Əsl adı Filip Aureol Teofrast Bombast Qoqenqeym olan PARASELS; İsveçrədə həkim ailəsində anadan olub.Tibb aləmində ilk dəfə kimya ilə təbabəti yaxınlaşdırıb, kimyəvi element və birləşmələri öyrənib xəstəliklərin müalicəsində istifadə edib. Taun əleyhinə vaksinanın prototipini hazırlayıb, öz dövründə ilk dəfə olaraq mineral maddələrdən müalicə məqsədilə istifadə edib və ilk dəfə olaraq dərmanları dozalarla istifadə etməyi tətbiq edib.O həm əlkimyaçı, həm həkim, həm də filosof olub. 24 sentyabr 1541-ci ildə Almaniyanın Zalsburq şəhərində dünyasını dəyişib.
Məlumatı hazırladı F. Rüstəmova