Dırnaq boyasının tarixini bilmək yəqin ki, qadınlarımıza maraqlı olar. İlk olaraq ən qədim tarixi Misirlə bağlıdır və cəmiyyətdəki qadınların hansı kateqoriyada olmasını bildirirdi. Belə ki, bir elitar sinif olaraq geyimdən başqa əl və ayaq dırnaqlarının boyanması da seçilmiş rənglərə görə qadınların hansı kateqoriyaya aid olmasını bəlli edirdi. Kral Akhenatonun xanımı Nefertiti hər zaman dırnaqlarını yaqut rəngində, Kleopatranın isə vişnə rəngində boyadığı rəsmli simvollardan və heroqliflərdən məlumdur. Aşağı sinifə aid qadınların isə yalnız donuq rənglərdən istifadə etməsinə icazə verilmişdi.
Məlumatı hazırladı F. Rüstəmova