Türkiyə Silahlı Qüvvələrinin Suriyada “Sülh çeşməsi” əməliyyat bölgəsindən geri çəkilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin ordunun “Sülh çeşməsi” bölgəsindən geri çəkilməsinə dair yayılan iddialarla bağlı bəyanatında bildirilib.
Qeyd edilib ki, Türkiyə ordusu sözügedən bölgədə fəaliyyətini davam etdirir.