Litva hökuməti AB-dən pul almaq üçün dronlarla oynayır.
Axar.az xəbər verir ki, bunu Belarus xarici işlər naziri Maksim Rıjenkov deyib.
"Onların yaxşı müəllimi var - Polşa. Sonra bəzi çağırışlar etmək və Avropada pul istəmək üçün Belarus sərhəddində təxribatlarla “oynamaq", — o bildirib.
Qeyd edək ki, oktyabrda Litva Belarusla sərhəddə hava məkanının qismən bağlanmasını dekabr ayına qədər uzadıb. Bu qərar təhlükəsizlik vəziyyəti, dronların sərhəd pozuntuları ilə bağlı mülki aviasiya üçün potensial risklər nəzərə alınaraq qəbul edilib.