• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xora xəstəliyi nə zaman özünü büruzə verir

Manşet / Gündəm / Səhiyyə

5-11-2018, 00:13

Xora xəstəliyi nə zaman özünü büruzə verir

Statistik məlumata görə, dünya əhalisinin 6-14 faizi bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyə daha çox 20-50 yaş arası insanlarda təsadüf olunur. Xora xəstəliyi, əsasən, yaz və payız aylarında özünü büruzə verir.

Xəstəlikdə genetik amil

Həkim-qastroenteroloq Kərimə Əliyevanın sözlərinə görə, mədə və onikibarmaq bağırsağın xorası polietioloji xəstəlik hesab olunur. Xəstəliyin etioloji amilləri arasında xəstələrin təxminən 30-40 faizində qeyd olunan irsi faktorlara daha çox yer alır. Mütəxəssislər tərəfindən xora törədə biləcək genetik amillərin konkret sırası müəyyən edilib. Bu sıraya, ilk növbədə, mədə şirəsi aqressivliyinin genetik şərtləri daxilində artması aiddir.

Bu da özünü duz turşusunun maksimal sekresiyası və qan plazması, sidikdə pepsinogen 1 miqdarının artması kimi büruzə verir. Qan plazması və sidikdə pepsinogen 1 miqdarının artması faktorunun olması xüsusilə vacib hesab olunur. Belə ki, bu faktor nəsildən-nəslə autosom dominant tiplə ötürülür və xoralı xəstələrin 50 faizində müşahidə olunur. Bu faktorun olması xoranın əmələ gəlmə riskini 8 dəfə artırır. 1-ci qan qrupu olan şəxslərdə xora xəstəliyinə başqalarından təxminən 1,5 dəfə çox rast gəlinir və belə xəstələrdə xəstəlik xüsusilə ağır gedişi ilə fərqlənir: "Qeyd olunan faktorların müxtəlifliyi xora törədə biləcək genetik amillərin heterogen olduğunu göstərir. Genetik faktorların hər biri yalnız əlverişsiz xarici mühitin təsiri altında xora xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər".

Onların hamısında bir bakteriya var

Həkim deyir ki, xarici etioloji faktorlar arasında mühüm yeri helicobacter pylori bakteriyası tutur. Belə ki, xoralı xəstələrin 99,9 faizində bu bakteriyaya rast gəlinir. Bu bakteriyaların erodikasiyasından sonra yalnız 5 faiz hallarda residivlər müşahidə olunur:

"Bununla belə xora xəstəliyini helicobacter pylorinin nəticəsi hesab etmək olmaz. Çünki birinci, xora xəstəliyi epidemioloji baxımdan infeksion xəstəlik deyil, ikinci isə eksperimentdə süni olaraq orqanizmə yerləşdirilmiş helicobacter pylori yalnız onikibarmaq bağırsaqda xora əmələ gətirir. Mədədə isə xroniki qastrit müşahidə olunur.

Xora xəstəliyinə genetik meylli olan şəxslərdə helicobacter pylorinin təsiri nəticəsində yaranan antral qastrit xoranın əmələ gəlməsinə kömək edir. Başqa ekzogen faktorlar xoranın əmələ gəlməsində əlavə amillər hesab olunur və bunlar ancaq xəstəliyin gedişini ağırlaşdırır".

Mədə şirəsi, yoxsa mədə düşməni?

Xora xəstəliyinin əmələ gəlməsində əsas amil yerli müdafiənin zəifləməsi və ya aqressiv zədələyici faktorların güclənməsi hesab olunur. Turşu-peptik əsas aqressiv faktor hesab olunur. Məlumdur ki, xora xəstəliyi zamanı mədənin bazal turşu sekresiyası 3 dəfə, maksimal turşu sekresiyası isə 1,5 dəfə artır. Xəstələrin yarısında pepsinogen I və II-nin sintezi artır. Xora xüsusilə selikli qişanın mədə şirəsi ilə birbaşa təmasda olduğu nahiyələrində əmələ gəlir.

Xəstələrin çoxunda mədənin sekretor funksiyasının artması genetik meyllik və selikli qişanın quruluşunun individuallığı ilə izah edilir. Digər tərəfdən, sekresiyanın artmasını neyrohumoral stimulyatorlarla əlaqələndirirlər:

"Xoranın əmələ gəlməsində aqressiv şəraitlə yanaşı, həm də mədə-bağırsaq sistemi selikli qişasının turşu ilə nə qədər müddətdə əlaqədə olması da mühüm rol oynayır. Əgər turşu kütləsi mədədə çox qalarsa, bu zaman xora əmələ gəlir. Əgər evakuasiya tez baş verərsə, bu zaman defekt onikibarmaq bağırsaqda əmələ gəlir".

Bağırsağın selikli qişasına güclü zədələyici təsir

Xoranın əmələ gəlməsində helicobacter pylorilər birbaşa iştirak etməsələr də, sübut olunub ki, bu prosesdə onların xüsusi rolu var. Belə ki, helicobacter pylori mədənin antral hissəsinin selikli qişasına düşəndə burada qastritin sintezini stimullaşdıran faktorlar da müşahidə olunur. Evakuasiyanın sürətlənməsi onikibarmaq bağırsağın selikli qişasına güclü zədələyici təsir göstərir:

"Mədə və onikibarmaq bağırsağın bütün daxili səthi selik qatı ilə örtülüdür. Bu səthdə epitelilər tərəfindən helicobacter pylori qradienti yaradan bikarbonatlar daim sintez olunur. Epiteli qatının səthində, selik qatının altında helicobacter pylori 6,7-7,0, mədə boşluğunda isə 1,5-3,0-dür".

Qanaxma və deşilmə təhlükəsi

Xora xəstəliyinin ilkin simptomlarından biri qarın nahiyəsinin yuxarı hissəsində küt ağrıdır. Ağrı həm gündüz, həm də gecə müşahidə olunur. Qida və ya dərman qəbulundan sonra 30-40 dəqiqə ərzində dayanır. Bir neçə saat sonra ağrı yenidən baş qaldırır. Ürəkbulanma, qusma, qıcqırma, mədədə ağırlıq, göynəmə hissi, iştahanın azalması isə xəstəlik üçün spesifik olmayan əlamətlərdir.

Bu simptomlar, əsasən, xora xəstəliyi ağırlaşmaları zamanı ortaya çıxır. Xəstəliyin kəskinləşməsi zamanı xəstədə çəkinin azalması müşahidə olunur. Buna səbəb isə xəstələrin ağrıların daha da güclənməsindən ehtiyat edərək qidadan imtina etmələridir:

"Xora xəstəliyinin ağırlaşmaları zamanı xəstədə qanaxma, deşilmə və mədə və ya onikibarmaq bağırsağın çıxış hissəsinin daralması baş verir. Mədə və onikibarmaq bağırsaq xorasından əziyyət çəkən xəstələrdə qanaxma baş verə bilər. Xroniki qanaxma olan xəstələrdə halsızlıq, zəiflik, təngnəfəslik kimi əlamətlər müşahidə edilir. Xəstənin bənizi daim solğun olur. Xoranın qanaxması bəzən kəskin və intensiv də ola bilər. Hər iki hal xəstənin həyatı üçün təhlükəli sayılır. Ən təhlükəli sayılan massiv qanaxma zamanı isə güclü ağrılardan sonra xəstədə tikə şəklində qanlı qusmalar ortaya çıxır. Xəstəlik müalicə olunmadığı təqdirdə isə xəstədə mədə və onikibarmaq bağırsağın deşilməsinə gətirib çıxarır".

"Taxça simptomu" nədir?

Xora xəstəliyinin diaqnozu endoskopik olaraq mədə və ya onikibarmaq bağırsaqda xora defektinin aşkar olunmasına əsaslanır. Ölçülərinə görə xoralar kiçik diametrli, orta, böyük və nəhəng qruplara bölünür. Adətən, xoranın ölçüləri 0,4-1,2 santimetr olur. Endoskopik müayinədə xora mədə və ya onikibarmaq bağırsağın selikli qişasında oval və ya dairəvi defekt kimi qeyd olunur. Adətən, xaricdən agentel fibrin qatı ilə örtülü olur. Ətrafında isə iltihabi val qeyd edilir.

Ümumiyyətlə isə xora xəstəliyi zamanı mədə və ya onikibarmaq bağırsağın digər nahiyələrində də aktiv iltihab əlamətləri nəzərə çarpır. Xora xəstəliyi zamanı, adətən, rentgenoloji müayinə vacib sayılmır. Əgər müayinə aparılarsa, bu vaxt tipik simptom kontrast maddənin orqanın divarında nisbi çökəkliyi doldurması - "taxça simptomu" - sayılır. Mədənin sekretor funksiyasının müayinəsi, adətən, xora xəstəliyi zamanı vacib sayılmır, lakin terapiyanın effektivliyi üçün orqanın pozulmuş funksiyalarının öyrənilməsinə imkan yaradır. Müayinə zamanı xəstələrin çoxunda helicobacter pylori bakteriyası müşahidə olunur:

"Ümumiyyətlə, xoraya şübhə olduqda diaqnozun alqoritmi belədir: ətraflı toplanmış analiz, xəstəyə baxış, qan qrupu və rezus faktorunun təyini, endoskopiya, ehtiyac olduqda mədə, onikibarmaq bağırsağın rentgenoskopiyası və ultrasəs müayinəsi".

Mərhələnin fərqi yoxdur

Xoranın müalicəsinə gəlincə, həkim deyir ki, diaqnoz dəqiqləşən kimi müalicəyə xəstəliyin mərhələsindən asılı olmayaraq başlamaq lazımdır. Terapiyanın effektivliyi bir aydan bir yoxlanılmalıdır. Nəzarət nəcisdə helicobacter pylorinin təyininə və ya tənəffüs testinə əsasən aparılır. Əgər testin nəticəsi mənfi olarsa, müalicə dayandırılmır, əksinə, 2-ci sıra terapiya aparılır. Daha sonra proton nasosunun ingibitorları lansoprazol, pantoprazol təyin edilir. Selikli qişanı qorumaq məqsədilə xəstəyə xüsusi dərman preparatları verilir:

"Xəstəyə, həmçinin xora və ya erroziyanın üzərində zülali birləşmə - xılcıq - əmələ gətirən sukzalfan preparatı, selikli ifrazını artıran prostoqlandinlər, radon vannaları, epiqastral nahiyəyə parvin təyin olunur. Helicobacter pylori bakteriyası əleyhinə də müalicə aparılır".

Qıcıqlandırıcı qidalara "yox!"

Həkim bildirib ki, xroniki hala keçmədiyi təqdirdə mədə və onikibarmaq bağırsağın xorası xəstəliyinin tam müalicəsi mümkündür. Ancaq xəstə tam sağaldıqdan sonra qıdalanmasına diqqət etməlidir. Əks təqdirdə, onda xəstəliyin əlamətləri yenidən baş qaldıra bilər:

"İnsanların çoxu sağaldıqdan və özünü yaxşı hiss etdikdən sonra qidalanmasına diqqət etmir. Turş, istiotlu, duzlu, mədəni qıcıqlandıran qidalar qəbul edir. Bu da xəstəliyin yenidən əmələ gəlməsinə səbəb olur. Ancaq sözügedən xəstəlikdən əziyyət çəkən insanlar tütün məhsulları, içki və kəskin qidalardan uzaq durmalıdırlar. Lazım gəldikdə pəhriz saxlamalıdırlar".

Oxunub: 1 297
Paylaş:
Digər xəbərlər

Maraqlı

4-11-2018, 20:10

Sobada bişmiş soğan yeyin - Xora, yara, diabetlər üçün möcüzəvi dərman

Araşdırma

3-10-2018, 14:09

İrsi xəstəliklərin yaranmasının başlıca amili...

Manşet / Səhiyyə

30-06-2018, 10:05

Sifilis

Manşet / Gündəm / Maraqlı

4-05-2018, 19:50

Bürünc xəstəliyi

Manşet / Gündəm / Səhiyyə

11-03-2018, 19:20

Leykositlərin artması və azalması

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Son xəbərlər
  • Dünən, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • Dünən, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • Dünən, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • Dünən, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • Dünən, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • Dünən, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • Dünən, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • Dünən, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • Dünən, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • Dünən, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • Dünən, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • Dünən, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • Dünən, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • Dünən, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • 30-07-2026, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • 30-07-2026, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • 30-07-2026, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • 30-07-2026, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • 30-07-2026, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • 30-07-2026, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • 30-07-2026, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • 30-07-2026, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • 30-07-2026, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • 30-07-2026, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • 30-07-2026, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • 30-07-2026, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • 30-07-2026, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • 30-07-2026, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • 29-07-2026, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • 29-07-2026, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə