Şamaxı rayonunda uşaq suda boğulub.
Ailehekimiklinikasi.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında, rayonun Göylər kəndində qeydə alınıb.
Kənd sakini, 3 yaşlı Günay Qasımova həyətdə oynayarkən su quyusuna düşərək boğulub. Valideynləri dərhal G.Qasımovanı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparıb. Xəstəxanaın Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti ağır olduğundan, o, Bakı şəhərinə göndərilib.