• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
Qətər 3 iranlı pilotu əsir götürüb
Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Şimali Koreya Putinə belə dəstək verir
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Problemli kreditlərin əksəriyyətini bank sahibləri süni yaradıb - Bank mütəxəssisi

Manşet / Gündəm / Xəbərlər

12-03-2018, 10:02

Problemli kreditlərin əksəriyyətini bank sahibləri süni yaradıb - Bank mütəxəssisi





















Ard-arda iki devalvasiya, onun ardınca bank-maliyyə sektorunda yaranan böhranlı vəziyyət ölkədə problemli kreditlərin həcminin artmasına səbəb oldu. Əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, indi bir çoxunda kreditin aylıq ödənişi ailənin gəliri həddindədir. Bu zaman vətəndaşın krediti ödəməsi mümkün olmur. Bu isə problemli kreditlərin sayını artırır.

Müqayisə üçün son iki ilə nəzər yetirək. Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1,592,9 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib. “Sputnik Azərbaycan” Mərkəzi Bankının (AMB) saytına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 5,9 faiz və yaxud kreditlər ilin əvvəlinə nisbətən 5,6 faiz, illik müqayisədə isə 19,4 faiz artıb. Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5 faiz olub. Bu nisbət iyulun sonunda 9 faiz, 2015-ci ilin sonunda 6,9 faiz, ötən ilin iyul ayının sonunda isə 6,6 faizdir.
2017-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 890,3 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə cəmi 700 min manat və yaxud 0,04 faiz çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 417,7 milyon manat və yaxud 28,35 faiz, illik müqayisədə isə 448 milyon manat və yaxud 31,06 faiz artıb. Ötən il noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 15,46 faiz təşkil edib. Bu nisbət oktyabrın sonunda 15,55 faiz, ötən ilin əvvəlində 8,95 faiz, 2016-cı il dekabrın 1-də isə 8,86 faiz olub.

Görünən odur ki, problem ildən-ilə daha da dərinləşir. Bəs çıxış yolu nədir?
Bu barədə fikirlərini bölüşən hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov deyib ki, problemli kreditlərin mütləq əksəriyyəti bank sahibləri və inzibatçılarının süni yaratdığı məsələdir. Onun sözlərinə görə, bu, bank sahiblərinin tanış və yaxınlarına, o cümlədən elə öz şirkətlərinə verdikləri gedər-gəlməz kreditlərdir: “Yəni, faktiki bu vəsaitləri mənimsəyiblər. Bu pulları qaytarmaq üçün hüquq-mühafizə orqanları tədbir görməlidir. Təqsirkarlar müəyyən edilməli, ya pulları qaytarmalı, ya da məsul şəxslər cəzalanmalıdır”.

O ki qaldı real problemli kreditlərə, yəni borcluların həqiqətən qaytara bilmədiklərinə, Əkrəm Həsənov bunun iki həll yolu olduğunu bildirib:

“Faktiki müflis olmuş şəxslərin borcu tam silinməli, çətinlik çəkənlərə isə güzəşt edilməlidir. Sonuncu halda dövlət də banklara kömək etməlidir”.

Onu da qeyd edək ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanuna görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək. Əhali və banklar üzərində böyük yükə çevirilmiş problemli kreditlər məsələsinin həll olunacağına da ümidlər artıb.
Ailehekimiklinikasi.az saytı Reyting.az-a istinadən xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, ölkə prezidenti tərəfindən daxil olan təklif Milli Məclisdə qəbul olunaraq sığorta amnistiyasına gedilib: "Amnistiyaya əsasən, 382 milyon manat borc faktiki olaraq silindi. Bu, çox böyük addımdır. Hesab edirik proses başlayıbsa, davam etdirilməlidir. Çünki 2015-ci ilin devalvasiyalarından sonra əhali kommersiya banklarından dollarla götürdüyü kreditləri geri qayatrmaqda çətinlik çəkir, əksəriyyət isə qaytara bilmir”.

Deputat deyib ki, hazırkı iqtisadi vəziyyət problemli kreditlərin həll edilməsinə imkan verir: "Devalvasiyadan sonra yaranmış iqtisadi gərginlik səngiyib, aktivlik artıb, manatın məzənnəsi sabitləşib. Deməli, poblemli kreditlər məsələsinə baxmaq olar. Biz də ona görə həm parlementdə çıxışlar zamanı, həm də mətbuat vasitəsilə məsələyə baxması üçün cənab prezidentdən xahiş etdik. Həmkarım Əli Məsimli ilə birlikdə hazırladığımız 14 səhifəlik təkliflər paketinə də hələlik baxılmayıb. Sığorta amnistiyasının davamı olaraq, dollarla götürülən kreditlərə baxılmalıdır. Ümid edirik bu məsələ də müsbət nəticələnəcək”.

V.Əhmədovun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının ən ciddi problemi bankların sağlamlaşdırılmasıdır:

"Maliyyə sektorunda yavaş-yavaş da olsa problemlər həll olunur. Amma bank sistemini sağlamlaşdırmamışıq. Bunun əsas yollarından biri də vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. Bu məsələlər həll edilməlidir ki, banklar sıfırdan başlasın. Zərərlə işləyən, kapital çatışmazlığı, likvidlik problemləri olan banklar çoxdur. Bütün bunları nəzərə alaraq, məsələlərə baxılacağına böyük ümid bəsləyirik”.

Deputat qeyd edib ki, məhkəmələrdə baxılan işlərin çoxu problemli kreditlərlə bağlıdır: "Minlərlə yox, on minlərlə məhkəmə çəkişməsi var. İnsanlar krediti ödəyə bilmədiklərinə görə məhkəmələrə cəlb olunur. Bizə yüzlərlə belə müraciət daxil olur”.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib.

Ə. Həsənov isə deputatın təklifinə belə münasibət bildirib: “Amnistiya yuxarıda dediyim kimi, real problemli kreditlərə aid olmalıdır. Dələduz və oğrulara nə amnistiya? Bunu müəyyən etmək asandır. Süni problemli kreditlərin meyarları bunlardır: uzun müddətə verilib, faiz dərəcəsi aşağıdır, real biznes yoxdur.

Hesab edirəm ki, problemli kreditlərin həcmi artan xətlə davam edəcək. Çünki bu sahədə heç bir adekvat tədbir görülmür. Dövlət deyir ki, "buna qarışmıram", banklar deyir ki, "pulumuz yoxdur və güzəştə getmirik". Müştərilərin də pulu yoxdur və çoxunun krediti dollarladır”.

Ekspert bildirib ki, məsələyə ciddi yanaşılmalı, banklarda yoxlamalar aparılmalı, müəyyən olunmalıdır ki, hansı bankda həqiqətən nə qədər problemli kredit var və onların hansı hissəsi elə bank sahiblərinin öz yaxınlarına verdiyi kreditlərdir: ”Bunu da müəyyən etmək çətin deyil. Elə müqavilə şərtləri ilə tam müəyyən etmək olur ki, niyə belə əlverişli şərtlə kredit verilib, girov niyə az götürülüb, tez verilib, biznes-plan götürülməyib, kredit xeyli müddətdir ki, qaytarılmır, amma bank məhkəməyə verməyib və s. Yəni, dövlət bunları müəyyən edəndən sonra cinayət işi də qaldırıla bilər ki, kredit təyinatı üzrə istifadə edilməyib".

Oxunub: 1 475
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Araşdırma

7-03-2018, 14:51

İlk; yeni ilin başlanğıcı hesab edilən bürc “Qoç”dur

Manşet / Gündəm / Xəbərlər

5-03-2018, 08:03

Azərbaycanda yeni Narkoloji Mərkəzin istifadəyə veriləcəyi tarix - Açıqlandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
Qətər 3 iranlı pilotu əsir götürüb
Son xəbərlər
  • Dünən, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • Dünən, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • Dünən, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
  • Dünən, 18:38
    Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
  • Dünən, 16:26
    Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
  • Dünən, 14:57
    Qətər 3 iranlı pilotu əsir götürüb
  • Dünən, 13:16
    Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
  • Dünən, 11:33
    BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
  • Dünən, 10:31
    Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
  • Dünən, 10:11
    Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
  • 14-08-2026, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • 14-08-2026, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • 14-08-2026, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • 14-08-2026, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • 14-08-2026, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • 14-08-2026, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • 14-08-2026, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • 14-08-2026, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • 14-08-2026, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • 14-08-2026, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • 13-08-2026, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • 13-08-2026, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə