• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ebola epidemiyası sürətlə yayılır - RƏSMİ AÇIQLAMA
Nevroloq baş ağrısını davamlı həblərlə yatırmağın təhlükəsini açıqlayıb
Qulaq cingildəməsinin səbəbi bu imiş
Tez doymaq və toxluq hissi xərçəng simptomu ola bilər?
İrandan ABŞ-a “Hörmüz” sövdələşməsi – Təklif nədir?
Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı
30 yaşdan sonra qadın bədənində nə baş verir?
Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
Bu halda istefa verəcəyəm - Paşinyan
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
Böyrək şişlərinin simptomları və müalicəsi
Xərçəngin 4 xroniki simptomu – Diqqət!
Rusiya rəhbərliyindən kritik Ermənistan açıqlaması: İrəvan qara günləri başlayır?
Köçəryandan şok: Putin İrəvana gəlsə, həbs olunacaq
Sağlam həyat tərzində məşhur olan pəhriz təhlükəlidir - Kardioloq
Çində mədəndə partlayış: 90 nəfər öldü
Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır
Özünüzdə tromb olub-olmamasından necə şübhələnməli?
Rubio Hindistandan müsbət MESAJ VERDİ - Vaşinqton Tehranla dil tapır?
Həkim appendisitin əsas əlamətlərini açıqlayıb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

GECƏNİN BƏD XƏBƏRİ: Bizə nə, canın çıxsın, öl ay kasıb… - BU DA AXIRI...

---

24-09-2018, 01:26

GECƏNİN BƏD XƏBƏRİ: Bizə nə, canın çıxsın, öl ay kasıb… - BU DA AXIRI...

Konstitusiya Məhkəməsinin fikrincə, əhali üçün devalvasiya gözlənilməz olmayıb!

Azərbaycanın ən böyük bəlalarından birinin mövcud məhkəmə-hüquq sistemi olduğu barədə min dəfələrlə deyilib və yazılıb.

Təəssüf ki, Konstitusiya Məhkəməsinin dollar kreditlərilə bağlı son qərarı da həmin fikri bir daha təsdiqləmiş oldu: “…Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.”

Bu o deməkdir ki, vətəndaş devalvasiyalardan əvvəl bankdan dollarla götürdüyü krediti devalvasiylaradan sonra da elə dolarla ödəməyə borcludur – vəssalam! Yəni ki, loru dildə desək, “dollarla götürmüsünüz, canınız çıxsın dollarla da ödəyin, nə olsun ki, 78 qəpikdən 1 manat 70 qəpiyə qədər bahalaşıb – bizə nə?”.

Özü də izaha baxın - “manatın məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini nəzərə alaraq…”. Bunlar heç olmasa, bu lənətə gəlmiş kreditlər ucbatından mal-mülkünü itirən, həyatı alt-üst olan, ailələri dağılan, baş götürb ölkədən qaçanların ah-naləsinə, intihar edənlərin isə ruhuna da hörmət qoymurlar.

Necə yəni “tərəflər üçün gözlənilən”? Deməli camaat manatın bir il ərzində 2 dəfə ucuzlaşacağını əvvəlcədən bilir və gözləyirmiş? Və bilə-bilə də krediti dollarla götürüb? Söz tapmaq olmur. Görünür bu hökmü çıxaranlar devalvasiya qərarının camaat tərəfindən verilmədiyinin fərqində deyillər…

Tərəflərdən biri – yəni banklar üçün devalvasiya gözlənilən ola bilərdi. Elə buna görə də manat krediti almaq istəyənlərə dollar krediti sırıyırdılar. Çox vaxt xəstəsinin əməliyyatına, övladının təhsilinə, yaxud hansısa başqa dərdinə dərman axtaran vətəndaş o borcun manat, yaxud dollarla verildiyinin fərqinə varmırdı. Ona görə də bank nə təklif edirdisə, onunla da razılaşmaq məcburiyətində qalırdı, hətta soyğunçu faizlər bir yana, bəzən “şapka” da ödəyirdi.

Ancaq o heç vaxt ağlına belə gətirməzdi ki, analoqsuz inkişafdan dəm vuran dövlət nə zamansa ona qarşı belə bir addım atar – bir gecənin içində kəskin devalvasiya qərarı verib, onsuz da əzab-zillətlə ödədiyi borcunu birə iki dəfə artırar. Ona görə də heç olmasa “gözlənilən” deyib, bu insanların hislərilə oynamaq ən azından insafsızlıqdır!

Dollar krediti problemi artıq üçüncü ildir davam edir. Əslində hələ birinci devalvasiyadan sonra hökumət tərəfindən zəruri addımlar atılmalı olduğu halda, bu edilmədi. İkinci devalvasiya isə vətəndaşın və bankın işini birdəfəlik bitirmiş oldu. Bu gün rəsmi rəqəmlərə görə, problemli kreditlərin payı 16 faizə çatır. Lakin beynəlxalq agentliklər və müstəqil ekspertlər bu rəqəmin hətta 30 faizi keçdiyini bildirirlər. Hansı ki, dünyada problemli kreditlərin həcminin 3 faizi keçməsi artıq olduqca təhlükəli durum hesab edilir. Nəticədə, Azərbaycanın bank sektoru demək olar ki, iflic vəziyyətinə düşüb – nə normal kredit verə, nə də ümumilikdə iqtisadiyyatda üzərinə düşən funksiyanı yerinə yetirə bilir.

Müstəqil iqtisadçıların hesablamalarına görə, ümumilikdə problemli kreditlər məsələsinin həlli üçün 5 milyard manatdan artıq vəsaitə ehtiyac var. Bunun tərkibindəki sırf dollar kreditlərinin payı isə daha azdır. Bir dəfəyə olmasa da, müəyyən dövr ərzində dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaitləri hesabına bu məsələni həll etmək, banklar və vətəndaşlar üçün normal kredit və ümumilikdə biznes mühiti yaradılmasına nail olmaq mümkündür.

Ancaq nədənsə, Beynəlxalq Bankdan məmurların və oliqarxların oğurladıqları on milyard manat kredit dövlət hesabına ödənilir. Özü də yenə həmin borclu əhalinin vergiləri və ona çatmalı olan təbii sərvətlər hesabına… Amma minlərlə vətəndaşın ömrünü qaraldan bu dollar kreditinin həllinə pul tapılmır. Bu gün Cahangir Hacıyevə qarşı yeni ittihamlar irəli sürülür, artıq söhbət daha 4 milyard dollar vəsaitin oğurlanmasından gedir. Bəs necə olur ki, milyardlarla dollrları C.Hacıyev və onun himayədarlarına peşkəş edən hökumət, bugün yetim-yesirin ayağında qalan borcların silinməsi bir tərəfə, heç olmasa azaldılmasına bir qəpik də pul qıymır?

Dollar kreditləri probleminin çözülməməsi digər tərəfdən də insanlarda hökumətə və bank sisteminə inamsızlıq yaratmaqdadır. Artıq çoxları üçün bankların hədələri, məhkəmə qərarları və s. əhəmiyyətsiz şeyə çevrilməyə başlayıb. Bir çox sahibkarlar və sıravi borclular özləri də bilmədən bir növ məsuliyyət hissini itirməkdədirlər. Bu isə cəmiyyət üçün təkcə hüquqi və iqtisadi yox, həm də mənəvi mühitin korlanması deməkdir. Hökumət və parlament təmsilçilərindən eşitdiyimiz isə eyni sözlərdir – “problem diqqət mərkəzindədir!”. Bu diqqət nədən ibarətdir, onun nəticəsi nədir – görünür nəticə elə Konstitusiya Məhkəməsinin verdiyi bu son qərardır…

Müqayisə üçün deyək ki, Rusiyada, Qazaxıstanda, Moldovada, Ukraynada, Belarusda, Gürcüstanda, hətta Qırğızıstanda belə devalvasiyadan sonra dollar kreditləri ilə bağlı hökumətlər, parlamentlər qərarlar verib, vətəndaşların ziyana düşməməsi üçün güzəştlər həyata keçirilib. Bəs biz Qırğızıstan qədərmi də olmadıq?

Bir də insanların başına gətirilən bu oyundan sonra tez-tez vətəndaşın vətən və dövlət qarşısında borcundan danışırlar, deyirlər ki, vətəndaş dövlətinə sahib çıxmalıdır. Doğru deyirlər, hətta sahib çıxmağa borcludur! Bəs dövlət də çətinə düşən vətəndaşına sahib çıxmağa borclu deyilmi? Özü də məhz özünün yaratdığı problem ucbatından çətinə düşən vətəndaşın…

Oxunub: 3 106
Paylaş:
Digər xəbərlər

Manşet / Xəbərlər

27-08-2018, 12:27

Dollarla krediti olanlara - VACİB XƏBƏR

Manşet / Gündəm / Xəbərlər

18-04-2018, 08:39

Prezident seçkilərinin nəticələri təsdiqləndi - YENİLƏNİB

Manşet / Gündəm / Xəbərlər

17-04-2018, 08:38

Manatın xarici valyutalara qarşı məzənnəsi

Manşet / Gündəm / Xəbərlər

17-04-2018, 08:36

Trampın qərarı rublu “diriltdi”

Manşet / Gündəm / Xəbərlər

12-03-2018, 10:02

Problemli kreditlərin əksəriyyətini bank sahibləri süni yaradıb - Bank mütəxəssisi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ebola epidemiyası sürətlə yayılır - RƏSMİ AÇIQLAMA
Nevroloq baş ağrısını davamlı həblərlə yatırmağın təhlükəsini açıqlayıb
Qulaq cingildəməsinin səbəbi bu imiş
Tez doymaq və toxluq hissi xərçəng simptomu ola bilər?
İrandan ABŞ-a “Hörmüz” sövdələşməsi – Təklif nədir?
Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı
Son xəbərlər
  • Dünən, 22:33
    Ebola epidemiyası sürətlə yayılır - RƏSMİ AÇIQLAMA
  • Dünən, 21:03
    Nevroloq baş ağrısını davamlı həblərlə yatırmağın təhlükəsini açıqlayıb
  • Dünən, 18:16
    Qulaq cingildəməsinin səbəbi bu imiş
  • Dünən, 15:49
    Tez doymaq və toxluq hissi xərçəng simptomu ola bilər?
  • Dünən, 14:08
    İrandan ABŞ-a “Hörmüz” sövdələşməsi – Təklif nədir?
  • Dünən, 13:22
    Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı
  • Dünən, 12:48
    30 yaşdan sonra qadın bədənində nə baş verir?
  • Dünən, 11:56
    Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
  • Dünən, 10:30
    Bu halda istefa verəcəyəm - Paşinyan
  • Dünən, 09:09
    Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
  • 23-05-2026, 22:10
    Böyrək şişlərinin simptomları və müalicəsi
  • 23-05-2026, 21:45
    Xərçəngin 4 xroniki simptomu – Diqqət!
  • 23-05-2026, 20:13
    Rusiya rəhbərliyindən kritik Ermənistan açıqlaması: İrəvan qara günləri başlayır?
  • 23-05-2026, 19:46
    Köçəryandan şok: Putin İrəvana gəlsə, həbs olunacaq
  • 23-05-2026, 18:24
    Sağlam həyat tərzində məşhur olan pəhriz təhlükəlidir - Kardioloq
  • 23-05-2026, 17:48
    Çində mədəndə partlayış: 90 nəfər öldü
  • 23-05-2026, 16:53
    Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır
  • 23-05-2026, 15:51
    Özünüzdə tromb olub-olmamasından necə şübhələnməli?
  • 23-05-2026, 13:34
    Rubio Hindistandan müsbət MESAJ VERDİ - Vaşinqton Tehranla dil tapır?
  • 23-05-2026, 12:07
    Həkim appendisitin əsas əlamətlərini açıqlayıb
  • 23-05-2026, 11:15
    Hörmüz boğazının bağlı qalması 2008-ci ildəki böhranı yarada bilər
  • 23-05-2026, 10:32
    Paşinyandan Rusiya ilə bağlı gözlənilməz ETİRAF
  • 23-05-2026, 09:04
    Yayda qatıq, ayran, dovğa, doğramac - Kimlərə olar, olmaz?
  • 22-05-2026, 22:02
    Bu BÜRClər macərasız yaşaya bilmir
  • 22-05-2026, 21:43
    Qırmızı jenşen çayı – Ürəyi, damarı qoruyan möcüzə
  • 22-05-2026, 20:02
    ABŞ-dan Avropaya Rusiya ilə bağlı xəbərdarlıq: Səbri tükənə bilər
  • 22-05-2026, 19:36
    Ermənistanda Kərki müzakirəsi, Paşinyan izahat verməli oldu - Qaytarılır?
  • 22-05-2026, 18:19
    “Ölümsüzlük tezliyi” 1962-ci ildə tapılmışdı – 1 il sonra alimlər yoxa çıxdı
  • 22-05-2026, 17:40
    İran və ABŞ razılığa gəldi – Şərtlər açıqlandı
  • 22-05-2026, 16:17
    Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: Bakıdan sərhəd xahişinin SƏBƏBİ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə