İranla ABŞ nümayəndələri arasında keçirilən danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.
Axar.az xəbər verir ki, bu barədə Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi məlumat yayıb.
Onun sözlərinə görə, İran və ABŞ nümayəndələri öz ölkələrinin liderləri ilə məsləhətləşmələr apardıqdan sonra danışıqların bərpası barədə razılığa gəliblər:
“Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək".
Qeyd edək ki, bu gün Omanda İran-ABŞ nümayəndələri arasında növbəti danışıqlar baş tutub.