• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Sümükləri möhkəmləndirən qidalar
Bakıda yağış yağacaq - Bu tarixdə
Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ABŞ İsrail–İran toqquşmasına “yaşıl işıq” yandırdı: Savaş alovu Qafqaza sıçraya bilər

Xəbərlər

14-06-2025, 18:26

ABŞ İsrail–İran toqquşmasına “yaşıl işıq” yandırdı: Savaş alovu Qafqaza sıçraya bilər


Yaxın Şərqdə gərginlik pik həddə çatıb. ABŞ əvvəlcə İsrailin İrana hücumuna, daha sonra isə Tehranın Təl-Əvivə ballistik raketlərlə cavab zərbəsi endirməsinə göz yumdu.

Vaşinqtonun bu passiv müşahidəçi mövqeyi regionda yeni münaqişə spiralına yol açarkən, sual doğurur: ABŞ bu qarşıdurmada hansı geosiyasi hesablamalarla hərəkət edir? Sükut razılıqdırmı, yoxsa planlı xaosun başlanğıcı?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Amerika, nəhayət, yeni bir münaqişə ocağı yaratmağa nail oldu:

“Bu məqsədlə uzun müddətdir çalışırdı, lakin tam şəkildə istədiyinə nail ola bilmirdi. Son illərdə İsrailin İrana qarşı tez-tez aşağılayıcı tonda bəyanatlar verməsi, zaman-zaman hücumlar həyata keçirməsi, rəsmi Tehranın ciddi addımlar atacağının anonslarını verirdi. Bu, həmin prosesin nəticəsidir.

Deyərdim ki, regionun ikinci güclü ölkəsinin zəiflədilməsi prosesinə Amerika başda olmaqla Qərb müttəfiqləri tərəfindən start verilib. Əvvəlcə Ukrayna vasitəsilə Rusiya hədəf alındı. Bu proses çətin olsa da davam edir. İndi isə Rusiyaya yaxın, illərdir sərt sanksiyalarla üz-üzə qalan İran üzərində oxşar plan həyata keçirilməyə çalışılır. ABŞ sıradan çıxarmaq istədiyi gücün qarşısına ona uyğun rəqib çıxarmağı yaxşı bacaran dövlətdir.

Məsələn, İsrail Ukrayna deyil. Nüvə silahına malik olduğunu rəsmən inkar etsə də, bu silahlara sahib olması ehtimal baxımından Ukraynadan öndədir. İran isə Rusiya deyil, hərbi güc baxımından fərqli konfiqurasiyaya malikdir. Əlbəttə, Rusiya nüvə silahına sahibdir. Amma bu gün dünyada hər kəsin içi rahatdır ki, nüvə silahına heç bir halda əl atılmayacaq.

Vaşinqton isə sadəcə İranı diz çökdürmək, onu təslim olmağa məcbur etmək istəyir. Bu siyasət onillərdir davam edir.

BMT-də İsrail–İran savaşı ilə bağlı keçirilən toplantıda ABŞ nümayəndəsinin çıxışını izlədim. Ritorika dəyişməz idi – şablon cümlələr, səthi yanaşma və guya məsələdən xəbərləri yoxmuş kimi hər iki tərəfi sülhə çağıran çağırışlar. Eyni ritorika Fransa və digər Qərb ölkələri tərəfindən də təkrarlandı.

Ukrayna üzərindən həyata keçirilən niyyət və hədəflər, indi də İsrail vasitəsilə hiss olunur. Zaman baxımından da uyğun vaxt seçilib. Çünki hazırda Rusiya proseslərin içində görünsə də (Putinin İsrail və İran rəhbərləri ilə telefon danışığını nəzərdə tuturam), tam şəkildə İranın tərəfində çıxış etməsi mümkün deyil.

Hazırda əsas prioritet Ukrayna cəbhəsidir. ABŞ-la bu mövzuda müəyyən anlaşmaların əldə olunduğu da ehtimal olunur. Putin Co Bayden dönəminə geri dönmək istəməz.

Siyasi şərhçi bu qarşıdurmanın Ukrayna savaşı kimi uzunmüddətli olmayacağını düşünür:

“Tramp administrasiyası tərəflərə ballistik raketlərlə bir-birinə zərbə endirməsinə icazə verə bilərdi. Təbii ki, əsas hədəf müharibənin uzunmüddətli olmasına hesablanmışdı. İstər-istəməz cənub qonşumuz bu prosesdən ciddi zərər görəcək. Amma İsrail–İran qarşıdurmasının uzun sürəcəyini düşünmürəm. Əslində, bu da bizim arzuladığımız bir məqamdır. Azərbaycana heç bir halda regionda müharibənin getməsi sərf etmir.

Eyni zamanda ortada Cənubi Azərbaycan faktoru var. Bu müharibədə yalnız bir tərəf qazanacaq – o da ABŞ başda olmaqla Qərb müttəfiqləridir. Biz isə İranın bölgədə sıradan çıxarılmasını istəmirik, arzulamırıq. Çünki bölgədə digər güclərin təsir dairəsinin genişlənməsi bizim üçün arzuolunan deyil. Bir də unutmayaq ki, İsraillə ən kəskin şəkildə qarşı-qarşıya dayanan qardaş Türkiyə faktoru var.

Bir anlıq düşünək: əgər İran sıradan çıxarılsa və ya tam zəifləsə, növbəti hədəf kim olacaq? Əlbəttə, Türkiyə. Amerika səbirlə Qafqaz regionunda təsirini artırmağa çalışır. Onun qarşısını isə yalnız İran, Türkiyə və Rusiya kimi güclər ala bilir.

Bu güclərin zəifləməsi regionu barıt çəlləyinə çevirə bilər. Bu səbəbdən də İsrailin başlatdığı müharibənin tezliklə başa çatması hamı üçün xeyirlidir.

Hesab edirəm ki, bu baş verəcək. Çünki İsrail uzun illərdir belə zərbə almamışdı və bu dəfə daha ehtiyatlı davranır”.

Oxunub: 231
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-01-2025, 17:20

İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu

Xəbərlər

2-12-2024, 20:53

3 cəbhədə müharibə: İran üçün proses başladı – Tarixi ərazilər qaytarıla bilər

Xəbərlər

22-10-2024, 10:16

İki böyük ordu üz-üzə: Müharibə BAŞLAYIR

Xəbərlər

29-07-2024, 19:23

Gərginlik pik həddə – Yaxın saatlarda növbəti hücum ola bilər

Xəbərlər

13-04-2024, 11:22

İran və İsrailin müharibə hazırlığı, yoxsa... - dəhşətli hücum bu gün başlayır?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
Qaragilənin az bilinən faydaları
Son xəbərlər
  • Bu gün, 14:44
    Pezeşkianın istefası ilə bağlı açıqlama: Dərhal Xameneidən üzr istənilməlidir
  • Bu gün, 13:19
    Azərbaycan da mövqeyini dəyişəcək - Çepa
  • Bu gün, 12:21
    Dişlərinizi yeməkdən dərhal sonra fırçalamayın
  • Bu gün, 11:33
    ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
  • Bu gün, 10:22
    Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - Rəsmi
  • Bu gün, 09:00
    Qaragilənin az bilinən faydaları
  • Dünən, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • Dünən, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • Dünən, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • Dünən, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • Dünən, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • Dünən, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • Dünən, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Dünən, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Dünən, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Dünən, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Dünən, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Dünən, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Dünən, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Dünən, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • 5-08-2026, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • 5-08-2026, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • 5-08-2026, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • 5-08-2026, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • 5-08-2026, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • 5-08-2026, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • 5-08-2026, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə