Çinin Şansi əyalətindəki kömür mədənində qaz sızması nəticəsində partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Partlayış nəticəsində azı 8 nəfər ölüb, daha 38 nəfər isə yerin altında qalıb.
Məlumata görə, xilasedicilər 201 nəfəri təxliyə edib və 8 nəfərin meyitini çıxara biliblər.
Qəzanın dəqiq səbəbi hələ müəyyən olunmayıb.
Yer altında qalan mədənçilərin xilasetmə işləri davam edir.
***
Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.
***
Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.
***
Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib.
Bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib.