ABŞ Qrenlandiyaya sakinlər üçün gəmi-hospital göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.
“Biz Qrenlandiyaya orada kömək edə bilmədikləri xəstələri sağaltmaq üçün böyük gəmi-hospital göndəririk”, — Ağ Ev rəhbəri bildirib.
Trampın sözləeinə görə, təşəbbüs Luiziana ştatının qubernatoru Ceffri Lendri ilə birlikdə reallaşdırılıb.
ABŞ lideri qeyd edib ki, gəmi artıq yoldadır.