İsrail Sülh Şurasının 15 maddəlik Qəzza sənədini rədd edir.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“HƏMAS həqiqi şəkildə tərk-silah edilənə qədər İsrail Müdafiə Qüvvələri heç bir geri çəkilmə əməliyyatı həyata keçirməyəcək.
Əsas məqamı aydınlaşdırmaq istəyirəm: Baş nazir olduğum müddətcə Fələstin dövləti olmayacaq - nə Qəzzada, nə də İordan çayının qərb sahilində.
Biz öz mövqeyimizdə necə dayanacağımızı bilirik. Hətta lazım gəlsə, ən yaxın dostlarımıza qarşı belə”, - o bildirib.