• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Normadan artıq sinkin qəbulu qocaldır
Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər
25.05.2025: 2 gündən sonra həyatınız dəyişə bilər - "Güzgü tarixi"nin sirri açıldı
Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir
Yaşadığı evdə qeydiyyatda olmayanların nəzərinə – Tələsin, əks halda…
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bir tərəfdən xeyirli, digər tərəfdən zərərli - Acılı yemək yeyənlərin diqqətinə!
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Sabah hava necə olacaq?
Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə
Hindistanda leysan: 45 nəfər həlak oldu
Fransanın keçmiş deputatı: Mənim ölkəmdə “Türk dünyası” anlayışı təhlükə kimi qavranılır
Rasionunuza balqabaq əlavə etməyin 7 SƏBƏBİ
Milli Məclisdə cəmiyyəti sarsıdan hadisədən danışıldı – Elgünlə Turan…
Ukrayna parçalanır, müharibə bitir: Putinin dediyi “bufer zona” bu əraziləri əhatə edəcək
Kron xəstəliyi nədir? İnteqrativ Tibb ilə Kron xəstəliyinin müalicəsi.
Bu bürclər arzuladıqları hər şeyi əldə edəcəklər
Bu meyvəni yeyənlər rahat yuxu yatır
ABŞ-ın qorxulu Qafqaz planı – Yeni müharibə başlayır?
Beyinə rəqəmsal fasilə lazımdır – Nə edək?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Hor sivilizasiyası və onun günümüzdə izləri"

Manşet / Gündəm / Araşdırma / Maraqlı

29-03-2018, 07:28

"Hor sivilizasiyası və onun günümüzdə izləri"
Az Ərlərin izi ilə…

Müəllifini unutduğum bir deyim var: “Tarix tarixçilərin öhdəsinə buraxılacaq qədər sadə məsələ deyil”. Bu ifadə heç də tarixçilərə olan inamsızlıqdan qaynaqlanmır. Tarixə yetərincə ciddi yanaşmanın gərəkliliyindən meydana gələn deyimdir. Əslində hər bir ziyalı ən azından yaşadığı bölgənin dünənini araşdırmağa, millətin tarixinin öyrənilməsində tarixçilərə yardımçı olmağa çalışmalıdır. Təbii ki, millətin ziyalısı olan şəxs mümkün olduğu, biliyin və şəraitin imkan verdiyi halda isə bütöv regionun və millətin tarixinin öyrənilməsinə öx töhfəsini verməyə çalışmalıdır. Araşdırmaçı Firəngiz Rüstəmova miqyasıgeniş ziyalı kimi uzun illərdi ki, məhz bu tipli araşdırmalarla məşğuldur. Və düşünürəm ki, onun adı bu millətin tarixində adı sayğı ilə çəkilən ziyalılar sırasına yazılmalıdır.
Firəngiz xanım ixtisasca həkimdir. Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. Uzun illərdi ki, ixtisasına uyğun olaraq həkim kimi fəaliyyət göstərir. Bu sahədə kifayət qədər uğur və hörmət qazana bilib. O, əslində öz sahəsində qazandığı uğurlarla da kifayətlənə bilərdi. Nədən ki, yaşadığı və fəaliyyət göstərdiyi Suraxanı rayonunda yüzlərlə insanın ağır xəstəliklərdən şəfa tapmasına vasitəçi olub, uzun illər insanların sağlamlığının keşiyində durub. Beləcə minlərlə Azərbaycan insanının ürəyində özünə taxt qurmağı bacarıb. Lakin onun içində bitib-tükənməyən yazıb-yaratmaq eşqi, insanlara, dövlətinə və millətinə daha faydalı olmaq arzusu var. Vaxt və imkan tapdıqca araşdırmalarla məşğul olan, yorulsa da inadla öyrənməyi davam etdirən Firəngiz xanım peşəkar tarixçi olmadığına baxmayaraq, indiyə qədər tarixin xeyli qaranlıq məqamlarına işıq sala bilmişdir. Geniş təfəkkürə, dərin biliyə sahib olması, hadisələrə fərqli yanaşma bacarığı və ən əsası isə ezoterik düşüncə qabiliyyətinin olması ona çox maraqlı nəticələr ortaya qoymağa imkan verir. Bu baxımdan Firəngiz xanımın tarixə yanaşma rakursu da fərqlidir. Onun araşdırmalarını oxuyanda bir daha əmin olursan ki, tarixin dərin qatlarını, eləcə də fəlsəfəni, mifologiyanı, qədim insanların dünyagörüşünü, heroqlifləri, yazılı abidələri, rəmzləri və s. daha dəqiq öyrənmək üçün araşdırmaçının ezoterik düşüncə sahibi olması şərtdir. Nədən ki, tarixin bir çox gizlinlərinin kodlarını məhz ezoterikanı öyrənməklə açmaq mümükündür. "Hor sivilizasiyası və onun günümüzdə izləri"
Ezoterika hadisələrin görünməyən tərəfini, gizli qalan qatlarını, mahiyyətini öyrənən xüsusi duyum yetənəyi. Ezoterika həm də batini bilgilərin kompleksidir, reallığı xüsusi bilgilərlə qəbul etməkdir. Ezoterika tələb edir ki, hadisələrə təkcə biliklərlə, ağılla və mövcud qaynaqlarla deyil, həm də ruhla yanaşasan.Ukraynalı filosof N.A.Berdyayev (1874-1948) deyirdi: "Canlı həqiqət, bütöv həqiqət yalnız intellektual yolla, mühakimə yolu ilə açıla bilməz; onunla ancaq ruhani həyat təcrübəsində təmasda olmaq mümkündür. Ağıl özünün təcrid olunmuş, ayrılmış mövcudluğuna son qoymalı və ruhun dolğun, tam həyatı ilə üzvi surətdə yenidən birləşməlidir. O zaman şüurlu dərketmə mümkündür. Varlığı dərketmə təcrübədə verilir, lakin o, heç vaxt rasionallaşdırılmış təcrübədə bəlli olmur. Subyekt və obyektə parçalanma mərhələsinə qədərki dövrdə varlıq yalnız dini, mistik təcrübədə bəlli olur. Fəlsəfə üçün qidanı, materialı yalnız orada axtarmaq lazımdır".
Magiya, əl kimya, astrologiya, yoqa, masonluq, sufilik, qnostisizm, kabbala, mondializm, teosofiya və s. kimi gizlin elmlər ezoterik bilgilərə aiddir. Ən əski insanların tanrılara və təbiət hadisələrinə verdiyi adları, mifoloji obrazları və bəzi yazılı qaynaqları (qayaüstü rəsmlər, simvolik işarələr, rəmzlər və s.) ezoterik təfəkkürə və bilgilərə sahib olmaqla daha doğru izah etmək olar. Ezoterizmin antonimi ekzoterizmdir. Obyekt və hadisələri zahiri görünüşünə görə dəyərləndirməkdir. Ezoterizm nə dindir, nə də elmdir. Elmi araşdırma ənənəvi anlayışlara, kimyəvi, fiziki eksperimentlərə, akademik qaydalara, kəşflərə, ixtiralara, yeniliklərə əsaslanaraq aparılır. Din isə problemləri Allah, ruh, inanc, sevgi və s. vasitələrlə həll edir ki, burada nəyi isə sübut etməyə ehtiyac olmur. Ya inanırsan, ya da inanmırsan. Bütün problemlərin bu dünyada olmasa da, o biri dünyada həll olacağına, xeyirin şər üzərinə qələbəsinə ümid edilir. Dini qanunların, şəriət qaydalarının isə batiniliklə əlaqəsi yoxdur. Burada hər şey əsasən insanı idarə etməyə hesablanıb. Ona görə də çox vaxt Yaradana inanan kimsə şəriət qanunları ilə razılaşa bilmir. Ezoterika isə fərqlidir; gizlin, batini bilgidir, əsrlər boyu xalqların deyimlərində olub, şeirlərində, dastanlarında mifologiyasında öz əksini tapıb.
Ezoterika yalnız seçilmişlərin duya və aça biləcəyi batini dünyadır. Sufi şairlərin Tanrı haqqında, dünyanın və insanın yaranması haqqında maraqlı ezoterik düşüncələri var. Seçilmişlərdən olan Hallac Mansurun iki sözünü örnək gətirməkdə fayda var: –Sufi ən başından Tanrıya ulaşmağı hədəfləyəndir. Aradığını bulana qədər dincəlmək nədir bilməz.
-Cəhənnəmi məhşərdə aramayın, onu kimsənin sizi anlamadığı yerdə bulacaqsınız.
Digər seçilmiş Mövlana Cəlaləddin Rumi isə belə deyir: “Əgər surəti olmayan sevgilinin surətini görəcək olursanız, əfəndinin də kölənin də sizin özünüz olduğunuzu anlarsınız, zira hər cüz küllün eyni oldu və cüzlər başdan - başa küll oldular”.
Yenə Mövlanə: “Kəbə onun lütf evi isə, vücudum onun sirr evidir.
O evi yapdığından bəri, ora heç getmədi. Bu evə isə Haqqdan başqası girmədi”.
Yaxud aşağıda deyimlərindən misal gətirdiyimiz bu deyimlərlə nəyi ifadə ediblər? Bu seçilmişlər hansı görünməzləri görmüş, hansı batinlərə varmış və nələri duyublar? Birlikdə örnəklərə baxaq:

Yerə bünyad vurulmadan Adəm dünyaya gəlmədən
Öküz balıq əylənmədən mən əzəli anda idim. (Yunis Emre)

On dörd min il gəzdim pərvanəlikdə
Sidqi ismin buldum divanəlikdə. (Sidqi Baba)
"Hor sivilizasiyası və onun günümüzdə izləri"
Həzrət Əli: “Görmədiyim Tanrıya ibadət etmərəm” – söyləyirdi.
Sufi şair Nəsimi isə Allaha çatmağın, Ona qovuşmağın və Allahda bütünləşməyin mümkünlüyünü deyirdi:
Həqq Təala Adəm oğlu özüdür,
Otuz iki Həqq kəlamı sözüdür.
Cümlə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş yüzlüdü.
Nəiminin ən sadiq tərəfdarlarından olan Əli ül-Əla "Kürsünamə" əsərində, hürufiliyin yaranmasında Azərbaycanın rolunu belə təsvir edir: ”Sevimli Fəzlin vəhdət günəşi ilk dəfə Azərbaycanda doğdu. O müqəddəs ölkəmizdən biridir. Elə buna görə də məna günəşi burdan doğdu. Bu ölkə Allahın mərhəmətinə nail olub. O, peyğəmbər və müqəddəslər taxtıdır”.
Nəimi yazır: “Bakı tərəfdən səs gəlsə, ayağa dur, əlini-əlinə vurub sevin. Ora bizim sevimlimizin olduğu yerdir, özü getsə də yeri orada qalır”.
Fəzlin günəşi niyə ilk dəfə Azərbaycanda doğdu? Niyə və hansı tərəflərinə görə seçilmişlər bura “Müqəddəslər taxtı” dedi? Bunun izahı təkcə ortada olan, görünən və bilinən faktlarda deyil, həm də görünməyən, mahiyyətdə, batində olan nədənlərdədir. Bu isə ezoterik düşüncə və bilgilərlə açıla bilər.
“Yahova İncili”ndə yazılıb: “Başlanğıcda Söz vardı. Söz Tanrıyla birlikdəydi və Söz Tanrıydı. Başlangıcda “O”, Tanrıyla birlikdəydi. Söz, insan olub aramızda yaşadı... “O”nun ucalığını–Babadan gələn, lütf və gerçəklə dolu yeganə Oğlunun ucalığını gördük. Yahya “O”na şahidlik etdi. Yüksək səslə belə dedi: “Məndən sonra gələn məndən üstündür. Çünki “O” məndən öncə vardı...” Hürufilər isə Sözdən əvvəl Allahın yanında olduqlarını deyirdilər, bu fikir “Lövhi-məhfuz”da yazılan sözlərlə eynilik təşkil edirdi.
Şah Xatayi:
“Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgah idim.
Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim” – deyir.
Digər bir şeirində isə belə söyləyir:
Gir simayə, belə оyna, Silinsin, açılsın ayna, Qırx il qazanda dur, qayna, Daha çiy bu tən dedilər.
Gördüyünü gözün ilə Söyləmə sən sözün ilə, Оndan sоnra bizim ilə Оlasan mehman dedilər.
Mənsur ilə darda idim, Xəlil ilə narda idim, Musa ilə Turda idim, Qazilər deyən şah mənəm.
Xətayi: ”Gir simayə, belə оyna, Silinsin, açılsın ayna”- dedikdə, çox güman ki, əski türkün Tanrıçılıq inancından gələn “Səmah” demək istəyib. Axı “Səmah” zamanı onlar Tanrını görürdülər; Həzrət Əlinin Tanrını gördüyü kimi! Şah İsmayıl Qızılbaş inancında idi. Qızılbaşlıq isə Tanrıçılığın sonralar İslam libası geyinən davamı idi. Tanrıçılıq inancında insan Tanrının dostu idi. Bütün şamanlar gələcəkdən xəbər verirdi, merac etməyi bacarırdılar, Dədə Qorqud kimi “qeybdən dürlü-dürlü xəbərlər” verirdilər. Onlar seçilmişlər idilər.
Pir Sultan Abdal yazır:
Həzrəti Şahın avazı
Durna derlər, bir quşdadır.
Əsası Nil dəryasında
Xirqəsi bir dərvişdədir.
Nil dəryası ümman oldu,
Saraldı gül bənzim soldu.
Baxışı aslanda qaldı,
Doğuşu hala qoçdadır...

Örnəklərin sayını istənilən qədər uzatmaq olar. Seçkin ulularımız varlığın, yaradılışın batini anlamına varıblar. Yaradılış haqqında ezoterik bilgilər ötürüblər. Nədən ezoterikadan danışdım? Firəngiz xanım Rüstəmovanın uzun illərin gərgin axtarışının sonucu olan “Hor sivilizasiyası və onun günümüzdə izləri” kitabı ezoterik araşdırmalara və bilgilərə ən yaxşı örnəklərdən biridir. Kitabı oxuduqca görəcəksiz ki, müəllifin izah etdiyi ən qədim anlayışları qaynaqlar və bəlli bilgilər hesabına açıqlamaq mümkün deyil. Firəngiz xanım belə anlayışların mahiyyətinə varmağı, görünməzi görməyi bacarıb. Ezoterik düşüncə ilə mənaları izah edib. Və çox məntiqli və inandırıcı nəticələr ortaya qoyub.
Aralıq dənizi sahillərində və eləcə də yurdumuz Azərbaycanda min illər boyu Hor-Qor kultu mövcud olub. Qor-Hor yunan qaynaqlarında Horus olaraq keçir. Qor və ya Hor Yunanların Osirus dediyi, Misir qaynaqlarında isə adı Asar olaraq keçən Az Ər Tanrının oğludur. Avropadan tutmuş İkiçayarasına – Mesopotamiyaya, Misirdən Orta Asiyaya qədər olan ərazilərdə bu kultun izlərinə bu gün də sıx-sıx rast gəlinməkdədir. Sadəcə olaraq, fərqində deyilik, araşdırmırıq, öyrənmirik. Dünya tarixinin və eləcə də Azərbaycan tarixinin bir çox sirli məqamları, əski dünyanın tanrılar kimi səcdə etdiyi Az Ərlərin tarixi məhz bu kultda gizlənib. Müəllif öz kitabında Hor-Qoru belə təqdim edir:
“Hor/Qor/Gor/Xor/Xorus/Horus - Bu söz qədim Misirdə qanadlı günəş, günəş diski, qartal simalı olan ucalıq, səma, günəş tanrsıdır. Məhsuldarlıq tanrıçası İsida ilə Gök/Göy tanrı Osirisin oğlu, çar və hökmdar olub. Xanımı isə Xat “Xor”/Hat ”Hor” idi. Gök/Göy Tanrıçası, qadınların və doğumun himayəçisi, sevgi tanrıçası olub. Yakut dilində “Xotun”, elə “Xatun”, yəni xanım deməkdir.Bizim düşüncə tərzimizlə, məntiqimizlə fikirləşsək Xat “xatun”, Xor isə Qor tanrısı, yəni Xorun xatunu demək deyilmi? Bu gün də Qafqazda “Xotxor” şəxs adı var. Mənası “Qövs, Arka, Tağ, Həlqəyə bənzər” deməkdir. Xatxor isə Gök/Göy tanrıçasıdır və göylərin, səmanın simvolu isə Arkadır, tağdır. Bəzən də Xatxorun adını “Xator” kimi də yazırlar və mənasının “Qorun-Horun evi” olaraq izah edirlər. Hor tanrısının evi isə Göy/Gökdür, Səmadır. Axı Qor-Hor həm də Gök/Göy tanrı idi. Arka Qədim Mesopotamiya arxitekturası olaraq, e.ə. II minillikdən, bu günə qədər bütün dini məbədlərdə “Göylərin” simvolu olaraq əvəzedilməz bir elementdir”.
Firəngiz xanım bu kitabı yazmaqla çox faydalı iş görmüşdür. Düşünürəm ki, bu kitab ali məktəb tələbələri, magistrlər və eləcə də bu regionun tarixini və mifologiyasını öyrənmək istəyən hər kəs üçün çox dəyərli qaynaq olacaqdır. Könül istərdi ki, Firəngiz xanımın başladığı bu araşdırma alimlərimiz tərəfindən davam etdirilsin. Nədən ki, bu kitabda genişləndirib dissertasiya səviyyəsində yazılacaq kifayət qədər mövzular var.

Oxunub: 1 475
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Səhiyyə

21-03-2018, 12:20

Qaraciyərdə xəstəliyin olmasını necə bilmək olar?

Manşet / Gündəm / Səhiyyə

4-03-2018, 10:22

Ailə Həkimi Klinikası - Böyrəklərə zərər verən vərdişlər

Səhiyyə

2-03-2018, 08:30

2016/2017-ci tədris ilində rezidenturanı bitirmiş həkim-mütəxəssislərin nəzərinə

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Normadan artıq sinkin qəbulu qocaldır
Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər
25.05.2025: 2 gündən sonra həyatınız dəyişə bilər - "Güzgü tarixi"nin sirri açıldı
Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir
Yaşadığı evdə qeydiyyatda olmayanların nəzərinə – Tələsin, əks halda…
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Son xəbərlər
  • Bu gün, 15:24
    Normadan artıq sinkin qəbulu qocaldır
  • Bu gün, 12:31
    Barmaq uclarındakı bu dəyişiklik ciddi xəstəliyin əlaməti ola bilər
  • Dünən, 22:34
    25.05.2025: 2 gündən sonra həyatınız dəyişə bilər - "Güzgü tarixi"nin sirri açıldı
  • Dünən, 21:20
    Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir
  • Dünən, 20:57
    Yaşadığı evdə qeydiyyatda olmayanların nəzərinə – Tələsin, əks halda…
  • Dünən, 19:39
    Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
  • Dünən, 18:23
    Bir tərəfdən xeyirli, digər tərəfdən zərərli - Acılı yemək yeyənlərin diqqətinə!
  • Dünən, 17:12
    Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
  • Dünən, 16:46
    Sabah hava necə olacaq?
  • Dünən, 15:15
    Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə
  • Dünən, 14:54
    Hindistanda leysan: 45 nəfər həlak oldu
  • Dünən, 13:16
    Fransanın keçmiş deputatı: Mənim ölkəmdə “Türk dünyası” anlayışı təhlükə kimi qavranılır
  • Dünən, 12:36
    Rasionunuza balqabaq əlavə etməyin 7 SƏBƏBİ
  • Dünən, 11:27
    Milli Məclisdə cəmiyyəti sarsıdan hadisədən danışıldı – Elgünlə Turan…
  • Dünən, 10:11
    Ukrayna parçalanır, müharibə bitir: Putinin dediyi “bufer zona” bu əraziləri əhatə edəcək
  • Dünən, 09:14
    Kron xəstəliyi nədir? İnteqrativ Tibb ilə Kron xəstəliyinin müalicəsi.
  • 22-05-2025, 22:18
    Bu bürclər arzuladıqları hər şeyi əldə edəcəklər
  • 22-05-2025, 21:45
    Bu meyvəni yeyənlər rahat yuxu yatır
  • 22-05-2025, 20:27
    ABŞ-ın qorxulu Qafqaz planı – Yeni müharibə başlayır?
  • 22-05-2025, 19:04
    Beyinə rəqəmsal fasilə lazımdır – Nə edək?
  • 22-05-2025, 18:10
    Qazaxda yük maşını qatarla toqquşdu: xəsarət alanlar var
  • 22-05-2025, 17:42
    Azərbaycan və Türkiyə ilə bağlı arzuolunmaz iddia – Budapeştdə nə baş verdi?
  • 22-05-2025, 16:33
    Ermənistanı qarışdıracaq “Mehri planı” – Paşinyan üçün pis ssenari
  • 22-05-2025, 15:28
    Ən ağıllı insanlar bu qan qrupundan olurlar
  • 22-05-2025, 14:17
    Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz
  • 22-05-2025, 13:40
    Putin açıqladı: Ukraynada bufer zona yaradılır
  • 22-05-2025, 12:26
    Bu əl hərəkətini edə bilmirsinizsə, diqqətli olun – Beyin şişinin gizli əlaməti
  • 22-05-2025, 11:23
    ABŞ niyə Ermənistanla müharibə riskini gündəmə gətirdi? - Bakıya zəng ola bilər
  • 22-05-2025, 10:12
    Bakı və Tehranın Fars körfəzindən Qara dənizə uzanan planı: İrəvanın yolu bağlandı
  • 22-05-2025, 09:00
    Bu səhər yeməyi xərçəngin qarşısını alır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə