19 yaşlı qadın xəstəxanada doğuş edərkən faciə baş verib.
Ailehekimiklinikasi.az milli.az-a istinadla xəbər verir ki, Cənubi Afrikada yaşayan 19 yaşlı Kagiso Kgatla xəstəxanada uşaq dünyaya gətirərkən həkimlərin səriştəsizliyinə görə körpəsini itirib.
6 aylıq hamilə qadının doğuşu zamanı uşağın başı qopub, bədəni 24 saat boyunca qadının bətnində qalıb.
Hadisə Tambo Memorial Hospital-da baş verib. Kagiso Kgatla xəstəxanadan məhkəməyə şikayət ərizəsi yazıb.
Qeyd edək ki, 2014-cü ildə Şotlandiyada da belə bir hadisə yaşanıb.