Türkiyənin Hatay vilayətində iki ailə arasında dava 3 nəfərin ölümünə səbəb olub.
Globalinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, uşaqlar arasında başlayan mübahisə qısa müddətdə ailələrinin də qoşulması ilə böyüyüb.
Belə ki, tərəflər daş, dəyənək və odlu silah istifadə edib. Hadisə nəticəsində biri qadın olmaqla 3 nəfər həyatını itirib, 22 nəfər isə yaralanıb.
Faktla bağlı 6 şübhəli saxlanılıb.