Fransada Səhiyyə Sığortası xroniki yorğunluq sindromunu ayrıca xəstəlik kimi tanıyıb. Avqustun 6-dan yenilənən məlumatda xəstəliyin psixoloji pozuntu hesab edilməməli olduğu vurğulanır.
Medicina.az xəbər verir ki, xəstəlik yalnız davamlı yorğunluqla məhdudlaşmır. Yüngül fiziki fəaliyyətdən sonra vəziyyətin kəskin pisləşməsi, yuxu və diqqət problemləri, uzun müddət ayaqüstə qala bilməmək kimi əlamətlər də müşahidə oluna bilər.
Fransada 130-270 min insanın bu sindromdan əziyyət çəkdiyi təxmin edilir.