ABŞ-da növbəti dəfə silahlı insident baş verib.
Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San-Fransiskoda gecə saatlarında atışma olub.
Polisin verdiyi məlumata əsasən, yerli vaxtla 22:40-da baş verən atışmada bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.