NATO Kalininqrad sərhədləri yaxınlığında genişmiqyaslı təlim keçirib.
Publika.az xəbər verir ki, hərbi təlimlərin öncədən planlaşdırılmaması ciddi müzakirələrə səbəb olub. Avqustun 19-da NATO-ya məxsus 50-dan çox təyyarə eyni vaxtda Polşa və Baltik dənizi üzərində uçuş həyata keçirib.
Qərb mediası bu addımı Rusiyaya qarşı siqnal kimi qiymətləndirir.
Bundesver Universitetinin analitki Karlo Masala bildirib ki, təlimlər NATO-nun regiondakı imkanlarını nümayiş etdirmək məqsədi daşıyırdı və Rusiyanın bundan dərs çıxaracağı ümidləri var.
Təlimdə ABŞ-ın EA-37B “Compass Call II” elektron müharibə təyyarəsi də iştirak edib. Təyyarə iki saat havada olub. Mütəxəssislər bu təyyarənin bölgədəki uçuşunu NATO-nun Rusiyaya qarşı kəşfiyyat komponentinin gücləndirilməsi kimi qiymətləndirir.
Rusiya Müdafiə Nazirliyi hələlik məsələyə münasibət bildirməyib.