Türkiyədə bu gün "Xızır Rəis" sualtı qayığı xidmətə verilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu gün havadan asılı olmayan hərəkət sistemi və inkişaf etmiş solar imkanları ilə səssiz dərinliklərin milli keşikçisi olacaq "Xızır Rəis" sualtı qayığımızı xidmətə veririk. Bununla yanaşı, istismara qəbul etdiyimiz yeni tip desant gəmimiz Ç-159-dur. Bu platforma həm hərbi əməliyyatlarda, həm də sülh dövründə humanitar yardım əməliyyatlarında fırtınalı sularda xidmət göstərəcək", - Ərdoğan bildirib.