ABŞ ordusu Suriyanın şimal-şərqindəki Haseke kəndi ərazisində yerləşən Kasrak hərbi bazasından geri çəkilməyə başlayıb.
Publika.az Suriya mediasına istinadən xəbər verir ki, Kasrak bazasının boşaldılması ilə ABŞ Suriyadakı hərbi mövcudluğuna tamamilə son qoymağa hazırlaşır.
Məlumata görə, bazadan hərbi texnika daşıyan onlarla logistika yük maşını karvanlarla İraq sərhədinə doğru hərəkət edib.
Qeyd edək ki, son bir ay ərzində ABŞ Suriyanın Şəddadi və Tənf bölgələrindəki hərbi bazalardan da çıxıb.