İraqın Anbar bölgəsində terror aktı törədilib.
Ailehekimiklinikasi.Az xarici KİV-ə istinadla xəbər verir ki, nəzarət məntəqəsinə yaxınlaşan bomba yüklü avtomobil partladılıb.
Terakt nəticəsində üçü dinc sakin olmaqla, səkkiz nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
Rəsmilər yaralılardan bir çoxunun vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının artacağını istisna etmir.