Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin energetika naziri Vladimir Potupçiki tutduğu vəzifədən azad edib.
Bu barədə Belarus dövlət başçısının mətbuat-xidməti məlumat yayıb.
Ölkənin dövlət təhlükəsizlik komitəsinin sədri Valeriy Vakulçuk “Belarus 1” telekanalının efirində bildirib ki, energetika naziri qanunsuz ailə biznesinə himayədarlıq etdiyinə görə prezidentin qəzəbinə tuş gəlib.