• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İsrail hərbçiləri buradan çıxır, Azərbaycan Ordusu daxil olur – KİV
Yağış yağacaq, külək əsəcək – Sabahın havası
Bu bitki təbii ağrıkəsicidir
Xocavənddə mina partladı: yaralanan var
NATO iki ölkədə təlimlərə başladı
Hər gün bir kök yeyin - İnanılmaz faydaları
AZAL təyyarəsinin qəza enişi etməsi ilə bağlı rəsmi açıqlama
Ankara Putin-Tramp görüşündən nə gözləyir?
Saç tökülməsinin gözlənilməz səbəbi: Qidalanma və vitamin çatışmazlığı
Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR
Münhen hava limanı təcili bağlandı - Nə baş verir?
Səhər yeməyində bunları heç vaxt yeməyin: Zərərli 5 qida
Ən cansıxıcı BÜRCLƏR: onlarla 1 saat bir il kimidir
2-ci tip diabetin 8 əsas əlaməti – Varsa, təcili analiz ver
ABŞ narkotik daşıyan daha bir gəmini məhv etdi
Xərçəngə qarşı yeni dərman yaradılır – Mühüm araşdırma
Niyə həkimlər hər gün nar şirəsi içməyi məsləhət görürlər?
Avropada mühüm toplantı: siyahıda Azərbaycan da var
Netanyahu son nöqtəni qoydu: Rəfah açılmayacaq!
Sarımsaq və soğandan 10 qat daha faydalıdır - Ömrü uzadır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Misir fironları Qafqaz mənşəli idilər - Araşdırmaçı Firəngiz Rüstəmova

Manşet / Araşdırma

22-04-2018, 09:37

Misir fironları Qafqaz mənşəli idilər - Araşdırmaçı Firəngiz Rüstəmova




















Aziya.info saytının bu dəfəki müsahibi ixtisasca həkim olan araşdırmaçı, bu yaxınlarda çapdan çıxan "Hor sivilizasiyası və onun günümüzdə izləri" kitabının müəllifi Firəngiz xanım Rüstəmovadır.

Müsahibimiz haqqında qısa arayış;

Firəngiz Rüstəmova 1985-ci ildə Azərbaycan Dövlət Tİbb İnstitutunu bitirib. Dəfələrlə seminarlarda, konfranslarda, kurslarda olub, sertifikatlar alıb.
Uzun illərdir, ixtisasına uyğun olaraq həkim işləyir. Son 12 ildə Suraxanıda fəaliyyət göstərən "Ailə həkimi" Klnikasında mama-ginekoloq vəzifəsində çalışır.
Avropa Təbət Elmlər Akademiyasının üzvüdür. Həmin Akademiya tərəfindən dəfələrlə diplomla, iki dəfə isə medal ilə təltif olunub.
Misir fironları Qafqaz mənşəli idilər - Araşdırmaçı Firəngiz Rüstəmova
- Bu yaxınlarda “Hor sivilizasiyası və onun günümüzdə izləri” adlı çox maraqlı bir araşdırma kitabınız yayımlandı. Bu sahə Azərbaycanda indiyə qədər araşdırılmamış sahədi. Maraqlıdır, “Hor sivilizasiyası və onun günümüzdə izləri” araşdırması hansı ehtiyacdan və ya hansı zərurətdən yarandı?

- Əksər insanlar kimi mən də mütaliə etməyi sevirəm. Yeniyetmə, gənc yaşlarda bədii ədəbiyyat, mifologiya oxumağı daha çox sevirdim. Vaxt keçdikcə isə tarixi mövzular məni maraqlandırmağa başladı. Amma mifologiyaya marağım isə heç sönmürdü. Həm də bizim mifologiya dediyimiz mövzular; bu günkü elmin əsaslarıdır. Və mifoloji hadisələrin olduğu, mifik qəhrəmanların yaşadığı dövr, dünyanı su basanacan olan dünya tarixidir. Dediyim odur ki, mifologiyaya əfsanə deyib keçmək olmaz.
Ögey qardaşı Set tərəfindən öldürülüb və 14 hissəyə ayrılaraq Misir ərazisinə atılan “Osirin” cəsədi “RA” Tanrısının tapşırığı və çaqqalbaşlı tanrı Anubisin yardımı ilə İsida tərəfindən toparlanaraq yenidən insan halına qaytarıldı. İsida “XAT- HAT” adlanan, dişi Qırğı quşuna çevrilib, Osiri qanadları ilə sararaq sehirli sözlər söyləyib, magik vasitələrlə ondan hamilə qaldı, Hor Tanrısını dünyaya gətirdi. Ranın əmri ilə Osiris, Anubis tərəfindən mumiyalanır. Bu hadisə tibb və insanlıq tarixində ilk mumiyalama, balzamlama və ata rolu olmadan qadının hamilə qalması reallığı, hadisəsi oldu. Bu gün isə sünii mayalanma vasitəsilə uşaq dünyaya gətirmək heç kimə qəribə gəlmir.
Kirka - Yunan mifologiyasında günəş tanrısı Gelios ilə Perseidanin qızıdır. Kirka Sarmat çarının xanımı və eyni zamanda Skif və Sarmat çariçası olub. Kirka atası Qeliosun çarxlı arabası ilə həmin coğrafi ərazilərdə ova və gəzintiyə çıxarmış. Bu günkü avtomobillər çarxlı arabaların təkmilləşmiş variantlarıdır.
Denderah Zodiakı - Qədim Misirdə Denderahda olan Hathor/Xathor məbəd kompleksinin tavanında həkk edilmiş və Osirə/Azərə həsr olunmuş bir barelyefdir. Hazırda Parisdə Luvr muzeyində olan bu barelyef; C. X. Rocersin xarakterizə etdiyi kimi desək: “Qədim Səmanın əlimizdə olan yeganə tam xəritəsidir ki, daha sonralar qurulmuş astronomik xəritələr onun əsasında qurulmuşdu”. Piramidaların tikilişi üçün isə həndəsənin, mühəndisliyin, texnikanın inkişafının ən yüksək səviyyədə olması lazım idi.
Misir fironları Qafqaz mənşəli idilər - Araşdırmaçı Firəngiz Rüstəmova















- Oxucular “Hor sivilizasiyası” anlayışının nə demək olduğu və bu ifadənin hardan yaranması ilə bağlı suallar verir. “Hor sivilizasiyası” anlayışına aydınlıq gətirərdiniz zəhmət olmasa.

- Əslində bütün mənbələrdə Hor haqqında məlumatlar; Hor tanrısı olaraq yazılıb. Hor tanrısın toponimlərdə, oronimlərdə, çay, dəniz, mağaralar, güllər, çiçəklər, quşlar, günəşlə və günəşin xüsusiyyətləri ilə bağlı sözlərdə, çar, kral, epos qəhrəmanlarının adlarında, titullarda, incəsənət aləmində, istər mənfi, istərsə də müsbət obrazda olan tanrı və tanrıçaların, mifoloji varlıqların adlarında Hor/Xor tanrısının adı ilə bağlılığın olması mənə əsas verdi ki, bu qədər geniş coğrafiyada yayılmış qanunauyğunluğu “Hor sivilizasiyası” adlandırım.

- Son dönəmdə bildiyiniz kimi Misir fironlarının Qafqaz mənşəli olması ilə bağlı iddialar var. Bu nə dərəcədə həqiqətə uyğundur? Bu haqda nə deyərdiz?

- Bu mövzuda Türk tarixçi alimlərinin, Avropa genetik alimlərinin bu mövzuda araşdırmaları var.
“Türk Tarixinin Ana Xətləri” kitabı; 1930: ” Türklər, eramızdan çox – çox əvvəldən bəri Misirdə yerləşmiş, eramıza yaxın dövürləri orada ya¬şayaraq; Misir mədəniyyətini qurmuş və tarixi dövürlərini açmışdır”.
Atatürk zamanında (1931-ci illərdə) çıxan lise 1 tarix kitabından:
"Misirlilər ehtimala görə Süveyş berzahilə, boğazı ilə Asiyadan gəlmiş bir qövümdür”.
Fironların ilk dinastiyalarda eyni nəsildən olmaları məlum idi. Ən əsası isə məlum olub ki, Tutanxamonun atası olan Exnaton; Ak – Enaton, M.K. yəni “mumiya kodu” KV55 –dir. Anası əfsanəvi Nefertitidir, əsil adı Hia, M. K. KV35YL –dir. Akenatonun anasının adı Tiyyadır, yəni Tutanxamonun nənəsinin. Anxesenamun isə həyat yoldaşı olub. 16 mumiyanın genetik müayinəsindən sonra Tutanxamonun genetik kimliyi sensasiya doğurub. Avstriyanın Syurix şəhərində “İGENEA” mərkəzi genealoji labaratoriyasında (Həmin dövrdə laboratoriyanın direktoru Roman Scholz olub)müayinənin cavabından məlum oldu ki, Tutanxamonun nəsli QAFQAZdandır. Bütün çarların nəsli 9500 il əvvəl Qafqazda yaşamış və 7000 il əvvəl isə Misirə getmiş nəslin DNT(R1b1a2 ) – sinə malikdir. Almaniyada “Max Planck Institute for the Science of Human History” və “University of Tuebingen” universitetlərinin alimləri 3500-1500 yaşı olan, 90 mumiyanın genomunu bərpa edərək genetik müayinədən keçiriblər və belə nəticəyə gəliblər ki, qədim Misirlilər Afrikalı olmayıblar. Onlar Cənubi Avropadan olan türklərdir. Tübingen universitetindən Paleogenetik alim Johannes Krause “Nature Communications” jurnalına bildirib ki, 151 mumiyada aparılan genetik müayinələr zamanı üç mumiyanın genlərini tam bərpa etmək mümkün olmuşdur. Genomun bərpa edilməsi, həmin genomu daşıyanın da bərpa olunmasının, yəni ölülər içərisindən qalxmasının mümkünlüyü deməkdir. Demək belə nəticəyə gəlmək olar ki, fironlar adi insanlardan fərqli olaraq, öldükdən sonra yenidən dirilmələrinə inanmaqda haqlı imişlər.
Misir fironları Qafqaz mənşəli idilər - Araşdırmaçı Firəngiz Rüstəmova


- Siz Şumer sivilizasiyasının prototürklər tərəfindən qurulmasını düşünən araşdırmaçılardan birisiz. Şumer sivilizasiyasını quranlar kimlər idi?
Və uzun illərdi haqqında araşdırma yazılar və kitablar yazılsa da hələ də qədim yaşayış məskənlərimizdən olan Qobustanın sirləri açılmaz qalıb. Buradakı qayaüstü rəmz və işarələr hələ ki tam çözülməyib. Necə düşünürsüz, buradakı rəsmlər əski babalarımızın bu günki nəslə mesajı ola bilərdimi?

- Mən əsasən Qədim Misir sivilizasiyasının; məhz Oğuzlar tərəfindən qurulmasını düşündüyüm üçün, istəyirəm ki, standart cavablardan uzaqlaşım və sualınızı öz düşündüyüm tərzdə cavablandırım. Maraqlıdır, nə üçün Qədim Misirdə “Xor Baki/Kuban” adlı Qala, Xram olsun? Kubanda, yəni bu günkü Krasnodarda Kurinskaya, Apşeronskaya və Bakinskaya stanitsa adlanan qədim yaşayış ərazilərinin, Qədim Misirdə Baki/Kuban qalasının, xramının olması təsadüf ola bilməz yəqin. Qədim Kuban; bu günkü Krasnodar vilayəti sərhədləri ilə eyni sərhədlərə malik olmuş Qədim Türk tayfalarının yaşayış ərazisidir. Kuban sözü bizə Quba/Qobu/Qubadlı kimi ərazilərimizi xatırlatmırmı? Kurinskaya; Kür çayını, Bakinskaya isə Bakımızı xatırladır. QoB/KuB ilə əlaqəli toponimlər demək olar ki, bütün Oğuz və digər türk boylarının yaşadığı ərazilərdə var. Məsələn: Ukraynada Çernovitskaya vilayətində Kibaki kəndi vardır. Kibaki adında da həm Kuba, həm də Baki adı gizlidir. Quba/Kuba/Kibaki/Baki/Baku/kuBA/baKU...
Kuba və Baku adları bir birindən yalnız oxunuş istiqamətlərinə görə fərqlənirlər.
Kuban adlanan kənd, qəsəbə, şəhər – Kazaxstanda, Bryansk vilayətində iki yerdə, Karaçay Çerkesskdə, Krasnodarda iki yerdə, Kurskda, Lipetskdə, Orlovsk vilayətində iki yerdə, Ukrainada Luqansk vilayətində Kuban, Odessa vilayətində Kubanka, Sumskaya vilayətində Kubarevo və Kubaxovo, İvano-Frankovskayada Kubarevka adlanan yaşayış əraziləri vardır. Şimali Qafqazda iki, Kostroma vilayətində Volqa çayının və Kemerovski vilayətində Munja çayının qolu Kybansk adlanır. Məkkədən, Mədinəyə gedən yolun üzərində yerləşən Kuba kəndinin, Azərbaycanda olan Qobu, Qobustan, Quba və Qubadlı, Belarusiyada Loqoyski, Rusiyada Belozerski, Kuinski, Puxnovski, Bejetski, Plavski rayonları ərazisindəki Quba adlanan toponimlərin, Rusiyada XVI-XVII əsrdə ərazi dairəsi olan Quba ilə qədim Misirdəki Kuban, bu günkü İranda olan Kubenen yaşayış ərazisi və digər Kuban toponimləri ilə eyni mənalı, eyni mənşəli ola bilməzmi? Qədim Misir tanrılarından biri Keb/Qeb adlanırdı. Yer tanrısı olan Keb; Osir, İsida, Set və Neftidanın atası, ləqəbi “Knyazlar knyazı”, özü isə Qədim Misirin hökmdarı idi. Onun Taxt - Tacı Osirə/Azərə, Azərdən isə Hor tanrısına keçmişdi. Hordan sonra gələn bütün hökmdarlar onun varisləri hesab edilirdi və Firon adlandırıldı. Firon olmaq Keb/Qeb səviyyəsinə yüksəlmək sayılırdı. Bəlkə Keb də kult imiş, ona görə bu qədər geniş coğrafiyada yayılıb? Keb/Qeb/Qub/Quba/Kuba/Qobu/Kuban/Qobustan ...
Bəs bu Keb adı necə Qədim Misirə gedə bilər? Qədim Kubanda Taman yarınmadasında; iki milyon il əvvəl, poleolit dövründə, ilk insanların məskunlaşdığı ərazi Kermek olub. Orta Poleolit dövründə QUB Dərəsi ərazisindəki mağaralarda ilk, neandertal insanına aid qalıqlar aşkar edilib (Щелинский В. Е. “Кермек-стоянка начальной поры раннего палеолита в Южном Приазовье”). Osirin atası və Hor tanrısın əcdadı sayılan Qeb/Keb Tanrısı, Knyazlar Knyazı ilə Qafqazda ilk insanın yaşamış olduğu yer “Qeb” dərəsi, “Qob”ustan, Sang – Oğuzlar olan Şumerlərin “Ki” adlı yer tanrıçası arasındakı məntiqi və fonetik səslənmədə olan uyğunluq təsadüf ola bilməz. "Kitabi Dədə Qorqud"un qəhrəmanlarından olan Basatın" Anam adın sorar olsan Qaba Ağac" deməsi təsadüfdürmü? Ağac sözü burada nəslin, əcdadın başlanğıcı, soyağacı mənasında işlədilib. Bəlkə Qafqaz/Kavkaz/Kaukaz insanın nəslinin başladığı “Qeb/Qob/Qobu/Qobustan”dan söhbət gedir?
Doğrudur hələ də dəqiq tarixi bilinməyən Qobustan qaya rəsmləri; bu günkü insanlara bir mesajdır. Amma biz bu mesajı öz düşüncə tərzimizə görə, öz məntiqimizə və dilimizə görə araşdırsaq onlar bizə öz sirlərini daha tez açar.

