ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama hesab edir ki, ölkəsi hələ psixoloji cəhətdən qadın prezidentin idarəçiliyinə hazır deyil.
Glboalinfo.az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə TMZ nəşrinə danışıb.
“Amerikada keçirilən son prezident seçkiləri bunu aydın göstərdi (qadın namizəd Kamala Harrisin uduzmasını nəzərdə tutur – red.). 2028-ci ildə prezidentliyə namizəd olmaq niyyətində deyiləm. Məsələdə əsas problem kişilərdədir, çünki onlar qadın tərəfindən idarə olunmağı qəbul edə bilmirlər. Buna görə də Amerika cəmiyyətinin ilk növbədə yetkinləşməsi lazımdır”, – deyə sabiq birinci xanım bildirib.
Qeyd edək ki, Mişel Obama ABŞ-ın sabiq Prezidenti Barak Obamanın həyat yoldaşıdır. O, 2009-2017-ci illərdə Birləşmiş Ştatların birinci xanımı olub.