• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
Ən təhlükəli qida allergenləri - SİYAHI
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Diş çürüməsindən qoruyan qida
“Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanla Türkiyənin möhtəşəm layihəsinin DETALLARI: Xəzərdən Egeyə qədər...

Manşet / Xəbərlər

24-06-2023, 13:32

Azərbaycanla Türkiyənin möhtəşəm layihəsinin DETALLARI: Xəzərdən Egeyə qədər...


Türkiyə və Azərbaycan deyincə ilk olaraq ağla gələn “İki millət, bir dövlət” şüarına daha bir, son dərəcə önəmli dəyər əlavə olunur. Artıq iki ölkə öz hava məkanını eyni sistemlə birlikdə idarə edə biləcəkləri mərhələyə keçir. Bu o deməkdir ki, Egeydən Xəzərə qədər çox geniş ərazidə radarlar Ankara və Bakı tərəfindən görülə biləcək.

Publika.az “TRT Haber”ə istinadən xəbər verir ki, son illərdə xüsusilə yerli müdafiə sənayesində sistem və platformalarını dost və qardaş ölkələrin istifadəsi üçün açan Türkiyə bu çərçivədə Azərbaycanla yeni bir yola başlayıb.

Azərbaycanın Ermənistanın işğalı altındakı Qarabağ və ətraf ərazilərində həyata keçirdiyi əməliyyatlar zamanı Ankaranın Bakıya, xüsusilə də PUA-larına dəstək verməsi iki ölkə arasında yeni bir dövr başladıb.

O vaxtdan bəri Azərbaycana bir çox müxtəlif müdafiə sənayesi mallarının satışını təsdiq edən Türkiyə taktiki əməliyyat baxımından da birgə fəaliyyət istiqamətində daha aydın təşəbbüs göstərməyə başladı.

Prezident yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Prof. Dr. Haluk Görgünün bu yaxınlarda Azərbaycan mətbuatına son açıqlaması onu göstərir ki, yuxarıda bəhs etdiyimiz münasibətlər tamamilə başqa istiqamətdə inkişaf edəcək.

Prof. Dr. Görgün açıqlamasında HAKİM Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsinə toxunub.

O bildirib ki, bu yolla hər iki ölkənin hərbi hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edəcək.

Egeydən Xəzər qədər hər şeyi görmək olacaq

Müdafiə Sənayesi Araşdırmaçısı Anıl Şahin HAKİM layihəsini izah edərkən, bunun birdən çox radardan alınan məlumatları emal edən və müəyyən edilmiş hava şəklini yaradan bir hava komanda-idarəetmə sistemi olduğu bildirib.

Türkiyə və Azərbaycan HAKİM layihəsinə keçəndə təbii ki, ortaq bir sistem olacaq. O qeyd edib ki, kiçik fərqlər olsa da, sistem istifadəyə verildikdən sonra hər iki ölkənin hava məkanı “eyni dili danışacaq”.

Anıl Şahin bu yolla Azərbaycandakı bir radardan məlumatların HAKİM vasitəsilə Türkiyəyə ötürülə biləcəyini bildirib. O, eyni zamanda bunun əksinin də mümkün olacağını qeyd edib: “Günün sonunda isə Egeydən Xəzərə qədər geniş bir ərazidə radarların məlumatlarını HAKİM-də görmək mükün olacaq”.

Məlumatlar NATO-ya ötürülməyəcək

Türkiyə NATO-ya üzv ölkədir. Azərbaycan isə NATO üzvü deyil və qərb sistemləri əvəzinə daha çox sovet hərbi platforma və sistemlərindən istifadə edir. Bundan başqa, Azərbaycanda İsrail radarları var. Bəs əldə edilən məlumatlar NATO qərargahına ötürülməyəcək?

Şahin qeyd edib ki, Türkiyə NATO ölkəsi olsa da, əldə etdiyi bütün məlumatları hələ də NATO-ya ötürmür.

O, Türkiyənin NATO-ya göndərdiyi radarlarla yanaşı, heç bir məlumatın paylaşılmadığı milli statuslu radarların da olduğunu diqqətə çatdırıb.

Əldə edilən bütün məlumatlar Əskişəhərdə toplanacaq

O bildirib ki, Türkiyənin öz radarları vasitəsilə əldə etdiyi bütün siqnallar Əskişəhərdəki Döyüş Hava Qüvvələri Komandanlığına ötürülür:

“Oradan tələb olunan radar məlumatları filtrlənir və Almaniyanın Ramşteyn şəhərindəki NATO Qərargahına ötürülür. Məsələn, gizli bir əməliyyat edilirsə, bütün radar məlumatları NATO-ya ötürülmür. İstədiyinmiz radarların məlumatlarını ötürürük.

Oxşar vəziyyət Azərbaycan-Türkiyə HAKİM layihəsində də olacaq. NATO-dan əldə etdiyimiz radar məlumatlarını Azərbaycana ötürməyəcəyik. Biz öz radarlarımızla bağlı məlumatları Azərbaycana təqdim edəcəyik. Ona görə də, məsələ NATO üçün problem yaratmır”.

Layihədən qonşu ölkələr necə təsirlənəcək?

Anıl Şahinin dediklərindən aydın olur ki, Türkiyə və Azərbaycan əslində çox böyük bir ərazidə çox təsirli bir hava radar görüntüsü əldə edə bilərlər. Bir tərəfdə NATO, digər tərəfdə isə qonşu ölkələr var.

O bildirib ki, qonşu ölkələri maraqlandıran çox şey yoxdur, çünki mövcud radarların məsafəsinə təsir edən heç bir şey olmayacaq. Onun sözlərinə görə, yalnız iki ölkənin bir-birinin radar izlərinə çıxışı var.

İranın şimalında “kor nöqtə” qalmaya bilər

Şahin bildirib ki, Azərbaycandakı bir radar stansiyası coğrafi mövqeyinə görə, İranın şimalındakı hava nəqliyyatı və ballistik raket hərəkətliliyini aşkar edə bilər:

“NATO-nun Türkiyədəki “Kürecik” Radar Bazasının əsas missiyası İranın ballistik raket fəaliyyətinin izlənməsidir. Burada bəzi kor nöqtələr var. Azərbaycandakı radarlar bu kor nöqtələri aradan qaldıra bilər. Bu, NATO və Türkiyə üçün bir üstünlük, İran üçün isə kifayət qədər böyük bir dezavantaj yaradır”.

Birgə fəaliyyət nə dərəcədə mümkündür?

Şahin bildirib ki, ortaq bir sistem üzərindən eyni hava mənzərəsini anında görə bilmək əslində “birgə əməliyyatlar” məsələsini də ağla gətirir: “Azərbaycan Sovet dövründən qalma “Su-25” və “MiQ-29” kimi təyyarələrdən istifadə edir. Türkiyənin isə NATO-ya uyğun təyyarələri var. Ona görə də Türkiyə və Azərbaycanın döyüş təyyarələri arasında anında balans olacağını desək, yanılarıq. Bunlar addım-addım baş verəcək məsələlərdir.

Məsələn, biz milli resurslarla hazırladığımız NATO standartlı döyüş sursatlarını Azərbaycanın Sovet istehsalı olan təyyarələrinə inteqrasiya edirik. Sursat inteqrasiya tərəfi bir az asandır. Lakin Azərbaycan döyüş təyyarələrinin eyni vaxtda məlumat əldə etməsi asan deyil. Çünki sovet ekosistemində belə bir anlayış yoxdur.

Bu gün Rusiya-Ukrayna müharibəsində görürük ki, Rusiya hələ də öz hava məkanına nəzarət edə bilməyib. Çünki onlar bizim “Şəbəkə Mərkəzli Müharibə” dediyimiz konsepsiya ilə ayaqlaşa bilməyiblər.

HAKİM Azərbaycanın “Şəbəkə Mərkəzli Müharibə” konsepsiyasına uyğunlaşması baxımından çox strateji layihədir. Bu həm də Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq və koordinasiyanı zirvəyə çatdıracaq”.

Gülnar

Oxunub: 687
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-09-2022, 14:22

Türkiyə “ölümcül silah”larını İŞƏ SALIR – Yunanıstan “qalxan” üçün hərəkətə KEÇDİ

Xəbərlər

15-10-2021, 11:37

SON DƏQİQƏ: Azərbaycanla Türkiyə arasında TARİXİ SAZİŞ imzalandı

Xəbərlər

27-07-2021, 12:32

Azərbaycan, Türkiyə və Pakistan BİRGƏ ORDU YARADIR - Bakı görüşünün ŞOK DETALLARI

Xəbərlər

12-07-2021, 17:58

Türkiyə dünyaya MEYDAN OXUYUR

Xəbərlər

14-03-2020, 19:24

SON DƏQİQƏ: Azərbaycanla Türkiyə sərhəddi BAĞLADI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
Ən təhlükəli qida allergenləri - SİYAHI
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
Son xəbərlər
  • Dünən, 21:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • Dünən, 20:26
    Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
  • Dünən, 18:31
    Ən təhlükəli qida allergenləri - SİYAHI
  • Dünən, 17:49
    Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
  • Dünən, 16:34
    Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
  • Dünən, 15:21
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • Dünən, 14:05
    İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
  • Dünən, 13:44
    Sentyabrda hava necə olacaq? - Proqnoz
  • Dünən, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • Dünən, 11:38
    “Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
  • Dünən, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • Dünən, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • 30-08-2026, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • 30-08-2026, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • 30-08-2026, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • 30-08-2026, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • 30-08-2026, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • 30-08-2026, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • 30-08-2026, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • 30-08-2026, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • 30-08-2026, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • 30-08-2026, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • 30-08-2026, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • 30-08-2026, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə