
Qurd/Gök  Qurd; Göksəl  Qurd/Dişi Qurd  dedikdə  yerdəki  qurddan  deyil, Sirius, Qütb ulduzu, köpək  takımyıldızından, yəni bürcündən  bəhs edilir. Gök  Qurdun  Kosmik anlamı var. Çin mifologiyasına  görə Sirius ulduzundakı” göksəl sarayın”gözətçisi  boz qurddur, Yunanlara  görə Sirius  ulduzu  Böyük  Köpək  bürcündə  yerləşir, Perslər və Tuareglər Siriusa  Köpək  ulduzu  deyir, Hind  miflərində  saman yolunun gözətçisi  köpək “sarama”dır, Qədim Misirdə Siriusu  böyük  bir köpək təmsil  edərmiş. İsisin  ulduzu  Siriusdur. İsgəndəriyədə basılan  pulların  üzərində İsida bir köpəyin ustündə  təsvir edilibmiş. Osiris  isə  Sirius  “B”-ni təmsil edirmiş. Plutarx  İsislə  köpək  başlı  Anubisin münasibətini  belə yazır –“Neftis  görünməz olandır, İsis isə görünür. Bunlara  toxunan çəmbər hansı ki, ona üfük/üfüq  deyilir, hər ikisinin  ortaq nöqtəsidir və Anubis adını  alaraq, bir  köpək  görkəmində təsvir edilir. Çünki köpəklər həm gecə, həm də gündüz  görə bilirlər”. Dünyada qurdlara ən çox önəm verən  verən millət  türklər olub. Türk mifologiyasında  böyük ayı  bürcünün 7 ulduzunda “yeddi  azğın qurd”deyə bəhs edilir. Gök qurd - Gökbörü  Altay dağlarında, qədim  Hun məskənlərində  qurd  tanrı  heykəlləri  var. Bəzi əfsanələrdə qurd yol göstərən kimi təsvir edilir. Məsələn, Oğuz  kağanın ordusuna vaxtaşırı bir işıq şüası ilə anidən peyda  olmuş bir qurd  yol göstərib. Oğuz kağan dastanında bu qurtdan belə söz edilir:"Dan ağarınca Oğuz kağanın çadırına günəş gimi bir ışıq girdi. O ışıqdan göy tüklü ve göy yeləli böyük bir erkək qurd çıxdı". Dastandakı qurd daha  sonra  birdə qeyb olub  yenidən ortaya çıxaraq Oğuz  kağanın ordusuna rəhbərlik edər. Bəzi araşdırmaçı alimlər Türk  boylarına  yol  göstərən, döyüşlərdə yardım edən varlığın qurd cildinə girmiş  Xızır olduğunu söyləyir. Ergenekon əfsanəsində də qurdun yol göstərməsi məlumdur. Anadoluya  gələn türklər bir qurdun arxasınca gəlmişlər və qurdun qeyb olduğu  yerdə məskən salmışlar. Sibir  şamanlarının  inancına  görə qurd tanrının elçisidir  və tanrıdan xəbər gətirir. Türk  törəyiş  dastanlarında qurd  ya ata  ya da ana kimi təsvir edilir. Məsələn: Uyğurların  törəyiş  dastanlarında qurd atadır. Göktürk əfsanələrində isə anadır. Tukyu əfsanəsində sağ  qalmış son əsgəri mağarasına aparan dişi qurd  onunla cütləşərək nəsli yenidən davam etdirmişdi. Hun əfsanəsində dokkuz oğuzların  törəməsini qurd insan cütləşməsi davam etdirib. Deniz Karakurta görə: ”Qurd Ana/Qurd Tanrıça/Kurt Tanrıça. Demək olar ki, bütün Türk boyları ortaq bir inanış olaraq dişi qurtdan  törədiklərinə inanırlar. İlk dəfa Hun və Vusun (Wu-Sun) ortaq  əfsanələrində yer alan bir əhvalata görə; Hun hökümdarı tərəfindən öldürülən Vusun Kağanının kiçik oğlu çölə buraxılmış  və onu da dişi bir qurd əmizdirmişdir. Bunu görən Hun Kağanı çocuğu yanına alaraq yetişdirmiş  və krallığını ona geri vermişdir. Dişi qurtdan  törəmə anlayışı “Aşina” (E-Çine) əfsanəsində ən yetkin biçiminə çatmışdır. Göktürklərin bu törəyiş əfsanəsinə görə  ataları olan adam hələ bir körpə ikən Aşina tərəfindən qurtarılmışdır. Söyləncədə ailəsini öldürən düşmənləri tərəfindən bir bataqlığa atılan çocuğu burada dişi bir qurd taparaq əmizdirir və daha sonra böyüyüncə də onunla evlənir. Doğulan on uşaqdan, Göktürklərin on boyu  yaranır. Göktürk dövlətini quran Aşina sülaləsi bu uşaqlardan birinin soyundan gəlməkdədir  və Hun əsillidirlər. Qurd Ana eyni zamanda qurtları qoruyan qutlu bir ruh olaraq da görünür. Qurd Anaya Avropa əfsanələrində  də rast gəlinir. Məsələn, Romanın qurulması ilə əlaqəli olaraq “Romul və Romulus əfsanəsi”ndə də rastlaşırıq. Bu mövzunun Türklərlə bağlı bir qövm olduğu təxmin edilən Etrüsklər vasitəsilə İtaliyaya çatmış olması  mumkündür.Cingiz Aytmatovun, yox olan doğal tarazlığı bir qurdun gözündən anlatdığı “Dişi Qurdun Röyaları” adlı əsərində qurd doğanı, vətəni və yaşamı simvolizə edir”. “Qurd Ata/Kurt Ata: Qurd Tanrısı. Qurdları qoruyan və eyni zamanda qurd cildinə girə bilən tanrıdır. Kağoçı (Kao-Çı) Türklərinin söyləncələrinə görə bu xalqın ilk  kağanı qızlarını bir təpəyə bıraxmışdır. Sonrasında bu qızlardan biri, qurd cildində gələn Tanrı (“Qurt Tanrı”) ilə birləşmiş və Kağoçı xalqı onların övladlarından törəmişdir. Türk millətlərindən birisi olan “Başkırtlar”/Başkurtlar/Başkortlar  qurtdan törəndiklərinə inanırlar. Başkırt adı bu anlayışdan qaynaqlanır (sözün ilk biçimi “Baş” və “Qurd” sözlərinin  birləşimi ilə yaranmışdır və “Qurtların Öndəri” və ya “Öndərimiz Qurd” mənası daşıyır). Tarduşların atası isə qurd başlı bir insandır. Ergenekondan çıxışda yenə qutlu bir qurd yol  göstəricilik etmışdir”. Abdülkadir Başkurdistanlı yazır: “Əski zamanlarda Başkurt qövmü  qurda “Börü” deməzdi, “Qurd” deyərdilər. Babaların ismini gəlinlərin  söyləməsi yasaq olduğundan; dolayı yolla qurd üçün də “börü” demək yayılmışdır”. Yenə  Abdülkadir  Başkurdistanlı yazır: “Cahanın böyük xaqanı “Çingiz Han”, bilavasitə Gök Börü” oğludur. Başkurt qəbilələrini təşkil edən (Yurmatı, Kıpçak, Kanklı, Katay, Tamyan il.), kimi müxtəlif qəbilələrə əlamət olaraq “damga, ağac, quş” simvolu verən, bu “Gök Börü: Bozkurt” oğlu Çingiz Xandır. Bu dastanda “İşıq” və “Bozkurd”a aid əfsanənin surəti iki səhifə təşkil edir”. Alankua” qocasız hamilə olmuş və el içində dediqodular yaranmışdı. ”Alankua” ona bir işıq, ziya nüzul ettiyini və Qurd olaraq çıxdığını bəyan edir. Tədqiq etmək üçün “Qıpçaq Qara Bəy”, “Türkmən Kəl Mehmed Bəy' “Oraduç Bəy” kimi namlı, hörmətli böyüklər “Alankua”nın çadırı civarında pusqu qurdular. Gördülər ki, gecə yarısından sonra: “Havadan bir parlaq işıq endi”…                                                                
 “Manas” dastanında isə Boz qurdu yolgöstərən qutsal varlıq obrazında görürük. Doqquz yaşlı Manas; quzu otararkən, quzulardan birini qurd aparır. Qurdun arxasınca düşən Manas bir mağarada qırx cübbəli adam və quzusunu sağ-salamat görərək onlardan qurdu soruşur. Aldığı cavab belə olur: Anla artıq evlad-dedilər. Qurd olan bizik ...qırxlar deyilir bizə-dedilər. N. Hacıheydərli”Əski Türklərin simvolu”.                                                                                                                                                               Amerikanın yerli xalqları, yəni Berinq boğazından  bu günkü ABŞ ərazisinə min illər  əvvəl keçmiş olan qırmızı dərililərin, Pano Tokan dil ailəsinə mənsub olan dildə  danışanlar günəşə, yəni ən parlaq  göy cisminə “Bari/Wari”? Cənubi  Amerikada  Şipibo, Panoan, Katukina, Marubo  d. “Bari/Vari”deyilir. Dağıstan dialektlərinin  bəzilərində isə  günəş “Berxi”, Dağıstanın Kaytaq rayonunda, Darq dilində isə “Bari” adlanır. Peruda; Kadoazi dilində  günəş “Sari”adlanır. Sarı  rəng; Günəşin rəngi  deyilmi?                                                                                                                   
“Kor/Qur/Kur/Kür/Gür/Gur“söz  köklərində  güc, qüvvət, dayanıqlılıq, atəş mənaları var. “Qor-Kor” isə Türklərdə  müqəddəs, qutlu varlıqlar ilə  əlaqələndirilən  atəş  mənasını daşısa da, eyni zamanda  ”Qorxu“ da bildirir. Ayrıca, bu  kökdən  törəyən “Qorumak” feli  ilə  də əlaqəsi  görünür. Moğol d.  “Görü/Gürü”, Tungus d. “Güre” sözləri  eyni  mənaları  ifadə edir. Hətta  “Kırt/Kort/Hort/Hurt“ kökü  üzərindən torpaqdan  çıxma manasını  da daşıyır. Qurd  sözünün  Qurtarmaq  feli  ilə də bağlılığı  və Türklər “qutsal qurdu” qurtarıcı  olaraq  görürdülər. (Ardı var)   
   “Hor sivilizasiyası və onun günümüzdə izləri”  kitabından. F. Rüstəmova