Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ailehekimiklinikasi.az "Report"a istinadən xəbər verir ki, hadisə 26-cı məhəllə, Səməd Vurğun küçəsi, "Simurq" şadlıq evinin qarşısında olub.
Həmin ərazidə yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Abdulzadə Həbib Rahid oğlunu maşın vurub. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.