• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Kinoteatr oturacaqları niyə qırmızı rəngdədir?
Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı
Maduro buna görə oğurlandı: Bu nəhəng planın bir hissəsidir
Məktəblər bağlana bilər – xəstəlik sürətlə artır: “Distant təhsilə keçilməsə…”
Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
İranda elita dəyişir: Maduro ssenarisi olmayacaq - MÜSAHİBƏ
Bu ölkənin paytaxtı dəyişdirildi
Beldə ağrı yoğun bağırsaq xərçənginin NADİR ƏLAMƏTİ
Milyardlar sovruldu, proksilər çökdü - İranda nə baş verir?
Venesuelada sabitliyi o təmin edə bilər - Makron
Hər gün 1 ovuc noxud yesək nə olar?
Bu da Suriyanın yeni milli valyutası - Sıfırlar silindi
ABŞ qitəni “təmizləyir”: Növbədə bu ölkələrdir!
Sinir sistemini bərpa edən 2 UCUZ VASİTƏ
Beyin xərçənginə xas bəzi əlamətlər
Bu müharibə Qara dənizdəki ticarəti təhdid edir – Ərdoğan
ABŞ Venesuelaya buna görə hücum edib- XİN açıqladı
Saçlarımızı məhv edən 5 vərdiş
Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır
Venesuela ordusu müharibə hazırlığına gətirildi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İranda elita dəyişir: Maduro ssenarisi olmayacaq - MÜSAHİBƏ

Xəbərlər

Dünən, 17:53

İranda elita dəyişir: Maduro ssenarisi olmayacaq - MÜSAHİBƏ


ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, ABŞ-nin Venesueladakı son əməliyyatı, Prezident Nikolas Maduronun öz ölkəsindən birbaşa Amerikaya aparılmasının kökündə nə dayanır?

- Əslində ABŞ ilə Venesuela arasında münaqişənin kökləri çox dərindir. Bu bir neçə müddət öncə başlamış hadisədir. Ötən əsrin 60-cı illərində Amerika şirkətləri Venesuelanın neft ehtiyatlarının idarə olunmasında iştirak edirdi. Amma Venesuelanın keçmiş prezidenti Uqo Çavesin (1999 –2013) dönəmində, təxminın 2000-ci illərin ortalarında milliləşdirmə əməliyyatı çərçivəsində ABŞ şirkətlərinə məxsus neft yataqları onların əlindən alındı, imzalanmış kontraktlar qüvvədən düşmüş hesab olundu. Bu, o zaman ABŞ tərəfindən Venesuelaya qarşı sanksiyaların tətbiq olunması ilə nəticələndi. Sözsüz ki, bu da Venesuelanın istiqamətinin dəyişməsinə səbəb oldu. Beləliklə, Venesuela daha çox Rusiya və Çinlə əməkdaşlığa başladı. Uqo Çavesin dönəmində məhz bu proseslərin əsası qoyuldu. Daha sonra Nikolas Maduro (2013-2026) ABŞ-də Demokratlar Partiyası ilə müəyyən anlaşmalara nail oldu. Bununla Amerikaya məxsus nəhəng neft şirkəti olan "Chevron" Venesuelaya qayıtdı. Bu heç də onların bütün haqlarının bərpası demək deyildi. Şirkət demək olaraq ki, Venesuelaya satılacaq neftin operatoru kimi qayıtmış oldu. Sözsüz, bu Amerikanın əvvəlki gözləntilərinə tam cavab vermirdi.

- Burada əsas məsələ nədən ibarətdir? Bu Venesuela neftinin özəllikləri ilə bağlıdır, yoxsa başqa səbəblər var?

- Sözsüz ki, bu daha çox Venesuela neftinin özəllikləri, onun spesifik xüsusiyyətləri ilə bağlıdır. Bu neftin tərkibi həddindən artıq qurğuşun ağırlıqlıdır. Ona görə də Venesuela neftinin emal olunması o qədər də asan deyil. Adi hallarda belə Venesuela nefti böyük endirimlə satılırdı. Amerika şirkətləri də bundan istifadə edərək, Karib dənizi sahillərində Venesuela neftini emal edə biləcək 20-yə yaxın zavod qurmuşdu. Çünki Venesuela neftini istənilən emal zavoduna təhvil vermək mümkün deyil. Bunun üçün xüsusi avadanlıqlar lazımdır. Amerikalılar bu infrastrukturu qurmasına baxmayaraq, Venesueladan gələn neftin həcmi azalmağa başladı. Nəticə etibarı ilə ABŞ-nin həmin zavodları boş qaldı.

