ABŞ Prezidenti Donald Tramp İranla savaşdan dərhal çıxma imkanının olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə yazıb.
“Biz indi müharibədən çıxa bilərik, sabah çıxa bilərik, çünki ölkənin böyük hissəsini və onların gücünü məhv etmişik. Amma rejim 10 ilə yenə bərpa olunacaq. Bu isə qəbul ediləsi vəziyyət deyil, ona görə də qalmalıyıq”, - o qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata 28 fevralda başlayıb.