Qılınclar qında pas atdı,
Gülüşlər dodaqda qaldı.
Atlar bozqırda yox oldu,
Kımızlar ocaqda qaldı.
Ağac bir kərə bəzəndi,
İldə bir yol don geyindi.
İnsan qopdu təbiətdən,
Ruh soyundu, qan geyindi.
Göy Tanrı dostumuz idi,
Hərdən Ondan küsürdük,
Tərcüməsiz danışırdıq,
Nə qorxurduq, nə əsirdik...
Hər birimiz Beyrək idik,
Xal düşməzdi şanımıza,
Qılınc girər, fəqət yadlar,
Girəmməzdi yanımıza.
Yoxa çıxdı qutsallıqlar,
Analıqlar dəlik oldu.
İndi köpəklik dəbdədi,
Bozqurd köhnəlik oldu.
N. Hacıheydərli