Tərtər rayonunda hərbi sursat partlayıb.
Redaktor.az xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Əl qumbarasının partlaması nəticəsində 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlu ölüb,1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.