltərədən gətirilir.

Adil Qeybulla: “Yoluxucu xəstəliklər şəxsi iş ola bilməz”

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, gər hər hansı bir xəstəlik cəmiyyət üçün bir təhlükə yaradırsa bu artıq şəxsin öz şəxsi işi ola bilməz: “Çünki bu cür insanlar müalicəyə göndəriləndə dövlətin hesabına sağalır, pulsuz dərmanlarla təmin edilir. Xəstə insanın müalicə alması ona görə vacibdir ki, o ətrafdakıları yoluxdurmasın. Müalicə alandan sonra onun başqaları üçün təhlükəsi azalır. Ən azı belə düşünək, bir xəstə öz xəstəliyini bilə-bilə bunu gizlədirsə və başqasının yoluxmasına səbəb olursa, burda məsuliyyət hissi olmamalıdır? Sağlamlığa zərbə ən böyük məsuliyyətdir, çünki sağlamlığa, cəmiyyətin təhlükəsizliyinə hamımız cavabdehik. Bir halda cərimə və zorla müalicə tətbiq etmək olmaz, o da ətrafdakılara zərər verməyən xəstəliyin daşıyıcısı olduqda”.

Mütəxəssis qeyd etdi ki, dünya ölkələrində bununla bağlı cərimələr cox rast gəlinən vəziyyətdir. İnsanların müalicəyə məcburən cəlb olunması, cəzalar bir çox ölkədə var. Sadəcə olaraq bizə hüquq pozuntusu kimi görünən məsələ onlara qanunun möhkəmliyi kimi görünür”.

Oxunub: 1 942
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Səhiyyə

22-09-2018, 01:15

Dünyanın ən ölümcül İNFEKSİYASI

Manşet / Səhiyyə

30-06-2018, 10:07

Süzənək

Manşet / Səhiyyə

30-06-2018, 10:05

Sifilis

Manşet / Bioqrafiya

22-06-2018, 12:03

DAVATDAROVA Mina Müzəffər qızı

Manşet / Maraqlı

19-06-2018, 16:51

Kirayə geyimlər xəstəlik mənbəyidir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Son xəbərlər
  • Bu gün, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • Bu gün, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • Bu gün, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • Bu gün, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • Bu gün, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Dünən, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • Dünən, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • Dünən, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • Dünən, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • Dünən, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • Dünən, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • Dünən, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • Dünən, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • Dünən, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 4-09-2026, 20:42
    Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
  • 4-09-2026, 19:24
    Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
  • 4-09-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 4-09-2026, 17:08
    Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
  • 4-09-2026, 16:22
    Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
  • 4-09-2026, 15:07
    Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
  • 4-09-2026, 14:53
    Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
  • 4-09-2026, 13:27
    Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
  • 4-09-2026, 12:50
    Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
  • 4-09-2026, 11:32
    Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu
  • 4-09-2026, 10:19
    İranda silahlı qarşıdurma: ölənlər var
  • 4-09-2026, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • 3-09-2026, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • 3-09-2026, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə