Kardələn/Qardələn/Kardelen - Bu vaxtsız açan çiçək haqqında saysız hesabsız əfsanələr mövcuddur. Əfsanələrin birinə görə Adəm və Həvva Allah tərəfindən cənnətdən qovulduqda yerdə qış fəsli olub. Soyuqdan ağlayan Həvvaya qar altındakı kardələnlər acıyır və bir neçəsi çiçəyə çevrilir. Bunu görən Həvvanın ürəyi açılır, həm də Allahın onun günahını bağışlayacağına ümid edir. O vaxtdan qardələnlər ümidin simvolu sayılır. Qardələn haqqında Polyak, Rumın, Alman xalqlarının bir çox gözəl əfsanələri, hekayələri var. Göktürk türkcəsində kardələnə ” Karluğaç” deyilir.
“Hor sivilizasiyası və onun günümüzdə izləri” kitabından. F. Rüstəmova