Kəpənək – Türkiyə türkcəsində kelebek, Ana tanrıçanın simvoludur. Tanrıça Psixeya kəpənək qanadlı təsvir edilib. Psixe qəlb deməkdir. Kəpənəyə Rus d. “Baboçka” deyilir və hər zaman gənc qız simvolu olub. Bildiyimiz kimi “baba”, “babuşka, babulya“, bizdə isə “bibi”, “bacı” sözləri qadına aiddir. Həm də ən qədim sözlərdəndir. Beləki, Şumerlərdə Ana tanrıça, məhsuldarlıq tanrıçası Baba, Baş tanrı və Gök tanrı Anunun qızıdır.