“Ermənistan heç vaxt Rusiya əleyhinə hərəkətlərdə iştirak etməyib və etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə görüşündə bildirib.
O, Rusiyanın maraqlarına hörmətlə yanaşılmalı olan bir supergüc olduğunu vurğulayıb.
“Təəssüf ki, həm Rusiyada, həm də Ermənistanda iki ölkə arasında münasibətlərdə böhran istəyən çoxlu insan var. Amma biz düşmənçilik etməyəcəyik”, – deyə Paşinyan qeyd edib.