- Belə çıxır ki, son əməliyyat birbaşa neft amili ilə bağlı olub…

- ABŞ-nin son addımları “demokratiya” və “insan haqqları”, “avtoritarizmlə” mübarizə ilə müşahidə olunsa da, əsas məsələ neft amili ilə bağlıdır. Amerikalılar Venesuela neftinə tam çıxış əldə etsələr, orada istehsalın artımına nail olmaqla yanaşı, boş qalmış zavodların işə düşməsi təmin ediləcək. Həmin zavodlar gündə 2,5 milyon barrel nefti emal etmək gücünə malikdir. Bu isə kifayət qədər böyük bir həcmdir. Sözsüz ki, bu milyonlarla barrel yanacaq deməkdir.

- Amerikanın yenidən Venesuelanın neft sənayesinə qayıdışı nə dərəcədə asan prosesdir?

- Ötən gündən Venesuela hökuməti dövlət başçısının səlahiyyətlərinin icrasını rəsmi olaraq vitse-prezident Delsi Rodrigezə həvalə edib. Çox güman ki, Ağ Evlə Rodrigez arasında bir anlaşma əldə ediləcək. Bununla da Amerika şirkətlərinin Venesuelaya qayıtması, neft yataqlarının birgə işlənilməsi və yaxud ABŞ-nin birbaşa nəzarəti ilə prosesə başlanılacaq. Təbii ki, bu elə də asan proses deyil. İndiki halda investisiyalara ehtiyac var. İnfrastrukturun yenidən qurulması, yeni investisiyaların cəlbi üçün zaman lazım olacaq. Amma bir müddət sonra Venesuela neftinin dünya bazarına Amerika vasitəsi ilə çıxması da kifayət qədər ciddi rezonans doğuracaq.

- Venesuelanın yaxın müttəfiqi olan Rusiyanın reaksiyaları nədən ibarətdir? Kreml asanlıqla daha bir müttəfiqini ABŞ-yə güzəştə gedəcəkmi?

- Rusiya-Ukrayna müharibəsi Kremli çox ciddi problemlərin içərisinə sürükləyib. Ona görə də Moskvanın bu proseslərə müqavimət göstərmək imkanları çox zəifdir. Coğrafı olaraq Rusiya Suriyada ötən il baş verən hakimiyyət dəyişikliyinə müqavimət göstərə bilmədi. Bununla da Suriyadakı bütün mövqelərini itirməklə barışmaq məcburiyyətində qaldı. Venesuela məsələsində də Rusiyanın hansısa ciddi bir addım atacağı düşündürücü görünmür. Bunun üçün Kremlin gücü və qabiliyyəti çatmayacaq. Okeanın o tayında Rusiyanın Venesuela ilə birlikdə hansısa əməliyyatlarda iştirakı da mümkün görünmür. Həmçinin Venesuela xalqı indiki halından məmnun görünür. Əgər, bir ölkənin prezidentini oğurlayıb aparırlarsa, onun doğrudan da milyonlarla tərəfdarı vardısa, niyə bu gün Venesuela küçələrində Maduroya dəstək verəcək adam yoxdur? Faktiki olaraq, hadisələrdən sonra prezident evinin qarşısına cəmi 700 nəfər adam toplaşmışdı ki, onların da hamısı məmurlar idi. Bu adamlar da öz gələcəklərindən narahatdırlar. Yəni, faktiki olaraq Venesuelada xalq hərəkatı yoxdur ki, Rusiya keçmiş sovet dövründə olduğu kimi silah yardımı etməklə müəyyən müqavimət göstərsin. Bu halda Rusiya ancaq bəyanatlar verməklə kifayətlənəcək. Əslində Kremlin bu bəyanatları Avropanın Ukrayna məsələsindəki yanaşmasını xatırlatdı.

- Çinin bu məsələyə reaksiyası necədir? Vaşinqtonla Pekin arasında hansısa razılaşmalardan bəhs edilir…

- Görünən odur ki, ABŞ Çinlə bu məsələdə bu və ya digər formada razılaşma əldə edib. Çünki hadisələrdən 24 saat əvvəl Çin nümayəndə heyəti Venesuelada olub. Həmçinin əməliyyatdan cəmi 10 saat öncə Çinin ABŞ-dəki səfiri Prezident Donald Trampla görüşmüşdü. Təbii ki, ABŞ prezidenti kimi bir şəxsin səfirlə görüşməsi çox nadir hadisədir. Bu, o deməkdir ki, Çinlə müəyyən anlaşmalar var. Venesuelada Çinin müəyyən investisiyaları mövcuddur. İddialar var k, Çin ora 20 milyarda qədər investisiya qoyub. Trampın açıqlamaları da bu mənada diqqəti cəlb edir. O açıq şəkildə bəyan etdi ki, Çin bu məsələdə narazı qalmayacaq və neft alacaq.

- İran daxilində ötən ilin sonlarından başlayan etiraz dalğası var. Amerika Prezidentinin də aksiyaçılara atəş açılması ilə bağlı çağırışları mövcuddur. Tehranla bağlı gözləntilər nədən ibarətdir? İndiki halda az qala Maduro ssenarisinin İranda da təkrarlanacağı iddia edilir. Belə ehtimallar varmı?

- Bəziləri İranda bir gündə hər şeyin kökündən dəyişəcəyini gözləyir. Hətta şah rejiminin bərpasını, demokratik inqilabın baş verəcəyini proqnozlaşdırırlar. Sözsüz ki, bunlar yanlış yanaşmalardır. Çünki İran demək olar ki, artıq dəyişib. Getdikcə daha çox bu dəyişikliklərin olacağı da qaçılmazdır. İranda dəyişiklik əslində mərhələ-mərhələ baş verir. 10 il bundan öncəki İranla indiki arasında böyük fərq var. 5 il sonrakı İran isə tamam başqa cür olacaq. Ona görə də İranda çox ciddi dəyişikliklər baş verir. Dini və avtoritar rejimlər çox şeyə nəzarət edə bilsələr də, nəsil dəyişiminə nəzarət edə bilmir. Nə olsa belə, nəsil dəyişir. İndi İranda inqilabı görməmiş, bunu ancaq eşitmiş bir nəsil formalaşıb. 1979-cu ildən yəni, sonuncu İran inqilabından bəri insanlar başqa ölkə istəyir. Hazırda İran dünyada gənc əhali sayına görə ən dinamik ölkədir. Ölkə əhalisinin 65-66 faizə yaxını 45 yaşa qədər olan insanlardır ki, bu adamlar da inqilabı görməyiblər. Onlar isə tamam başqa cür yaşamaq istəyirlər.

- İranın daxili və kənar müdaxilələrə müqavimət imkanları necədir?

- Faktiki olaraq, İran bu gün bölgədə də öz nüfuzunu itirib. Tehranın özünün uzantılarını belə bölgədə saxlamağa imkanı qalmayıb. Hazırda İran Prezidenti olan Məsud Pezeşkianın isə tamamilə fərqli bir ritorikası var. Bu isə dəyişikliyinin bir hissəsidir. Sözsüz ki, İran daxilində bu dəyişikliyə qarşı çıxan qüvvələr də az deyil. Amma onların nəsil dəyişikliyinə qarşı çıxması mümkünsüzdür. Pezeşkianın da son açıqlamaları onun arxasında ciddi şəkildə dəyişiklik istəyən qüvvələrin olduğuna işarə edir. İranın böyük potensialı fonunda açıq siyasət həyata keçirilsə, qısa zamanda varlı bir ölkəyə çevrilə bilər. Köklü ölkələrdə dəyişiklik elitanın içərisində baş verir. Hazırda İranda elitanın daxilində bir inqilab gedir. Bu demək olar ki, başa çatmaqdadır. Burada Venesuela hadisələri arasında da təbii ki, bir bağ var. ABŞ rəsmiləri də ötən gün açıqlamalarında İranın adını çəkmədilər. Amma Maduronun başına gətirilənlər nümunə göstərildi. Bu elə İran elitası üçün də bir mesaj idi. Çox guman ki, bu mesaj da yerini tapacaq. Çünki İran xalqı kənardan olan müdaxilələrə qarşı fərqli refleksə malikdir. Bu isə rejimi daha da gücləndirir. Ona görə də İrandakı dəyişikliklər sırf daxildə baş verə verəcək və o bir müddət sonra fərqli bir ölkəyə çevriləcək.

Oxunub: 18
Paylaş:
Digər xəbərlər

Xəbərlər

Dünən, 13:31

Venesuelada sabitliyi o təmin edə bilər - Makron

Xəbərlər

3-01-2026, 13:35

ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi

Xəbərlər

2-01-2026, 20:38

"ABŞ istəsə, biz hazırıq" - Maduro

Xəbərlər

26-10-2025, 11:03

Bu prezidenti Qəddafinin taleyi gözləyir

Xəbərlər

5-12-2023, 19:21

Ordu sərhədə göndərildi, bu ölkə işğal ediləcək - Rusiyanın yeni PLANI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Kinoteatr oturacaqları niyə qırmızı rəngdədir?
Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı
Maduro buna görə oğurlandı: Bu nəhəng planın bir hissəsidir
Məktəblər bağlana bilər – xəstəlik sürətlə artır: “Distant təhsilə keçilməsə…”
Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
İranda elita dəyişir: Maduro ssenarisi olmayacaq - MÜSAHİBƏ
Son xəbərlər
  • Dünən, 22:28
    Kinoteatr oturacaqları niyə qırmızı rəngdədir?
  • Dünən, 21:44
    Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı
  • Dünən, 20:17
    Maduro buna görə oğurlandı: Bu nəhəng planın bir hissəsidir
  • Dünən, 19:23
    Məktəblər bağlana bilər – xəstəlik sürətlə artır: “Distant təhsilə keçilməsə…”
  • Dünən, 18:21
    Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
  • Dünən, 17:53
    İranda elita dəyişir: Maduro ssenarisi olmayacaq - MÜSAHİBƏ
  • Dünən, 16:18
    Bu ölkənin paytaxtı dəyişdirildi
  • Dünən, 15:12
    Beldə ağrı yoğun bağırsaq xərçənginin NADİR ƏLAMƏTİ
  • Dünən, 14:06
    Milyardlar sovruldu, proksilər çökdü - İranda nə baş verir?
  • Dünən, 13:31
    Venesuelada sabitliyi o təmin edə bilər - Makron
  • Dünən, 12:36
    Hər gün 1 ovuc noxud yesək nə olar?
  • Dünən, 11:35
    Bu da Suriyanın yeni milli valyutası - Sıfırlar silindi
  • Dünən, 10:22
    ABŞ qitəni “təmizləyir”: Növbədə bu ölkələrdir!
  • Dünən, 09:04
    Sinir sistemini bərpa edən 2 UCUZ VASİTƏ
  • 3-01-2026, 21:53
    Beyin xərçənginə xas bəzi əlamətlər
  • 3-01-2026, 20:44
    Bu müharibə Qara dənizdəki ticarəti təhdid edir – Ərdoğan
  • 3-01-2026, 20:37
    ABŞ Venesuelaya buna görə hücum edib- XİN açıqladı
  • 3-01-2026, 18:25
    Saçlarımızı məhv edən 5 vərdiş
  • 3-01-2026, 17:32
    Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır
  • 3-01-2026, 16:07
    Venesuela ordusu müharibə hazırlığına gətirildi
  • 3-01-2026, 15:09
    Güclü qrip yayılır - Həkimlər vətəndaşları xəbərdar edir
  • 3-01-2026, 14:03
    Azərbaycan bu il hansı tədbirlərə ev sahibliyi edəcək?
  • 3-01-2026, 13:35
    ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi
  • 3-01-2026, 11:28
    Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar
  • 3-01-2026, 10:35
    ABŞ və İsrail bu məsələdə razılığa gəldi - Bundan sonra...
  • 3-01-2026, 09:08
    Ən uzunömürlü qan qrupu açıqlandı
  • 2-01-2026, 22:22
    Yüksək təzyiqlə yaşıl çay içmək olar?
  • 2-01-2026, 21:34
    Soyuq havada isti içkilərin faydalı olub-olmasına aydınlıq gətirilib
  • 2-01-2026, 20:38
    "ABŞ istəsə, biz hazırıq" - Maduro
  • 2-01-2026, 19:11
    Regionda yeni müharibə gözlənilir: üçüncü ölkə də qoşulacaq – 2026 proqnozları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə