• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bu amil dəniz sakinlərini məhv edir

Xəbərlər

22-09-2019, 22:45

Bu amil dəniz sakinlərini məhv edir

Tarixən canlı varlıqların nəslinin kəsilməsi üç amil səbəbindən baş verib: istiləşmə, oksidləşmə və oksigen itkisi. Bu proseslərin hamısı hazırda dünya okeanında müşahidə olunur. İqlim dəyişmələrinin nəticələrindən xeyli danışılmasına baxmayaraq, okeanlar və kriosfer barədə yeni məruzə qorxunc xəbərdarlıq kimi səslənir. Qeyd edək ki, məruzə üzərində 36 ölkədən 100-dən çox alim işləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (İDHEQ) okeanlar və kriosfer barədə Xüsusi məruzəsinin müəllifləri dünya liderlərini təxirəsalınmaz addımlar atmağa çağırıblar. Məruzədə deyilir ki, milyonlarla insanın həyatı təhlükədədir. Yüksək dağlıq rayonlarda yaşayan 670 milyon əhalinin və sahilyanı ovalıq zonalarda yaşayan 680 milyon əhalinin rifahı birbaşa okeanların və planetimizin donmuş hissəsinin - kriosferin sağlamlığından asılıdır. Dörd milyon əhali daimi əsasda Arktika zonasında, 65 milyon əhali inkişaf etməkdə olan kiçik ada dövlətlərində yaşayır.

Parnik qazları tullantıları bugünkü səviyyədə saxlanılsa, planetin sürətlə istiləşməsi davam edəcək, buzlaqların, qarların və əbədi donuşluğun ölçüləri kiçiləcək. Sürüşmələr, qar və daş uçqunları, daşqınlar getdikcə daha tez-tez təkrarlanacaq, dağlıq rayonların həyatı daim yaşamaq uğrunda mübarizəyə çevriləcək.

Sahilyanı zonalarda yaşayanları ciddi sınaqlar gözləyir. Ötən yüz ildə dənizin səviyyəsi 15 santimetr artıb, bu gün bu proses iki dəfə sürətlə davam edir, dəniz səviyyəsi hər il 3,6 millimetr artır. Sonralar sürət daha da artacaq: qütb və yüksək dağlıq regionlarda buzlaqların əriməsi buna şərait yaradacaq.

Alimlər xəbərdarlıq edirlər ki, dəniz səviyyəsinin yüksəlməsi tez-tez daşqınlara və dağıdıcı fırtınalara gətirib çıxaracaq. Yüz ildə bir dəfə baş verən çox güclü təbii fəlakətlər gələcəkdə hər il müşahidə olunacaq.

İDHEQ-in işçi qrupunun həmsədri Valeri Masson-Delmot deyib: "Qrenlandiya və Antarktikadakı buz sipərlərindən su axınının artması, üstəlik, buzlaqlardan qar suyunun daxil olması və daha isti dəniz sularının həcminin çoxalması səbəbindən dəniz səviyyəsinin artması sürəti son onilliklər ərzində güclənib".

Məruzə müəllifləri bildirirlər ki, okeanlarda və kriosferdə iqlim dəyişmələri ilə bağlı səbəblərə görə bəzi ada dövlətləri, çox güman, tamamilə boşalacaq.

İstiləşmə, oksidləşmə və oksigen itkisi dəniz ekosistemləri üçün əsas təhlükədir. İstiləşmə zamanı su təbəqələri pis qarışır. Bu isə oksigenin və bəsləyici maddələrin daxil olmasının qarşısını alır. Proqnozlara görə, qlobal istiləşmə 2 °C səviyyəsində qalsa, əsrin sonuna qədər okean son əlli ildəkindən 2-4 dəfə çox, ən xoşagəlməz halda 5-7 dəfə çox istilik udacaq.

Okean 1980-ci ildən insan fəaliyyətinin səbəb olduğu CO2 emissiyalarının təqribən üçdəiki hissəsini udub. Bu, okeanların oksidləşməsinə gətirib çıxarıb. İnsan təbiətə ziyan vurmağı dayandırmasa, vəziyyət sürətlə pisləşəcək.

Balıqçılıqdan asılı olan sahilyanı zolağın sakinləri dəniz ekosistemlərinin dəyişməsi nəticəsində resursların tükənməsi və ərzaq təminatı sahəsində problemlərlə üzləşə bilərlər.

Dəyişikliklər artıq indinin özündə sahilyanı zonalarda, açıq okeanda və dənizin dibində dəniz sakinlərinin populyasiyasına təsir göstərir. Bu, insan üçün yeni itkilər deməkdir: məsələn, balıqçılıqdan asılı olan sahilyanı zolağın sakinləri resursların tükənməsi və ərzaq təminatı sahəsində problemlərlə üzləşəcəklər.

Məruzə müəllifləri belə qənaətə gəliblər ki, parnik qazları tullantılarının xeyli azalması, ekosistemlərin müdafiəsi və bərpası, habelə təbiət resurslarının düzgün idarə edilməsi okeanları və kriosferi qoruyub saxlamağa və vəziyyətin daha da gərginləşməsinin qarşısını ala bilər.

Məruzə üzərində işləyən alimlər qrupunun rəhbərlərindən biri - Debra Roberts vurğulayıb: "Yalnız cəmiyyət həyatının bütün sahələrində, o cümlədən energetikada, torpaqdan istifadədə, ekosistemlərdə, şəhər təsərrüfatında və infrastrukturunda, habelə sənayedə görünməmiş keçid tədbirləri həyata keçirməklə, qlobal istiləşməni sənayeləşmədən əvvəlki göstəricilərlə müqayisədə 2 °C-dən xeyli aşağı səviyyədə saxlamaq mümkündür. Onun sözlərinə görə, Paris İqlim Sazişində nəzərdə tutulan tədbirlər okeanları və kriosferi, nəhayət, Yer kürəsində həyatı qoruyub saxlamağa imkan verəcək.

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun okeanlar və kriosfer barədə Xüsusi məruzəsi dəyişən iqlim şəraitində əsas elmi sənəddir. BMT ümid edir ki, dünya liderləri düzgün qərar qəbul edəcəklər. Siyasətçilərin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının dekabrda Çilidə keçiriləcək konfransında yeni məlumatları müzakirə etmək imkanı olacaq.

Oxunub: 963
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-09-2019, 09:28

BMT-dən qorxunc xəbərdarlıq: dünya belə təhdid görmədi

Xəbərlər

8-06-2019, 13:24

Dünya okeanı çirklənir: 12 milyon ton plastik ekosistemi dəyişir

Səhiyyə

21-05-2019, 11:31

ÜST XƏBƏRDARLIQ EDİR: 5 milyon insan təhlükədədir

Xəbərlər

7-05-2019, 14:48

Bu tarixdə dünyada yaşayan insan qalmayacaq - Qorxunc son

Manşet / Gündəm / Xəbərlər

1-09-2018, 11:26

Əhalinin suya olan borcu artıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Son xəbərlər
  • Dünən, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • Dünən, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • Dünən, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • Dünən, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • Dünən, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • Dünən, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • Dünən, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • Dünən, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • Dünən, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • Dünən, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • Dünən, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • Dünən, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • Dünən, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • Dünən, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • 30-07-2026, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • 30-07-2026, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • 30-07-2026, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • 30-07-2026, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • 30-07-2026, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • 30-07-2026, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • 30-07-2026, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • 30-07-2026, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • 30-07-2026, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • 30-07-2026, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • 30-07-2026, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • 30-07-2026, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • 30-07-2026, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • 30-07-2026, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • 29-07-2026, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • 29-07-2026, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə