"ABŞ hakimiyyəti vədlərini yerinə yetirməkdən daha çox aldadır".
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuelalı həmkarı İvan Gil Pinto ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
"Hamı yaxşı bilir ki, Amerika Birləşmiş Ştatları hər an aldada bilər və daha tez-tez aldadır. Öz vədlərini və təkliflərini yerinə yetirməkdən daha çox", - Lavrov deyib.