- Son olaraq, oxucularımız üçün maraqlı olan daha bir sualı vermək istərdik; Burada yaşayan əski insanlarla Şumer sivilizasiyasını yaradan insanlar arasında hansısa əlaqələr mövcud idimi?

Əlbəttə. Mesopatomiya bizə daha yaxındır. Şumeroloq alimlər; mixi şumer yazılarını oxuduqdan sonra dilçi alimlər o sözləri heç bir xalqın dili ilə izah edə bilmədi. Həmin sözlər yalnız türkcə oxuna bildi. Bunun özü bir sübutdur. Oljes Süleymanov, Kazım Mirşan kimi alimlər də şumerlərin türk dilli və türk genli olmalarını təsdiq edir. Bu gün də Azərbaycanda; Kür çayı sahili boyu yerləşən kurqanlar araşdırılsa oradan şumer mədəniyyətinə aid saysız hesabsız sübutlar çıxa bilər. Vikipedik mənbələrə görə: 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlmişdir. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son "Odinin axtarışı ilə" adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırır:
«Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir».
Misir fironları Qafqaz mənşəli idilər - Araşdırmaçı Firəngiz Rüstəmova
Böyük səyahətçi Tur Heyerdal deyir: ”İsland saqalarında salnaməçi Snore yazır ki, vikinqlərin ilk korolu Azər ölkəsindən gəlmiş və Tanrılar nəslindən olan Odin idi”.
Norveçli səyyah, etnoqraf və alim-antropoloq T. Heyerdal vikinqlərin nəslinin məhz Azər ölkəsindən olmasını sübut etmək üçün yalnız versiyalarla kifayətlənməyib və genetik müayinələr də yoxlatdırıb. Belə ki, Vikinqlərin qədim “Drakkar” adlanan gəmilərinin yanında dəfn olunmuş əsgərin bədənindən DNT analizi nümunələri götürülüb. Eyni zamanda Qafqaz xalqlarının və məhz Azərbaycanlının DNT analizi yoxlanılıb və Vikinq ilə Azərbaycanlının DNT-si eyni nəticə verib. Bu qəbul edilmiş elmi faktdır ki, Qafqazlılar ayrıca rasadır və avropalıların əcdadıdır. Vikipedik mənbələrə görə Asların əcdadı olan Odin; müdrik, şaman, qələbə və müharibə tanrısı olub. Xanımlarından birincisinin adı Yord olub ki, Yord həm tanrıçadır, həm də müqəddəs, ilahi torpaqdır. Yord adlanan tanrıça və torpaq; bu gün bildiyimiz yurd, vətən, torpaq deyilmi?! Axı Odinin adlarından biri də Votandır. Votan sözündə “Vətən” sözü, Tor və Tyur adlı oğullarının adında isə buğanın, öküzün qədim nəslindən olan “Tur” sözü, oğlu Beru, Braqi, nəvəsi Burinin adında da qurd demək olan “Börü” adı gizlidir. Odin hər zaman yanında iki qurd ilə təsvir edilir. Vikinqlərin baş geyimləri də tur, buğa buynuzulu idi. Odinin digər adlarından biri də Xor/Qordur. Hor tanrının bir gözü Set ilə savaşda kor edilmişdi. Odinin eynən sol gözü Mimir ilə savaşda kor olmuşdu. Məqsəd müdriklik bulağının suyundan içmək idi.
Vikinq sözünün özündə belə “kienqu/kenger” sözü gizli deyilmi?!


Oxunub: 1 502
Paylaş:
Digər xəbərlər

Manşet / Video

18-04-2018, 14:22

Firəngiz Rüstəmova “Hor sivilizasiyası və onun günümüzdə izləri” kitabının təqdimatı

Manşet / Gündəm / Mədəniyyət

8-04-2018, 11:05

Beynəlxalq Mətbuat Mərkəzində "Hor sivilizasiyası və onun günümüzdə izləri" kitabının təqdimatı keçirildi.

Manşet / Gündəm / Araşdırma / Maraqlı

29-03-2018, 07:28

"Hor sivilizasiyası və onun günümüzdə izləri"

Manşet / Gündəm / Xəbərlər

3-03-2018, 18:42

Uluses.com.az saytı TƏBRİK EDİR!!!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İsrail hərbçiləri buradan çıxır, Azərbaycan Ordusu daxil olur – KİV
Yağış yağacaq, külək əsəcək – Sabahın havası
Bu bitki təbii ağrıkəsicidir
Xocavənddə mina partladı: yaralanan var
NATO iki ölkədə təlimlərə başladı
Hər gün bir kök yeyin - İnanılmaz faydaları
Son xəbərlər
  • Bu gün, 20:12
    İsrail hərbçiləri buradan çıxır, Azərbaycan Ordusu daxil olur – KİV
  • Bu gün, 19:40
    Yağış yağacaq, külək əsəcək – Sabahın havası
  • Bu gün, 18:16
    Bu bitki təbii ağrıkəsicidir
  • Bu gün, 17:28
    Xocavənddə mina partladı: yaralanan var
  • Bu gün, 16:17
    NATO iki ölkədə təlimlərə başladı
  • Bu gün, 15:50
    Hər gün bir kök yeyin - İnanılmaz faydaları
  • Bu gün, 14:49
    AZAL təyyarəsinin qəza enişi etməsi ilə bağlı rəsmi açıqlama
  • Bu gün, 13:21
    Ankara Putin-Tramp görüşündən nə gözləyir?
  • Bu gün, 12:43
    Saç tökülməsinin gözlənilməz səbəbi: Qidalanma və vitamin çatışmazlığı
  • Bu gün, 11:05
    Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR
  • Bu gün, 10:43
    Münhen hava limanı təcili bağlandı - Nə baş verir?
  • Bu gün, 09:10
    Səhər yeməyində bunları heç vaxt yeməyin: Zərərli 5 qida
  • Dünən, 22:31
    Ən cansıxıcı BÜRCLƏR: onlarla 1 saat bir il kimidir
  • Dünən, 21:39
    2-ci tip diabetin 8 əsas əlaməti – Varsa, təcili analiz ver
  • Dünən, 20:02
    ABŞ narkotik daşıyan daha bir gəmini məhv etdi
  • Dünən, 19:28
    Xərçəngə qarşı yeni dərman yaradılır – Mühüm araşdırma
  • Dünən, 18:19
    Niyə həkimlər hər gün nar şirəsi içməyi məsləhət görürlər?
  • Dünən, 17:21
    Avropada mühüm toplantı: siyahıda Azərbaycan da var
  • Dünən, 16:24
    Netanyahu son nöqtəni qoydu: Rəfah açılmayacaq!
  • Dünən, 15:15
    Sarımsaq və soğandan 10 qat daha faydalıdır - Ömrü uzadır
  • Dünən, 14:55
    “Bunu yalnız Tramp edə bilər” – Stubb
  • Dünən, 13:22
    Livan və İsrail gizli razılaşdı: Hizbullah hədəfdə
  • Dünən, 12:15
    D vitamininin daha bir faydası - 3 ilə qədər gecikdirir...
  • Dünən, 11:43
    Hava limanında güclü yanğın: uçuşlar dayandırıldı
  • Dünən, 10:20
    BMT İranın nüvə məsələsi ilə məşğul olmayacaq
  • Dünən, 09:08
    Bu iki meyvəni birlikdə yemək olmaz
  • 18-10-2025, 21:43
    Qalxanabənzər vəzinin düyünlü zobu təhlükəlidir
  • 18-10-2025, 20:02
    Sabah hava necə olacaq?
  • 18-10-2025, 19:07
    Qəzzadakı beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək
  • 18-10-2025, 18:26
    ABŞ-də Tramp əleyhinə mitinqlər başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə