• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
Ürəyə zərər verən sağlam qidalar
Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
Prostat vəzinin adenoması - xoşxassəli şişdir
Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
“Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
Panik atakdan ölmək mümkündürmü?
Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əksəriyyətimizin sirr saxladığı xəstəlik - 49 milyon insan bundan qurtulub

Manşet / Gündəm / Səhiyyə

10-01-2019, 01:09

Əksəriyyətimizin sirr saxladığı xəstəlik - 49 milyon insan bundan qurtulub

Koxun vərəm törədicilərini aşkarlamasından düz 135 il ötsə də və ötən müddətdə tibbin xeyli irəlilədiyi iddia olunsa da, görünən odur ki, xəstəlik yaratdığı risk təhlükəsi ilə hələ də dünyaya meydan oxumaqda davam edir.

Bu xəstəliyə qarşı illərdir mübarizə aparılmasına baxmayaraq, dünyada onun ləğvinə hələ də tam nail olunmayıb.

Problemin həllinin vacibliyini nəzərə alan Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə gədər Davamlı İnkişaf üzrə təyin etdiyi məqsədlərdən birinin vərəmin global epidemiyasının ləğv edilməsi olduğunu açıqlayıb.

Xəstəlik hallarının 60%-i bu ərazilərdə baş verir

Hesablamalara görə, 2015-ci ildə ildə 10,4 million insan vərəm ilə xəstələnib ki, onların da 5,9 milyon (56%) nəfəri kişi, 3,5 milyon nəfəri (34%) qadın və 1 milyon nəfəri (10%) uşaq olub. Yeni xəstəlik hallarının 60%-i Hindistan, İndoneziya, Cin, Nigeriya, Pakistan və Cənubi Afrikanın payına düşür.
2000-2015 illər ərzində dünyada bu xəstəlikdən ölüm halları 22% azalıb və bu azalma hazırda da davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2010-cu ildən ölüm hallarının ən yüksək azalma tempi Şərqi Aralıq Dənizi və Avropa bölqəsində (ildə 6,5% və 6,2% müvafiq), ən zəif tempi isə Afrika regionunda (ildə 2,2%) müşahidə olunub.
ÜST problemin ciddiliyini nəzərə alaraq, ÜST ölkələri 2030-cu ilə qədər vərəmdən ölüm hallarının sayını 2015-ci illə müqayisədə 90%, vərəmlə xəstələnmə göstəricisini isə 80% azaltmağa çağırır.

Gizli saxlanılan xəstəlik

ÜST-nin Avropa regionun məlumatlarına əsasən, vərəm hallarının çoxu, yəni 45 faizi 25-44 yaşlı insanların payına düşür. Əslində, xəstəliyin bu yaşda olan gənclər arasında yayılmasına bir təsadüf kimi də yanaşmaq olmaz. Bu gün cəmiyyətdə vərəmə qarşı güclü stiqmanın olması, gənc yaşda xəstəliyə yoluxanların öz xəstəliyini gizlətməyə cəhd etməsi onun qarşısını almağa mane olan ən əsas səbəblərdən biri hesab edilə bilər.

Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova da Trend.az-a açıqlamasında bildirib ki, Azərbaycanda vərəmli xəstələrə qarşı münasibətdə çox böyük stiqma var. Buna görə də Azərbaycanda vərəm xəstələri öz xəstəliklərini aşkarlamağa maraq göstərmir, xəstəliklərini qapalı saxlamağa daha çox üstünlük verirlər. Bu hal daha çox cavanlar, xüsusilə də qızlar arasında müşahidə edilir: "Ailəsində vərəm xəstəsi olan insanların çoxu elə fikirləşir ki, onların ailə üzvlərindən birinin xəstə olduğu məlum olarsa, qohum-qonşu onlardan üz döndərəcək. Onlar ailələrində vərəm xəstəsi olmasını ailənin rüsvayçılığı hesab edirlər. Belə stiqmaya görə də vərəm xəstəsi olan şəxs xəstəliyini gizli saxlayır və müalicə üçün birbaşa həkim-ftiziatra deyil, vərəmin müalicəsi ilə tam məşğul ola bilməyən digər həkimlərə müraciət edirlər".

Azərbaycana gəldikdə...

Mütəxəssislər ÜST-nin məlumatlarına əsaslanaraq, belə hesab edirlər ki, Azərbaycan dünyada vərəmin ən az yayıldığı ölkələrdən biri sayıla bilər.
ÜST-nin Avropa Regional Bürosunun məlumatına əsasən, Azərbaycanda hər 100 000 əhali arasında qeydə alınan yeni vərəm halları 2010-2016-cı illərdə xeyli azalıb.

2010-cu ildə Azərbaycanda hər 100 000 əhali arasında vərəmlə xəstələnmə göstəricisi 53,4 nəfər (ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 42,6 nəfər, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 10,7 nəfər) olduğu halda, 2016-cı ildə bu göstərici 38,9 nəfər (ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 29,9 nəfər, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 9) olub.

İ.Axundova bildirib ki, Azərbaycanda vərəmlə bağlı epidemioloji göstəricini yaxşı saymaq olar.

Onun sözlərinə görə, ölkədə vərəmdən ölüm hallarının azalması da bunu bir daha təsdiq edir. 2012-ci ildə Azərbaycanda hər 100 000 nəfər əhali arasında ölüm göstəricisi 4,1 nəfər olduğu halda, 2016-cı ildə bu göstərici 3,8 nəfər olub. Ölkədə yeni vərəm hallarının da sayı azalmaqdadır. Yalnız 2011-2015-ci illər arasında vərəmdən ölüm hallarınını sayı 8.3% azalıb.

Yeri gəlmişkən qeyd edək ki, ÜST Azərbaycanda vərəmin müalicə nəticələrini də yaxşı dəyərləndirir.

ÜST-nin məlumatlarına görə, həssas vərəminin müalicəsinin nəticə hədəfi 85% olduğu halda, Azərbaycanda bu rəqəm 83% olub. Bu da çox ölkələrdən - Gürcüstan, Litva, Moldova, Ermənistan, Ukrayna və Rusiyadan yaxşı göstərici hesab edilir. Eyni zamanda, dərmanlara davamlı vərəminin müalicəsinin nəticə hədəfi 75% olduğu halda, Azərbaycanda bu hədəf 59% olub. Bu da çox ölkələrdən - Gürcüstan, Litva, Moldova, Ermənistan, Ukrayna, Rusiya, Qırğısıstan, Belarus, Bolqariya, Rumıniya, Turkmənistandan yaxşı göstərici sayılır.

İ.Axundova bildirib ki, bu göştəricinin artırılması üçün ölkədə Milli Vərəm Proqramı və Səhiyyə Nazirliyi tərəfindən digər vacib tədbirlər həyata keçirilir.

Vərəmə yoluxmağı əsla xəstəlik saymayın!

Vərəmlə bağlı vacib məsələlərdən biri də insanlar arasında məlumatlandırma səviyyəsinin artırılmasıdır. Bəzi insanlar məlumatsız olduqlarından bu xəstəliyi ölümlə nəticələnən ağır xəstəlik sayırlar. Ancaq faktlar onu göstərir ki, əslində belə deyil.

Məlumat üçün əvvəlcə bildirək ki, yoluxucu xəstəlik olan vərəm xəstəliyi vərəm mikrobakteriyaları tərəfindən törədilir. İnsanlarda vərəm xəstəliyini 92% hallarda insan növü M. Tuberculosis, 5% və 3% hallarda M. bovis, M. africanum törədir.

İnsanın vərəm xəstəliyinə yoluxması 90-95% hallarda tənəffüs yolları vasitəsilə -aerogen yolla (hava -damcı, hava-toz), bir qədər az hallarda mədə-bağırsaq yolu - alimentar yolla baş verir.

Yoluxma bəzən zədələnmiş dəri və selikli qişa, gözün konyuktivası, badamcıqlar vasitəsilə də (kontakt yol) baş verir. Xəstəliyin transplasentar yoluxması nadir hallarda vertikal yolla da mümkündür.

Vərəm ciddi müalicə tələb edən xəstəlik olsa da, əslində vərəmə yoluxmağı xəstəlik saymaq olmaz. Çünki tam kurs müalicə (xəstəliyin formasından asılı olaraq, 6 aydan minimum 24 aya qədər) aparıldıqda vərəm tam sağalır və ondan azad olmaq olar. Nəzərə almaq lazınmdır ki, vərəmin müalicəsində əsas məsələ müalicə kursunu tam şəkildə sona çatdırmaqdır.

ÜST-nin məlumatlarına görə, 2000-2015 illər ərzində dünyada 49 milyon insan vərəmdən müalicə alaraq sağlam həyata qayıdıb və özünü xilas edib.
Elə bu göstərici xəstəliklə bağlı nikbinlik yaradır.

Azərbaycanda inanların vərəm xəstəliyinə fəqli münasibət göstərdikləri qənaətində olan psixoloq Elnarə Quliyeva hesab edir ki, vərəm xəstələrinə güclü psixoloji dəstəyin göstərilməsi onların müalicəsi üçün olduqca əhəmiyyətli olar. Psixoloqlar belə xəstələrlə söhbət apararaq onların beyninə vərəmin sağalan xəstəlik olması fikrini yeritməli, xəstələrdə özünə inam hissi yaratmalı, özünə qapanmış xəstələrin cəmiyyətə inteqrasiyasına yardım göstərməlidirlər:

"Xəstələr bu dəstək sayəsində özünü daha güclü hesab edər və müalicəsini də yarıda qoymazlar. Hər bir vərəm xəstəsi yaddında saxlamaldır ki, o, vərəmə yoluxan ilk insan deyil və dünyada bu xəstəlikdən sağalan milyonlarla insan var. Bunun üçün xəstələr yalnız güclü iradəyə və sağlam düşüncəyə malik olmaldırılar. Xəstənin ətrafındakılar - cəmiyyət üzvü olaraq, hər birimiz də belə sağlam düşüncəyə sahib olaraq, onların sağalmasına yardım göstərməliyik".

Oxunub: 1 161
Paylaş:
Digər xəbərlər

Araşdırma

2-11-2018, 00:16

Dünyanı bürüyən yoluxucu xəstəliklər - Onlar ildən-ilə artır

Manşet / Gündəm / Araşdırma / Səhiyyə

12-01-2019, 00:31

Azərbaycanda VƏRƏM - Hamı üçün təhlükə!

Maraqlı

27-09-2018, 00:43

İnsanların ən çox öldürən məhsul - ÜST

Manşet / Səhiyyə

23-09-2018, 17:20

Süd vəzi xərçəngi ilə mübarizə!

Manşet / Gündəm / Səhiyyə

22-09-2018, 01:15

Dünyanın ən ölümcül İNFEKSİYASI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
Son xəbərlər
  • Bu gün, 16:15
    Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
  • Bu gün, 15:51
    Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
  • Bu gün, 14:47
    İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
  • Bu gün, 13:57
    Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
  • Bu gün, 12:40
    Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
  • Bu gün, 11:46
    Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
  • Bu gün, 10:23
    Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
  • Bu gün, 09:04
    Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
  • Dünən, 22:09
    Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
  • Dünən, 21:34
    Ürəyə zərər verən sağlam qidalar
  • Dünən, 20:04
    Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
  • Dünən, 19:21
    İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
  • Dünən, 18:23
    Prostat vəzinin adenoması - xoşxassəli şişdir
  • Dünən, 17:37
    Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
  • Dünən, 16:51
    Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
  • Dünən, 15:19
    Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
  • Dünən, 14:06
    “Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
  • Dünən, 13:43
    Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
  • Dünən, 12:12
    Panik atakdan ölmək mümkündürmü?
  • Dünən, 11:41
    Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
  • Dünən, 10:27
    Nüvə silahı hərəkətə gətirildi, 4 ölkədə vəziyyət qarışdı – Yeni təhlükə…
  • Dünən, 09:00
    Razyananın hansı faydaları var?
  • 7-07-2026, 22:00
    Bu bitkinin yağı depressiyanın dərmanıdır - Türk həkimlər
  • 7-07-2026, 21:07
    Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
  • 7-07-2026, 20:27
    Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
  • 7-07-2026, 19:13
    Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
  • 7-07-2026, 18:32
    Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
  • 7-07-2026, 17:10
    Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
  • 7-07-2026, 16:25
    Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
  • 7-07-2026, 15:44
    Uzun müddət oturmaq ölüm riskini artırır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə